Qədim yaşayış məskəni, Şeb-i Arus, ən uzun velosiped yolu – Könüllər şəhəri Konyadan REPORTAJ | 1news.az | Xəbərlər
Reportaj

Qədim yaşayış məskəni, Şeb-i Arus, ən uzun velosiped yolu – Könüllər şəhəri Konyadan REPORTAJ

Qafar Ağayev10:00 - 30 / 12 / 2023
Qədim yaşayış məskəni, Şeb-i Arus, ən uzun velosiped yolu – Könüllər şəhəri Konyadan REPORTAJ

Türkiyənin ərazisinə görə ən böyük şəhəri, Mövlanənin yurdu, Səlcuklu, Osmanlı dövlətlərinin izləri, velosiped şəhəri, söhbət Konya şəhərindən gedir.

Şeb-i Arus tədbirləri çərçivəsində Türkiyənin Turizm Nazirliyinin dəvəti ilə dünyanın bir çox yerlərindən olan media nümayəndələri Konya və Ankara şəhərlərində olub.

Bu media nümayəndələrinin arasında 1news.az-ın əməkdaşı var idi. İndi isə Konyada gördüklərimizi sizinlə bölüşəcəyik.

Daha ətraflı reportajımızda:

Səfərimiz ilk olaraq Konya şəhərinə olur.

Konya küçələri, nəqliyyatı və insanları

Əhalisi 2,3 milyona yaxın olan Konya, ərazisinə görə Türkiyənin ən böyük şəhəridir. Konyaya 15 dekabrda çatıb otelimizə yerləşdikdən sonra boş vaxtdan istifadə edərək, həmkarım Qalib bəylə şəhər gəzintisinə çıxmağa qərar veririk. Konya bizi günəşi ilə qarşılayır.

Gözlədiyimizin əksinə, hava çox mülayim olur. Konyanın sakit küçələri ilə hərəkət edərək, şəhər mərkəzinə gəlib çıxırıq. Şəhərin mərkəzində həm açıq həm qapalı bazarlar var, eyni zamanda müxtəlif brendlərin mağazalarını da mərkəzdə və kənarlarda alış-veriş mərkəzlərində tapa bilərsiniz. Onu da qeyd edək ki, digər şəhərlərlə müqayisədə Konya ucuz sayılır. Konyanın demək olar bütün küçələri velosiped zolaqları ilə əhatə olunub. Velosiped şəhəri də hesab olunan bu şəhərdə siz rahatlıqla velosiped idarə edə bilərsiniz. Konya velosiped yollarının uzunluğuna görə Türkiyədə birinci yerdədir. Burada velosipedi park, təmir edə biləcəyiniz yerlər də mövcuddur.

Konyada ictimai nəqliyyatdan istifadə etmək istəyirsinizsə, kart almalısınız. Onu da əlavə edim ki, Konyada tramvay da var. Alacağınız kartla həm tramvaya, həm də avtobuslara minə bilərsiniz. Şəhər yollarında üstünlük avtomobillərdə yox, piyadalardadı. Belə ki, həryerdə bununla bağlı nişanlar quraşdırılıb.

Hazırda Konyada 3 dövlət, 2 özəl universitet fəaliyyət göstərir. Onu da qeyd edək ki, Konya sakinləri çox mehribandılar. Xüsusilə Azərbaycandan gəldiyinizi bildikdə, əllərindən gələn köməkliyi etməyə çalışırlar.

Panorama muzeyi

Qrupla Konyada ilk gedəcəyimiz yer Konya Panorama muzeyi oldu. Muzeyin giriş hissəsində Türkiyənin və dünyanın bəzi yerlərində olan Mevlevi evlərinin maketi nümayiş olunur. Maketlərə baxandan sonra içəri daxil oluruq. Aşağı mərtəbədə Mövlana Cəlaləddin Ruminin həyatından bəhs edən rəsm əsərləri, müxtəlif heykəllər nümayiş etdirilir. Yeri gəlmişkən, burada nümayiş etdirilən rəsm əsərləri azərbaycanlı rəssamlar tərəfindən çəkilib. Daha sonra yuxarı mərtəbəyə, yəni panorama zalına qalxırıq. Burada daxil olanda özümüzü 8-ci əsrdə hiss edirik. Salonda 8-ci əsrdə Konyada həyat nümayiş edilir, bu canlandırmada Mövlanə də var. Muzeyə giriş 10 TL-dir.

İrfan Mədəniyyət Mərkəzi

Daha sonra elə Panorama Muzeyinin yanında yerləşən İrfan Mədəniyyət Mərkəzinə gedirik. Burada müxtəlif incəsənət məhsulları, papaqlar, çini qablar, ebru sənəti və s. sahələrdə əl işləri istehsal edilir, dərslər keçirilir və həmin məhsulların satışı həyata keçirilir. Eyni zamanda burada səmazən nümayişini də izləyə bilərsiniz.

Karatay Muzeyi

Bizə muzey barədə məlumat verən bələdçimiz Mehmed Dönməz deyir ki, Karatay Mədrəsəsi 1250-1251-ci illərdə II İzzəddin Keykavus dövründə inşa edilib. Eyvanın sol tərəfindəki qübbəli hücrə Cəlaləddin Karatayın türbəsi olduğundan və Celalettin Karatay Vəqfində qeydiyyata alındığından onun Celalettin Karatay tərəfindən tikildiyi güman edilir. Binanın memarı məlum deyil, Osmanlı dövründə də istifadə edilən mədrəsə 19-cu əsrin sonundan istifadə edilməyib. Mədrəsənin divarları çini ilə bəzənib. Restavrasiya zamanı bəzi çinilər karroziyaya uğrasa da ümumilikdə çinilər qorunub saxlanılıb. Muzeyin həyətində isə daş üzərinə həkk olunmuş əsərləri görürük. Bunların arxeoloji qazıntılar zamanı aşkarlanıb.

Darülmülk sarayı

Elə mərkəzdə yerləşən bu sarayda həm Səlcuklular dövlətinin hökmdarlarının sərgisi, həm də Səlcuklu dövləti zamanında istifadəyə verilən sikkələr nümayiş etdirilir. Sikkə sərgisində Anadolu Səlcuqlu Dövlətinin Anadoluda zərb edilən 2 min 764 sikkəsi sərgilənir. Digər otaqda isə Səlcuklu dövlətinin hökmdarının heyəkəli nümayiş olunur.

Ələddin məscidi

Daha sonra gəzə-gəzə tarixi Ələddin məscidinə gedirik. Özünəməxsus memarlıq üslubuna malik olan bu məscid Anadolu Səlcuqlu dövləti dövründə şəhərin ulu məscidi olaraq Konyada Ələddin təpəsi adlanan kurqanda inşa edilib. Məscidin inşası 1220-ci ildə yekunlaşıb. Onun tikintisi iki mərhələdə baş verdi: birinci mərhələ I Məsudun dövründə başladı və ölümündən sonra onun yerinə keçən II Məsud tərəfindən tamamlandı. Kılıçarslanın məscidin həyətində türbə tikintisi sona çatdı. Təxminən 26 il sonra I İzzəddin Keykavus binanı genişləndirməyə başladı, onun ölümündən sonra yarımçıq qalan tikinti I Əlaəddin Keykubadın hakimiyyətinin ilk illərində başa çatdırılıb. Məscidin ətrafında böyük park var, park yüksəkdə olduğu üçün buradan Konyanın mənzərəsini seyr edə bilərsiniz.

Çatalhöyük

Konya səfərimizin ikinci günündə gedəcəyimiz ünvan insanlıq tarixinin ilk yerləşim yerindən biri olaraq qəbul edilən Çatalhöyük oldu. Konya şəhər mərkəzindən təxmini 35 kilometr məsafədə yerləşən bu arxeoloji məkan ziyarətçilər möhtəşəm hazırlanıb. İnnovativ yeniliklərlə hazılanan girişdə Çatalhöyükdə yaşayış, təbiəti haqqında geniş məlumat verilir. Daha sonra salondan çıxaraq Çatalhöyük evlərinin realda necə olduğuna baxırıq. Bu tikililər qədim yaşayısı yansıtacaq şəkildə inşa edilib. Ən yuxarı hissədə isə, arxeoloji qazıntılar nəticəsində aşkarlanan və qorunan qədim yaşayış məskəninin qalıqları var.

Mövlanə Muzeyi və 750 ildir davam edən tədbir

Yuxarıda da qeyd etdiyim kimi Konya deyəndə ağla ilk gələn şəxs Mövlanə Cəlaləddin Rumi gəlir. Elə ona görə də Konyada gediləcək yerlərdən önəmli olanlardan biri də Mövlanə Muzeyi (Mevlana Müzesi) və ya Mövlanə köşküdür.

Hazırda muzey kimi fəaliyyət göstərən bu məkan, Mövlanənin ölümündən sonra türbə olub. Osmanlı sultanlarının bir qisminin Mövləvi təriqətindən olması səbəbindən türbə xüsusi bir önəm əldə etmiş və yaxşı qorunmuşdu. 1926-cı ildə isə muzey kompleksi olaraq inşa edilib. Mövlananın və onun ailə üzvlərinin məzarları da burada yerləşir. Muzeyə giriş pulsuzdur. Muzey Türkiyənin ən çox ziyarət edilən muzeylərindən sayılır.

Mövlanənin vəfatının 750-ci ili münasibəti ilə təşkil edilən Şeb i - Arus tədbiri isə Konya səfərimizin kuliminasiyası oldu. Belə ki, 750 ildir Konya şəhəri Mövlanənin ölümünün ildönümü ilə bağlı Şeb - i- Arus tədbirinə ev sahibliyi edir.

Şeb-i Arus və ya Toy Gecəsi - Mövlana Cəlaləddin-i Ruminin Mövləvilikdə vəfat etdiyi gecədir. Mövlana Cəlaləddin Rumi bu gecəni Rəbbinə, sevgilisinə qovuşmaq gecəsi hesab etdiyi üçün Toy Gecəsi adlandırır. Bu 750-cisi keçirilən Şeb-i Arus 750 ildir dekabr ayının 17-nə uyğun gələn həftələrdə keçirilir. Tədbir 10 gün davam edir. Tədbir Mövlanə Mədəniyyət Mərkəzində keçirilir. Tədbirdə Mövlanənin dediyi fikirlər səsləndirilir, dini mahnılar oxunur və tədbirin ən maraqlı anı Səmazən rəqsi (dərviş rəqsi) olur. Təxmini yarım saat davam edən bu rəqs maraqla qarşılanır. 750 ildir keçirilən bu tədbiri eyni zamanda mükəmməl bir turizm aləti olaraq da qəbul etmək olar. Hər il bu tədbir üçün on minlərlə insan Konyanı ziyarətə gəlir.

Konya yeməkləri

Konya yeməklərindən söz açdıqsa, ilk olaraq ətli çörəkdən (etli ekmek) danışmalıyıq. Belə ki, Konyanın demək olar ki, bütün restoranlarında bu yemək təklif olunur. Bu yemək məhşur lahmacuna bənzəsə də ondan fərqlidir. Belə ki, təndir çörəyinin üzərində olan ədviyyatlı ət olan bu qida damaq dadınızı oxşaycaq. Bundan başqa Konyanın məşhur restoranlarında toy yeməkləri (düğün yemekleri) seti təklif olunur. Bu setin tərkibinə bamya şorbası və ya yayla şorbası, ətli çörək, plov, tirit və halva daxildir. Ümumiyyətlə Konyada ətli yeməklərə üstünlük verilir.

Növbəti reportaj Türkiyənin paytaxtı Ankara şəhərindən olacaq...

Paylaş:
1692

Sizin üçün xəbərlər

Son xəbərlər

“Anadolu Ankası - 2024” təlimi davam edir - VİDEOBu gün, 17:37“Vətən naminə Tavuş” hərəkatının iştirakçıları İrəvana çatıbBu gün, 17:03Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edilib - VİDEOBu gün, 16:34“Kəpəz”-“Qəbələ” matçında baş vermiş insidentlə bağlı 3 nəfər saxlanılıb - RƏSMİBu gün, 16:27Xocalının Malıbəyli kəndində insana məxsus sümük fraqmentləri aşkar edilibBu gün, 15:54Azərbaycan Türkiyə ilə KOB sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2 anlaşma memorandumu imzalayıbBu gün, 15:22Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi bəlli olubBu gün, 15:17Ordubadda qaya uçqunu baş verib - FOTOBu gün, 14:57Cəbrayıla ilin sonunadək yüzlərlə ailə köçürüləcəkBu gün, 14:11İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirikBu gün, 13:44Lənkəranda saxlanılan narkokuryerdə 22 kq marixuana aşkar olunubBu gün, 13:31Səfir: Amerika şirkətləri COP29-da iştirakda maraqlıdırBu gün, 13:22Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”Bu gün, 12:47Sabah Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaqBu gün, 12:32Bakıda Azərbaycan və Bolqarıstan işgüzar dairələrinin görüşü keçirilibBu gün, 12:26Sabah 25 dərəcə isti olacaq - ProqnozBu gün, 12:09Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu - FOTOBu gün, 12:07İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verildi - ADLARBu gün, 11:54Şahdağa qar yağıb - Faktiki havaBu gün, 11:22İlham Əliyev və Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsini ehtiramla anıblar - FOTOBu gün, 11:06
Bütün xəbərlər