Klassika yeniləndi! - “McDonald’s Azərbaycan” mediatur təşkil etdi - FOTO | 1news.az | Xəbərlər
Reportaj

Klassika yeniləndi! - “McDonald’s Azərbaycan” mediatur təşkil etdi - FOTO

Ayşən İsmayılova10:59 - 13 / 07 / 2023
Klassika yeniləndi! - “McDonald’s Azərbaycan” mediatur təşkil etdi - FOTO

Dünyanın məşhur “fast food” şəbəkələrindən biri olan “McDonald's” media nümayəndələrini burgerlərin reseptində və hazırlanma qaydalarındakı dəyişikliklərlə tanış etmək məqsədilə mediatur təşkil edib.

“Grand Hayat” yaşayış kompleksində yerləşən “McDonald's”da təşkil olunan mediaturda 1news.az-ın əməkdaşı da iştirak edib.

“McDonald’s Azərbaycan” şirkətinin Təchizat və Keyfiyyətə nəzarət üzrə direktoru Anar Osmanov və “Grand Hayat” yaşayış kompleksində yerləşən “McDonald's”ın direktoru İlkin Şabanov media nümayəndələrini steril geyimlərlə təmin etdikdən sonra onları burgerlərin yeni hazırlanma texnologiyası ilə tanış ediblər.

Media nümayəndələri ilk olaraq məhsulların saxlanma şəraiti ilə tanış edilib. Belə ki, ət məhsulları -18-20 dərəcə aralığında temperaturda saxlanılır. Qeyd edək ki, soyuducuların temperaturu rəqəmsallaşdırılıb və sensorlar vasitəsilə tənzimlənir. Buna görə də hər hansı bir soyuducunun fəaliyyətində problem yarandıqda bununla bağlı dərhal texniki və keyfiyyətə nəzarət şöbələrinə məlumat göndərilir və nöqsan aradan qaldırılır.

Mətbəxdəki proseslər isə gigiyenik qaydalara uyğun şəkildə aparılır. Burada işçilərin gigiyenasına xüsusi diqqət yetirilir. Belə ki, oraya quraşdırılan taymer saatbaşı xəbərdarlıq siqnalı verir və işçilərə əllərini yumalı olduğunu xatırladır. Həmçinin qabların yuyulması da xüsusi və keyfiyyətli təmizlik vasitələri ilə edilir.

Məhsulların bişirilməsində istifadə olunan yağlara gəlincə, “McDonald's”da istifadə olunan yağlar yüksək oleinli günəbaxan yağlarıdır. Bu bahalı sortdan hazırlanır və daha gec dağılır.

Yağda bişirilən hər məhsulun (toyuq, balıq kimi) ayrıca bişirilmə vannası var və fərqli məhsullar bir-birinə qarışmır. Bu da allergiyası olan insanlar üçün olduqca önəmlidir.

Təchizat və Keyfiyyətə nəzarət üzrə direktor Anar Osmanov qeyd edib ki, bütün “McDonald's” restoranlarında ən son nəsil fritozlardan istifadə edilir. Bu texnikanın avtomatik yağ süzmə sistemi digər vannalarda hazırlanma davam etdiyi zaman yağı ayrıca bölmədə süzməyə imkan verir. Bundan əlavə, cihazın avtomatik doldurma sistemi lazım olduqda yağı qabdan avtomatik çəkir ki, nəticədə onu vannaya əllə tökməyə ehtiyac qalmır.

Vannalarda yağın dəyişdirilməsi isə yağın turşuluq dərəcəsindən asılıdır. Yağın keyfiyyətinə nəzarət gündəlik qaydada əvvəlcə vizual olaraq həyata keçirilir. Rəngi uyğun deyilsə, dərhal dəyişilir. Bundan əlavə, gündə 2 dəfə lakmus kağızları ilə bütün vannalarda olan yağ yoxlanılır. Turşuluq dərəcəsi 1%-dən yüksək olan yağ dəyişilir. Bir neçə istifadədən sonra yağlar filtrdən keçirilir. Hər yağ öz vannasına qayıdır, digərinə qarışmır. Bütün bunlar “McDonald's” məhsullarının könül rahatlığı ilə istifadə edilməsinə imkan verir.

“McDonald's”ın etdiyi yeniliklərə gəlincə isə, dəyişiklik “Big Mac”, “Double Cheeseburger” və “Royal Cheeseburger” də daxil olmaqla, demək olar ki, bütün əfsanəvi burgerlərə şamil olunub.

Burada ət yeni, təkmilləşdirilmiş texnologiya ilə hazırlanır. Belə ki, əvvəllər soğan gec, yəni burger hazırlanan zaman əlavə edilirdi, hazırda isə ət bişəndən dərhal sonra əlavə edilir. Hazırlanma qaydasında edilən bu dəyişiklik ətin dadını daha ləziz edir.

Digər dəyişiklərdən biri də burgerlər üçün istifadə olunan bulkalarla bağlıdır. Belə ki, yeni bulkaların rəngi əvvəlkilərlə müqayisədə daha tünd, parlaq və yumşaqdır.

Qeyd edək ki, yenilənmiş burgerləri artıq “MakAvto” və “McDelivery” də daxil olmaqla Azərbaycanda fəaliyyət göstərən “McDonald’s” restoranlarında əldə etmək olar.

Şirkət nümayəndələri “McDonald's” restoranlarının mətbəxində özünü göstərməyə başlayan yeniliklərin klassik burgerlərsevərləri razı salacağına əmindir.

Turun yekunu olaraq “McDonald's” nümayəndələri bildirdilər ki, yaxın gələcəkdə mətbuat nümayəndələri üçün qida sənayesi tədarükçülərinin müxtəlif zavodlarına silsilə turların təşkili planlaşdırılır. Bu turların iştirakçıları “McDonald's”ın Azərbaycan restoranlarında istifadə edilən məhsulların istehsal prosesi ilə əyani tanış olmaq imkanı əldə edəcəklər.

Paylaş:
3010

Sizin üçün xəbərlər

Son xəbərlər

Bakıda mənzildən meyit tapılıbBu gün, 18:06“Anadolu Ankası - 2024” təlimi davam edir - VİDEOBu gün, 17:37“Vətən naminə Tavuş” hərəkatının iştirakçıları İrəvana çatıbBu gün, 17:03Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edilib - VİDEOBu gün, 16:34“Kəpəz”-“Qəbələ” matçında baş vermiş insidentlə bağlı 3 nəfər saxlanılıb - RƏSMİBu gün, 16:27Xocalının Malıbəyli kəndində insana məxsus sümük fraqmentləri aşkar edilibBu gün, 15:54Azərbaycan Türkiyə ilə KOB sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2 anlaşma memorandumu imzalayıbBu gün, 15:22Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi bəlli olubBu gün, 15:17Ordubadda qaya uçqunu baş verib - FOTOBu gün, 14:57Cəbrayıla ilin sonunadək yüzlərlə ailə köçürüləcəkBu gün, 14:11İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirikBu gün, 13:44Lənkəranda saxlanılan narkokuryerdə 22 kq marixuana aşkar olunubBu gün, 13:31Səfir: Amerika şirkətləri COP29-da iştirakda maraqlıdırBu gün, 13:22Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”Bu gün, 12:47Sabah Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaqBu gün, 12:32Bakıda Azərbaycan və Bolqarıstan işgüzar dairələrinin görüşü keçirilibBu gün, 12:26Sabah 25 dərəcə isti olacaq - ProqnozBu gün, 12:09Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu - FOTOBu gün, 12:07İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verildi - ADLARBu gün, 11:54Şahdağa qar yağıb - Faktiki havaBu gün, 11:22
Bütün xəbərlər