Yas mərasimlərində yemək verilməlidir? - “Elə insanlar var yas üçün Moskvadan konfet gətizdirir” - ŞƏRH | 1news.az | Xəbərlər
Reportaj

Yas mərasimlərində yemək verilməlidir? - “Elə insanlar var yas üçün Moskvadan konfet gətizdirir” - ŞƏRH

Aynurə Xudaverdiyeva10:04 - 13 / 09 / 2023
Yas mərasimlərində yemək verilməlidir? - “Elə insanlar var yas üçün Moskvadan konfet gətizdirir” - ŞƏRH

Sentyabrın 10-dan etibarən, Naxçıvan Muxtar Respublikası Şərur rayonu Mahmudkənd kəndinin əhalisinin birgə qərarı ilə yas mərasimlərində ehsan verilməsi qadağan edilib.

Belə ki, kənd ərazisindəki 3, 7 və 40 mərasimlərində ehsan verilməyəcək. Əvəzində isə başsağlığına gələnlər üçün yalnız çay süfrəsi açılacaq. Həmçinin xüsusi vurğulanıb ki, hər hansı kənd sakini bu qaydanı pozarsa, həmin şəxsin keçirdiyi yasda sakinlər iştirak etməyəcək. Qeyd edək ki, kənd ağsaqqallarının iştirakı ilə keçirilən yığıncaqda qəbul edilən qərar kəndin sosial şəbəkə səhifələrində paylaşılıb.

Məsələ ilə bağlı 1news.az-a Milli Məclisin deputatı Siyavuş Novruzov açıqlama verib. Deputatın sözlərinə görə, yas yerlərində süfrələri dolduraraq ehsan verilməsinin İslam dini ilə heç bir əlaqəsi yoxdur:

Siyavuş Novruzov

“Mən Milli Məclisin Dini Komitəsinin sədri olan zaman 5 il müddətində biz bu məsələ ilə bağlı mübarizə aparırdıq. Müəyyən yas yerlərində İslam dinində aid olmayan, İslamdan irəli gəlməyən, Qurandan irəli gəlməyən məsələlər aradan götürülsün. Tədricən də bununla bağlı mübarizələrimiz nəticə verirdi. Naxçıvan Muxtar Respublikasının Mahmudkənd kəndində yas yerlərində ehsanın verilməsi aradan götürüldü. Əvvəlcə 7 gün yas saxlayırdılar, sonra bu ləğv olundu. İndi isə 3 gün yas saxlanılır. Mərhum dəfn olunur və üçü keçirilir. Bununla da yas bitir. Stolun üstündə də ancaq çay, limon, qənd olmalıdır. Heç konfet də olmaz. Yoxsa elə insanlar var ki, yas üçün xüsusi olaraq Moskvadan konfet gətizdirir. Stola paxlava qoyurlar. Bu yasdır, insan gəlib başsağlığı verməyə, gəlməyib ki, qarnını doydurub getsin. Bu ehsan hesab oluna bilməz”.

S.Novruzov deyir ki, adi bir çay, adi bir su da İslamda ehsan hesab olunur:

“İndi hər ölənin də ailəsinin, yaxınlarının maddi imkanı olmur. Elə adam olur ki, borca, kreditə girir, eləsi olur torpağını, evini satır ki ehsan versin. Bu da axı düzgün deyil. Adam var ki, bir az torpağı var oradan pul qazanır, sonra da ehsana görə torpağı satır. Ümid edirəm ki, tezliklə digər kəndlər də buna qoşulacaq. Biz bu cür prosesi dəstəkləyirik və hər yerdə də belə olmalıdır. Hətta mən yas vaxtında oturmaq üçün müddət də fikirləşmişəm. 15 dəqiqədən çox oturmaq olmaz. Hamının işi gücü var. Gəlib səhərdən-axşama kimi yas yerində otururlar. Ya da ki, məsafə uzaqdırsa, getməməlidir. Başsağlığı verməyin çox asan yolu var. Götürürsən telefonu, zəng edirsən, bu qədər. Yoxsa durub Bakıdan uzaq rayonlara gedirlər, oradada gedirlər üzünü ildə ayda bir dəfə gördüyü adamın qəbrinə yapışıb ağlayırlar, ya da yıxılırlar qəbrin üstünə, belə olmaz axı. Sonra da camaat həm də mənəvi borc altında qalır “filankəs yasa uzaqdan gəlmişdi” deyib, o da uzaq məsafədən yasa gəlir. Biz Dini Komitədə ölçüb-biçib, geniş müzakirə etmişik. Dini nümayəndələri çağırmışıq, hamısı da bizim dediklərimizlə razı olub”.

Məsələ ilə bağlı ilahiyyatçı Elşad Miri ilə əlaqə saxladıq. Onun sözlərinə görə, yas yerlərində verilən ehsanın ləğv olunması çox gözəl addımdır:

Elşad Miri

“Düşünürəm ki, verilən bu maddi imkanı olan və ya olmayan hər kəs üçün çox yaxşı addımdır. Ağsaqqalların və nümunəvi şəxslərin önə düşüb buna öncüllük etməsi təqdirə layiqdir. İslam dinində, ümumiyyətlə, yas anlayışı yas çadırı, yas yerləri yoxdur. İslam dini insanın ölməsi ilə deyil, dirilməsi ilə, içindəki olan qəlibləşmiş məsələrdən sıyrılması ilə, insanın həyatı anlaması ilə əlaqəli bir dindir. Yoxsa, təəssüflər olsun ki, biz bu gün dini, Quranı yas mərasimləri üçün oxunan bir kitab halına, İslamı isə ancaq orada-burada müzakirə olunan din halına gətirmişik. Ona görə yas mərasimlərində verilən ehsanın ləğv olunması çox gözəl addımdır. Mən düşünürəm ki, bütün rayonlarımızda, kəndlərimizdə bu cür qərar qəbul olunsa yaxşı olar. Bu gün Qafqaz Müsəlmanlar İdarəsinin əlində olan o ehsan yerləri, məkanları insanları maarifləndirəcək yerlərə məktəblərə, təlim yerlərinə çevrilsin. Həmin yerlərin gənclərin orada yığışıb, gənclər evi kimi istifadə olunmasına şərait yaradılsın. Yoxsa bu formada olması biabırçılıqdır”.

Yas yerlərində yemək ehsanlarının verilməsi ilə bağlı Milli Məclisin deputatı Fazil Mustafa da fikir bildirib. Deputatın sözlərinə görə, bu məsələlər əsasən adət-ənənəyə dayanan məsələlərdir:

Fazil Mustafa

“Uzun zamandır bu cür adətlər insanlarda problemlər yaradır. İnsanlar da təbii ki, onlara faydalı olan məsələləri hər zaman gec qəbul edirlər. Bu adi məişət məsələsi kimi görsənsə də, əslində çox vacib məsələdir. Mentalitetə görə biz səmimi davrana bilmirik. Əslində elə göstəriş üçün olan yas yerləri səmimiyyətsizliyin ən bariz nümunəsidir. Ürəyimiz istəyən formada heç nə edə bilmirik. Mütləq kənarın diqtəsi ilə nələrsə edirik. Mahmudkənd ağsaqqalarının verdiyi qərar çox yaxşı təşəbbüsdür. Məncə, bu addım yayılmalıdır. Digər rayon və kəndlərdə də bu cür qərarlar verilsə çox yaxşı olar. Yaslarda yemək məsələsi yığışdırılmalıdır. İnsanlar, xüsusilə də yoxsul insanlar bunun sıxıntısını çəkirlər. Əgər imkanın varsa, o ehsanı verməkdənsə, uşaqlar evinə göndər körpələr yesin. Yas mərasimlərini təmtəraqlı, israf edərək keçirməyin heç bir mənası yoxdur”.

Paylaş:
2517

Sizin üçün xəbərlər

Son xəbərlər

Xocalının Malıbəyli kəndində insana məxsus sümük fraqmentləri aşkar edilibBu gün, 15:54Azərbaycan Türkiyə ilə KOB sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2 anlaşma memorandumu imzalayıbBu gün, 15:22Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi bəlli olubBu gün, 15:17Ordubadda qaya uçqunu baş verib - FOTOBu gün, 14:57Cəbrayıla ilin sonunadək yüzlərlə ailə köçürüləcəkBu gün, 14:11İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirikBu gün, 13:44Lənkəranda saxlanılan narkokuryerdə 22 kq marixuana aşkar olunubBu gün, 13:31Səfir: Amerika şirkətləri COP29-da iştirakda maraqlıdırBu gün, 13:22Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”Bu gün, 12:47Sabah Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaqBu gün, 12:32Bakıda Azərbaycan və Bolqarıstan işgüzar dairələrinin görüşü keçirilibBu gün, 12:26Sabah 25 dərəcə isti olacaq - ProqnozBu gün, 12:09Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu - FOTOBu gün, 12:07İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verildi - ADLARBu gün, 11:54Şahdağa qar yağıb - Faktiki havaBu gün, 11:22İlham Əliyev və Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan azərbaycanlıların xatirəsini ehtiramla anıblarBu gün, 11:06İsrail XİN-in siyasi direktoru Həzi Aslanovun abidəsini ziyarət edibBu gün, 10:21Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlanıbBu gün, 09:56Xarici İşlər Nazirliyi Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edibBu gün, 09:25Mehriban Əliyeva Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edibBu gün, 09:07
Bütün xəbərlər