12 yaşlı qız və sevgilisindən dəhşətli əməl: oğlanı bişirib... - VİDEO - FOTO | 1news.az | Xəbərlər
Dünya

12 yaşlı qız və sevgilisindən dəhşətli əməl: oğlanı bişirib... - VİDEO - FOTO

12:26 - 05 / 10 / 2018
12 yaşlı qız və sevgilisindən dəhşətli əməl: oğlanı bişirib... - VİDEO - FOTO

22 yaşlı gənc 12 yaşlı sevgilisi ilə birlikdə 21 yaşlı oğlanı öldürüb şaqqalayıblar, sonra da bir neçə tikəsini bişiriblər.

1news.az-ın məlumatına görə, Milli.Az NTV-yə istinadən bildirir ki, 21 yaşlı Aleksandr Popoviçin cəsədi Novinka qəsəbəsindəki evlərdən birində aşkarlanıb. Şaqqalanmış cəsədin bir neçə hissəsi sobada bişirilmişdi.

Mərhumun ürəyi, bağırsaqları və döş qəfəsinin bir hissəsi tikələr halında tavada, qızardılmış vəziyyətdə idi.

Leninqrad vilayətinin İstintaq Komitəsi 22 yaşlı Arkadi Zverevin və 12 yaşlı A. adlı qızın tutulduğunu bəyan edib.

12 yaşlı qız Soçi şəhərində evdən qaçıb və axtarışda olub.

A.Zverevlə onun 12 yaşlı "sevgilisi" A.Popoviçin evində qonaq olublar. Oktyabrın 2-dən 3-nə keçən gecə ev sahibi ilə qonaqlar arasında dava düşüb.

A.Zverev ev sahibi A.Popoviçə bir neçə dəfə bıçaqla zərbə endirərək onu qətlə yetirib, sonra balta ilə şaqqalayıb.

Qatil əməlini etiraf edib.

12 yaşlı A. da A.Popoviçin cəsədinin şaqqalanmasında iştirak edib. "Onun beynini və sinəsinin ətini bişirib yedik. O, yatmışdı. Bıçaqla mən də ona vurdum. Amma əti bəyənmədim. Dadsız idi", - A. deyib.

22 yaşlı Arkadi və onun 12 yaşlı "sevgilisi"nin A.Popoviçlə ötən ayın sonlarında Sankt-Peterburqdakı kafelərdən birində tanış olduqları aşkarlanıb.

1news.az

Paylaş:
5792

Son xəbərlər

Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33
Bütün xəbərlər