NTV kanalında Ermənistan özünə məşuq axtaran pozğun qadın kimi müqayisə edilib – FOTO – VİDEO    | 1news.az | Xəbərlər
Siyasət

NTV kanalında Ermənistan özünə məşuq axtaran pozğun qadın kimi müqayisə edilib – FOTO – VİDEO   

12:58 - 02 / 12 / 2017
NTV kanalında Ermənistan özünə məşuq axtaran pozğun qadın kimi müqayisə edilib – FOTO – VİDEO   

Nə üçün Brüssel Ermənistanı “Şərq Tərəfdaşlığı”na çəkmək istəyir?

Bu sual NTV telekanalında yayımlanan “Mesto vstreçi” verilişinin başlıca mövzusu olub.

1news.az-ın verdiyi xəbərə görə, proqramın gedişatında qeyd edilib ki, ilk dəfə Ermənistana assosiasiyalarla razılaşma 2013-cü ildə təklif olunub. O zaman İrəvan həmin sənədləri imzalamaqdan imtina edib.  

Dörd il ötdü. Həmin razıaşmadan bir neçə bənd götürülərək yenidən Ermənistanın sənədi imzalamasına qayıdılıb. Yeni razılaşmada İrəvana vətəndaş cəmiyyətinin inkişafı, korrupsiya ilə mübarizə, erməni biznesinin Avropa bazarlarına çıxması üçün əlverişli şəraitin yaradılması göstərilib.

Verilişdə çıxış edən politoloq Oleq Barabanov qeyd edib ki, Ermənistan Avropaya lazım deyil:

“Hədəf çox sadədir – yenicə inkişaf edən Avrasiya Birliyinə zərbə vurmaqdır. Burada məsələ Avropa deyil, Ermənistandır”.

 “2013-cü ildə Ermənistan şərti olaraq müstəqil idi və Avrasiya Birliyi ilə Avropa İttifaqının assosiasiyaları arasında seçim edə bilərdi. O Avrasiya Birliyini seçdi. İndi isə Avrasiya Birliyinin tamhüququlu üzvüdür. Gömrük Birliyinin daxilində heç bir sərhəd yoxdur, lakin burada Ermənistan Troya atına çevrilib”.

Politoloq qeyd edib ki, Ermənistan Avrasiya Birliyinə daxail olan kimi, prezident Serj Sarkisyan dərhal Çinə səfər etdi. Səfər zamanı o qeyd edib ki, artıq Çin Ermənistandan keçərək öz məhsularını Avrasiya İqtisadi Birliyinin bazarlarına çıxara bilər.

Verilin aparıcısı Olqa Belova Ermənistanı rəsmi əri ilə münasibətləri saxlayaraq özünə məşuq axtaran pozğun qadınla müqayisə edib.  

Siyasi Araşdırmalar İnstitutunun direktoru Serqey Markov vurğulayıb ki, bu müqavilələrin imzalanması Ermənistanla münasibətlərin pisləşməsinin göstəricisidir:

“İrəvanda Rusiyaya qarşı az pul verdiyi üçün iddialar var. Həmçinin Adolf Hitlerin müttəfiqi olmuş, Ermənistanda milli qəhrəman hesab edilən və heykəli qoyulan Ndje ilə bağlı münaqişəmiz var. Eləcə də rus telekanallarına təsir cəhdləri də var. Belə ki, kanallar Ndjenin milli cinayətkar olmamasını söyləməsinlər”.

“Mesto vstreçi” (“Görüş yeri”) – gündəlik ictimai-siyasi proqramdır.  

Studiyanın qonaqları ilə aparıcılar hər gün həyatda baş verən ən ciddi və aktual məsələləri müzakirə edirlər.

Tərcümə: S.Xankişiyeva

Paylaş:
971

Son xəbərlər

Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46
Bütün xəbərlər