BANM-ın müəlliminin nüfuzlu beynəlxalq jurnalda daha bir elmi məqaləsi dərc olundu | 1news.az | Xəbərlər
Cəmiyyət

BANM-ın müəlliminin nüfuzlu beynəlxalq jurnalda daha bir elmi məqaləsi dərc olundu

10:11 - 22 / 10 / 2018
BANM-ın müəlliminin nüfuzlu beynəlxalq jurnalda daha bir elmi məqaləsi dərc olundu

Bakı Ali Neft Məktəbinin (BANM) Neft-qaz mühəndisliyi kafedrasının müəllimi Samin Məliyin dünyanın nüfuzlu elmi jurnallarından birində daha bir məqaləsi dərc olunub. 

1news.az-a BANM-ın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, "Ədədi Funksional Analiz və Optimizasiya" ("Numerical Functional Analysis and Optimization") jurnalında dərc olunan elmi məqalə  "İdarəedicidə gecikməli dinamik sistemlərdə məxsusi idarəedicinin optimallığı üçün zəruri şərtlər" ("On Necessary Optimality Conditions for Singular Controls in Dynamical Systems with a Delay in Control") adını daşıyır.

Məqalədə yeni isbat metodları tətbiq edilməklə ən yeni mühəndislik və iqtisadi optimallaşdırma problemlərinin həllində tətbiq olunan və optimallaşdırma nəzəriyyəsində ən əhəmiyyətli nəticələrdən biri sayılan Pontryaqin Maksimum prinsipinin gücləndirilmiş analoqu alınmışdır. Bundan əlavə Maksimum prinsipi mənada məxsusi idarəedicinin optimallığı üçün ikinci və daha yüksək tərtib zəruri şərtlər alınmışdır. İdarəedicidə gecikməli dinamik sistemlərdə  optimallaşdırma məsələləri müasir riyaziyyatın ən prioritet tədqiqat sahələrindən olub, yeni çox funksiyalı texnoloji maşınların əlverişli iş prinsiplərinin təyinatı və həmçinin riyazi modelləri vasitəsi ilə gecikməsi olan və ya məhdudiyyətlər yaranmış bank ödənişlərinin optimal idarə olunması üçün mühüm əhəmiyyət daşıyır.

50 ildir ki fəaliyyət göstərən, "Tomson” reytinqli "Ədədi Funksional Analiz və Optimizasiya" jurnalı ABŞ'ın çox nüfuzlu “Taylor&Francis” elmi jurnallar bazasında olmaqla yanaşı "Kontrol və Optimizasiya" sahəsi üzrə ən nüfuzlu elmi jurnallardandır. Redaksiya heyəti ABŞ, Almaniya və Fransa universitetlərinin professorlarından ibarət olan jurnal dünyaca məşhur  SCOPUS, MathSciNet, EBSCOhost və ZentralblattMath kimi elmi araşdırmalar bazalarına da daxildir.

Qeyd edək ki, BANM-ın müəllimi Samin Məlik Böyük Britaniyanın Mançester Universitetində “Riyaziyyat və riyazi məntiq” ixtisası üzrə magistraturanı bitirib  və hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Riyaziyyat və Mexanika İnstitutunda ixtisası üzrə dissertantdır.

S.Xankişiyeva

 

Paylaş:
359

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər