Arda Turan: Silah burada, nə edirsən, et ... | 1news.az | Xəbərlər
Futbol

Arda Turan: Silah burada, nə edirsən, et ...

11:13 - 12 / 10 / 2018
Arda Turan: Silah burada, nə edirsən, et ...

Məşhur müğənni Berkayın burnunu sındıran və həyat yoldaşına sataşan futbolçu Arda Turan polisə çağırılıb.

1news.az-ın türk mətbuatına istinadla verdiyi xəbərə görə, o, prokurorluğun təlimatı ilə polisə 3 saat ifadə verib. Arda ifadəsində hadisənin təfərrüatlarını danışıb:

“Mən Burak Yılmazla danışarkən Berkay bir anda qolumu dartmağa başladı. Nə olduğunu anlamadım, o an vurdum. Daha sonra öyrəndim ki, həyat yoldaşına söz atmışam. Birincisi, mən həyat yoldaşını tanımıram. Tanımadığım bir adamın evli olduğunu da bilmirəm. Həmçinin həyat yoldaşı “Arda tualetə gedərkən mənə toxundu” deyib. Təhlükəsizlik kameralarından da müəyyən etmək olar ki, heç tualetə getməmişəm".

Əlində tapança ilə xəstəxanaya gedən Arda hadisəni belə izah edib:

“Mən arxasınca xəstəxanaya getdim. Berkaya söylədim ki, xanımına heç nə deməmişəm. “Buna necə inanırsan?”, - deyə sual verdim. Hətta, o da mənə “Kapitan, mən sənə inanıram”, - dedi. Belimdə olan tapança çıxarıb orada olan masaya qoydum, inanmırsansa, məni vur, dedim. Burnu sınıq olduğu üçün ona “Mən buradayam əgər təcavüz olduğunu düşünürsənsə, al silah burada, mən səndən şikayətçi də olmayacağam, nə edirsən, et" dedim. Sonra belimə tapançanı təkrar qoyarkən atəş açılıb".

Burnu sınan Berkay isə "Ardayla halallaşıram, amma bir şərtim var”, - deyib:

“Mənə bir şey olmaz deyən Arda Turan gününü görəcək. Şərtim odur ki, ictimaiyyətdən üzr istəsin və sonra onunla təkbətək 20 dəqiqə bir otaqda qalaq. Ondan sonra hər şeyi silirəm. Bu məsələni belə qoymayacam. Araya girənlərin hamısına salamlarımı göndərirəm. Bəzilərinin mafiya hərəkətləriylə mənə bir şey olmaz havalarını da kimsəyə yedirtmərəm".

Arda Turan məşhur müğənninin arvadına sataşıb burnunu qırdı

S.Xankişiyeva

 

Paylaş:
4292

Son xəbərlər

Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb - FOTOBu gün, 09:03Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51
Bütün xəbərlər