Yerevandakı etirazlar ABŞ diplomatiyasının riyakarlığını nümayiş etdirir – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Yerevandakı etirazlar ABŞ diplomatiyasının riyakarlığını nümayiş etdirir – FOTO – VİDEO

12:20 - 20 / 04 / 2018
Yerevandakı etirazlar ABŞ diplomatiyasının riyakarlığını nümayiş etdirir – FOTO – VİDEO

Artıq neçə gündür ki, Yerevanda kütləvi etiraz aksiyaları keçirilir: sakinlər sabiq prezident Serj Sarkisyanın Ermənistanın baş naziri vəzifəsinə seçilməsinə qarşı mitinq keçirirlər.

Ölkəyə 10 il rəhbərlik etmiş Sarkisyan effektsiz idarəetmə və iqtisadi vəziyyətin daha da pisləşməsində ittiham olunur.

Etirazçılar Yerevan küçələrində “Serj, get!”, “Addım at, Serji uzaqlaşdır!”, “Azad, müstəqil Ermənistan!” şüarlarını səsləndirirlər.

“Mənim addımım” etiraz hərəkatının lideri Ermənistan parlamentinin deputatı Nikol Paşinyandır.

Çoxsaylı etiraz aksiyalarına baxmayaq Ermənistan parlamenti aprelin 17-də Serj Sarkisyanı baş nazir olaraq seçdi. Ermənistanda parlament idarə formasını nəzərə alaraq qeyd edək ki, baş nazir ölkədə ən geniş səlahiyyətlərə sahib olacaq.

Lakin etirazçılar təslim olmaq fikrində deyillər. Onlar dövlət müəssisələrində oturaq tətillərə səsləyərək Ermənistanda “məxməri inqilabın” başlandığından bəhs edirlər.

Etirazlar polislə iştirakçılar arasında qarşıdurma ilə də müşayiət olunur. Belə ki, bir neçə polis və etirazçıların liderinin yaralandığı bildirilir.

Yerevanda baş verən hadisələrlə bağlı ABŞ-ın Dövlət Departamenti də qiymət verib:

“Yerevanın mərkəzində baş verən mitinqləri yaxından izləyirik. Neçə gündür ki, etirazçılarla polisin məsuliyyət göstərməsi təqdirəlayiqdir. Lakin hüquq-mühafizə orqanları ilə etirazçılar arasında yaranmış qarşıdurmadan narahatıq. Tərəfləri təmkinli olmağa çağırırıq”.

Azərbaycanlı politoloq Tofiq Abbasov Dövlət Departamentinin Ermənistandakı repressiya və zorakılığa reaksiyasına münasibət bildirib:

“Təəccüblüdür ki, Amerika saxta konstitusiya islahları ilə öz xalqını aldadan Sarkisyanla bağlı bir söz deməyib”.

Politoloqun fikrincə, Sarkisyanın Robert Koçaryanla əlbir olaraq 1998-ci ildə qanuni olaraq prezident seçilmiş Levon Ter-Petrosyanı devirdiyini bütün dünya bilir. İndi də prezident postunda iki dövr qaldıqdan sonra Sarkisyan siyasi hiylə ilə idarəetməni əlində saxladı:

“Xalq onu istəmir. Çünki, o, ölkəni dərin böhrana sürükləyib. Və ABŞ-ın Ermənistanda baş verən hadisələrə göz yumması bir daha Vaşinqtonun iki üzlülüyündən xəbər verir.

 “Bəzən Azərbaycanda baş verən hadisələrə Vaşinqtonun tənqidi yanaşmasını nəzərə alaraq Amerikanın iki qonşu dövlətdə baş verənlərə ikili standart göstərməsi açıq-aydındır”.

T.Abbasovun fikrincə, Yerevana güzəştlər etməkə ABŞ Sarkisyanın hakimiyyətdəki özbaşınalığını qanuniləşdirirlər və bununla da istər ölkədə, istərsə də regionda gərginliyi artırır.

“Ermənistanda baş verən hadisələr, Yerevanın Dağlıq Qarabağ probleminə destruktiv mövqeyi bir daha göstərir ki, işğalçı dövlətdəki böhran kritik həddədir”.  

Politoloqun fikrincə, Ermənistanın xilası güc siyasətindən sağlamdüşüncə siyasətinə keçiddə, bununla da istər ölkədaxili və ölkənin xarici problemlərdən qurtulmasındadır:

“Əks halda parçalanmadan qaçmaq mümkün olmayacaq. Təəssüflər olsun ki, Amerika diplomatiyası həqiqətləri gördükləri halda, hadisələrə göz yumurlar”.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
797

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər