Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi bəlli olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi bəlli olub

15:17 - 09 / 05 / 2024
Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi bəlli olub

Bakı kənd və qəsəbələri arasında ll minifutbol turniri başa çatıb.

1news.az-ın məlumatına görə, finalda "Günəşli" və "Aşağı Güzdək" komandaları üz-üzə gəliblər.

"Günəşli" rəqibini 7:0 hesabı ilə üstələyərək çempion olub.

Üçüncü yer uğrunda qarşılaşmada isə “Biləcəri” və “Mərdəkan” münasibətlərə aydınlıq gətiriblər. Əsas vaxt heç-heçə (4:4) yekunlaşdığı üçün penaltilər seriyasına ehtiyac duyulub. Daha dəqiq oynayan (3:1) "Mərdəkan" futbolçuları üçüncü yeri tutublar.

Mükafatlandırmada gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın baş katibi Sərxan Hacıyev də iştirak edib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi, AFFA və Bakı Abadlıq Xidmətinin birgə təşkilatçılığı ilə keçirilən yarışlarda paytaxtın kənd və qəsəbənin 2012-2013-cü il təvəllüdlü uşaqlardan ibarət 32 komandası mübarizə aparıb.

Paylaş:
97

Son xəbərlər

Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:05İranda milli matəm elan edilibBu gün, 12:01Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıbBu gün, 11:55Cavanşir körpüsünün sökülməsi ilə bağlı saat 17:00-dan nəqliyyatın hərəkəti dayandırılacaqBu gün, 11:53Emin Əmrullayev Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşübBu gün, 11:52İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edibBu gün, 11:36İnteryer Mebel Forumunun spikerləri bəlli oldu!Bu gün, 11:32Sement istehsalçıları “Xalis Sıfır Sürətləndirici” təşəbbüsü ilə COP29-a hazırlaşır - FOTOBu gün, 11:28Azərbaycanın paraatleti dünya çempionu olduBu gün, 11:2518 maydan etibarən Shamakhi Palace Sharadil yenidən qapilarını sizlər üçün açdı!Bu gün, 11:20Bakıda daha bir yolayrıcında sıxlıq azaldı və hərəkət intensivliyi artdı - VİDEOBu gün, 11:07Yevlaxda arvadını öldürməkdə təqsirləndirilən şəxs tutulubBu gün, 10:56Azərbaycan Xarici İşlər Nazirliyi İrana başsağlığı veribBu gün, 10:47Helikopter qəzası ilə bağlı axtarışlar başa çatıb, həlak olanların meyitləri Təbrizə göndərilibBu gün, 10:26Azərbaycan Prezidenti İranın Ali Rəhbərinə başsağlığı veribBu gün, 10:09Bu gündən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılırBu gün, 09:55Bakının iki qəsəbəsində qaz olmayacaqBu gün, 09:45Qaradağ rayonunda avtoxuliqanlıq edən sürücü həbs edilibBu gün, 09:33AMB valyuta məzənnələrini açıqladıBu gün, 09:32İran Prezidenti və helikopterin bütün sərnişinləri həlak olubBu gün, 09:23
Bütün xəbərlər