“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə nümayiş olunub - FOTO | 1news.az | Xəbərlər
Mədəniyyət

“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə nümayiş olunub - FOTO

15:57 - 26 / 03 / 2024
“Arşın mal alan” və “Leyli və Məcnun” ilk dəfə Cenevrədə nümayiş olunub - FOTO

İsveçrənin Cenevrə şəhərinin “Les Salons” teatrının səhnəsində Bakı Marionet Teatrının “Arşın mal alan” tamaşası uğurla nümayiş olunub.

Tədbir Azərbaycanın zəngin mədəni irsinin keşiyində duran, əsas məqsədi onun Avropada, xüsusilə də İsveçrədə populyarlaşdırılması olan “Heritage” Mədəniyyət Assosiasiyasının təşəbbüsü və təşkilatçılığı ilə baş tutub.

Təxminən 1 il öncə Assosiasiyanın nümayəndələri Bakı Marionet Teatrını Cenevrəyə gətirmək və isveçrəli tamaşaçıları Azərbaycanın zəngin tarixi, musiqi və teatr irsi ilə tanış etmək ideyası ilə çıxış ediblər. Tanınmış dramaturq və bəstəkar Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşası Azərbaycan folklorunun incisidir. Teatrın bədii rəhbəri Tərlan Qorçunun yaradıcı dühası ilə Bakı Marionet Teatrının adaptasiyasında səhnələşdirilən bu əsər maraqlı marionet sənəti vasitəsilə Hacıbəylinin ölümsüz sənət əsərinə yeni nəfəs verir. Bakı Marionet Teatrının qastrol səfərinə hazırlıq prosesində “Heritage” Assosiasiyasının nümayəndələri marionet sənətindən və bu taxta, lakin eyni zamanda çox canlı kuklaların hərəkətləri ilə mədəni irsin necə məharətlə çatdırılmasından elə ilhamlanıblar ki, tamaşaçıları teatrın ikinci tamaşası olan “Leyli və Məcnun”dan olan kuklaların iştirakı ilə də sevindirmək qərarına gəliblər. Bununla da, ötən həftəsonu “Les Salons” Teatrının qonaqları dahi Üzeyir Hacıbəylinin yaradıcılıq irsinə qərq olmaq imkanı əldə ediblər. Öncə “Leyli və Məcnun” marionet tamaşasının dekorasiya və kuklalarından ibarət sərgi baş tutub. Sərgidə Azərbaycan, Gürcüstan və Baltikyanı ölkələri təmsil edən və ağac üzərində oyma ustalarından, mexaniklərdən, kuklaları rəngləyən və bəzəyən rəssamlardan, geyim və dekorasiya ustalarından ibarət böyük beynəlxalq komandanın əl işləri nümayiş olunub. Daha sonra “Les Salons” Teatrının qədim zalında baş tutan tamaşanın izləyiciləri 20-ci əsrin əvvəllərinin Bakısına səyahət etmək və Əsgərlə Gülçöhrənin səmimi sevgi axtarışından bəhs edən hekayə ilə tanış olmaq imkanı əldə ediblər.

“Azərbaycanın zəngin və rəngarəng mədəniyyətinə bu qədər diqqət cəlb edə bilməyimizlə fəxr edirik. Bu, tamaşaçılarımızın qəlbində unudulmaz təəssürat yaradacaq gözəl təcrübə oldu”.

Qeyd edək ki, mədəniyyətin bir xalqın ürək döyüntüsü olduğuna inam əsasında qurulan “Heritage” Assosiasiyası Azərbaycanın incəsənət, ədəbiyyat, musiqi və kulinariya xəzinələrinin beynəlxalq səviyyədə dərindən dərk edilməsinə töhfə verməyə çalışır. Assosiasiyanın məqsədi Azərbaycanın yaradıcılıq irsini nümayiş etdirmək, yaymaq və qorumaq üçün mühit yaratmaqdır.

Reklam hüququnda

Paylaş:
509

Son xəbərlər

Laçın rayonunun Sus kəndinə köçürüləcək ailələr arasında püşkatma keçirilibBu gün, 12:30Sahibə Qafarova: Fransa regionda yeni münaqişənin alovlanmasına hesablanmış yanaşma ortaya qoyurBu gün, 12:20Bazar günü Azərbaycanda 32 dərəcə isti olacaq - ProqnozBu gün, 12:06Azərbaycan hərbçiləri İtaliyada beynəlxalq dənizçilik yarışlarında iştirak edəcəklərBu gün, 11:41Milli Məclisin nümayəndə heyəti Monteneqroda “Partizan döyüşçüsü” abidəsini ziyarət edibBu gün, 11:32Fazil Mustafaya sui-qəsd cəhdi ilə bağlı saxlanılanlar ifadə verdiBu gün, 11:26Gəncədə qanunsuz tikili sökülüb - VİDEOBu gün, 11:08Kamaləddin Qafarov: “Azərbaycan COP29-u Cənubi Qafqazda sülh prosesinə kömək edə bilər”Bu gün, 10:54Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülübBu gün, 10:32Xankəndidə 7 avtomat, 1 pulemyot, xeyli patron aşkarlanıbBu gün, 10:08ABB ABŞ-də ilk bankçılıq missiyasında iştirak etdiBu gün, 10:02Azərbaycan Ordusunda keçirilən komanda-qərargah təlimləri başa çatıbBu gün, 09:47Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53
Bütün xəbərlər