1news.az

2020-ci ildə Kişi İdman Gimnastikası üzrə Avropa Çempionatı Bakıda keçiriləcək

4 Fevral saat 15:10 ~ 1 dəqiqəlik oxu 485
2020-ci ildə Kişi İdman Gimnastikası üzrə Avropa Çempionatı Bakıda keçiriləcək

Bu həftəsonu Avropa Gimnastika İttifaqının Lozannadakı baş qərargahında həmin qurumun İcraiyyə Komitəsinin iclası baş tutub.

1news.az Azərbaycan Gimnastika Federasiyasına (AGF) görüşdə AGF-nin 2020-ci ildə idman gimnastikası üzrə Avropa Çempionatının ölkəmizdə keçirilməsi ilə bağlı irəli sürdüyü namizədliyə baxılıb və müzakirələrdən sonra Kişi İdman Gimnastikası üzrə 34-cü Avropa Çempionatının 2020-ci ilin 6-10 may tarixlərində paytaxtımızda keçirilməsi qərara alınıb.

Qadın İdman Gimnastikası üzrə 33-cü Avropa Çempionatının təşkili isə Parisə (Fransa) həvalə olunub.

Qeyd edək ki, Beynəlxalq Gimnastika Federasiyasının 2017-2020-ci il Olimpiya dövrü üzrə yeni qaydalarına əsasən Avropa Çempionatlarında da Tokio-2020-yə lisenziya oynanılır.

Bundan əlavə, Azərbaycan Gimnastika Federasiyası növbəti Olimpiadaya qədər gimnastikanın 3 növü üzrə (idman gimnastikası, batut gimnastikası, bədii gimnastika) məhz lisenziya xarakteri daşıyan Dünya Kuboku mərhələləri, həmçinin bədii gimnastika üzrə Dünya Çempionatı təşkil edəcək.

1news.az

OXUCULARIN SEÇİMİ
REDAKSİYANIN SEÇİMİ
Müxtəlif BÖLMƏSİNDƏN DİQƏR XƏBƏRLƏR

SON XƏBƏRLƏR

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2017 "The First News" İnformasiya Agentliyi,,
Bütün hüquqlar qorunur
entonee.net