Diktor Ruslan Həsənov: “AzTV-ni dünyanın bir sıra qabaqcıl telekanalları ilə eyni səviyyədə qoymaq olar” - FOTO - VIDEO | 1news.az | Xəbərlər
Köşə

Diktor Ruslan Həsənov: “AzTV-ni dünyanın bir sıra qabaqcıl telekanalları ilə eyni səviyyədə qoymaq olar” - FOTO - VIDEO

17:50 - 09 / 03 / 2016
Diktor Ruslan Həsənov: “AzTV-ni dünyanın bir sıra qabaqcıl telekanalları ilə eyni səviyyədə qoymaq olar” - FOTO - VIDEO

Bəzən biz özümüzü tapmağa çalışırıq, bunun üçün də fəaliyyətin müxtəlif sahələrini sınaqdan keçiririk. Həyat isə bizə kömək edərək əlçatmaz arzumuza yaxınlaşdırır.

Hazırda AzTV-nin xəbərlər proqramının aparıcısı olan gənc və perspektivli diktor Ruslan Həsənovla məhz bu cür hadisə baş verib. Onun çiyinlərində – teatrda çıxışlar, kafe ziyarətçilərinə xidmət göstəmək, həmçinin Mədəniyyət Nazirliyində işləmək dayanır. Ruslan bizimlə söhbət edərək necə diktor olduğunu və yerli televiziyanın vəziyyəti haqda fikirlərini bölüşdü. Bu müsahibəni sizlərin diqqətinizə çatdırırıq:

“Dostlarımdan bəziləri televiziyada çalışırdı və mən hər zaman onların iş fəaliyyəti ilə maraqlanırdım. Məni bu sahə özünə cəlb edirdi. Xatırlayıram ki, tez-tez dərslərdən AzTV-də Novruz bayramı ilə əlaqədar çəkilişlər üçün qaçardıq. Lakin bir dəfə də epizoda düşməmişəm (gülür). Çünki ağlımda hər zaman Vaqif müəllimin sözləri səslənərdi: “Gələcəkdə hansı sənətə sahib olacağınız bəlli deyil, lakin indi hansısa kiçik, lap gülməli olsa belə rolda çıxış etməyiniz sizi tamaşaçıların yaddaşında həmişəlik bu cür qalmağa imkan verəcək”.

Lakin sonra həqiqi hərbi xidmətə getdim. Qayıtdıqdan sonra bir müddət iş axtarmalı oldum. Bir müddət kafedə çalışmağa başladım. Yeri gəlmişkən, bir gün işdən evə qayədarkən metroda bir kişi ilə söhbət etdim. Həmin tanımadığım kişi ilə söhbət zamanı mənə dedi ki, diktor işləmirsən. Mən işləmədiyimi bildirdim. O isə səmimi olaraq məni televizorda görmək istədiyini bildirdi. “Əgər nə zamansa televiziyada müsabiqə eşitsəniz, mütləq özünüzü sınayın, sizin potensialınız var”, - həmin kişi məndə əminlik yaratdı.

Bir müddət Mədəniyyət Nazirliyində çalışdıqdan sonra bir gün Azərbaycan Televiziyasında yeni əməkdaşların qəbulu ilə bağlı müsabiqə keçirildiyini eşitdim. Mən həmin tanımadığım kişinin sözlərini xatırlayaraq sənədlərimi göndərdim və tez bir zamanda mənə zəng edilərək sınağa dəvət olundum. Orada mənə vərəqdə xəbər yazmağı və daha sonra isə kamera qarşısında xəbəri oxumağı tapşırdılar. Bir aydan sonra yenidən mənimlə əlaqə saxlanıldı. Rafiq Hüseynov məni mehriban qarşılayaraq və aparıcı vəzifəsində çalışmağı təklif etdi. Beləliklə, mənim televiziya karyeram başladı.

Bu, Prezident İlham Əliyevin “Gənclər ili” adlandırdığı 2007-ci il idi. Qeyd etmək istərdim ki, Prezident İlham Əliyev tərəfindən cəmiyyətimizin gənc vətəndaşlarına hər zaman hərtərəfli qayğı və dəstək göstərilib. Və bu gənclərin bir nümayəndəsi kimi bu dəstəyi hər zaman hiss etmişəm.

Yerli televiziyanın vəziyyəti haqqında

Əvvəllər AzTV  yeganə yerli kanal idi. Hazırda telekanalların sayı çoxdur və hər birinin özünəməxsus formatı var. Lakin kanalımız xalqın maariflənməsi üçün imkanlar yaradan yeganə telekanaldır. Belə ki, AzTV-də şou-biznes kanalları yoxdur, çünki buna ehtiyac da yoxdur – onsuz da onların digər kanallarda sayı həddindən artıqdır.

Beləliklə də, AzTV-nin dünyanın ən qabaqcıl və inkişaf edən telekanalları ilə bir səviyyədə qoymaq olar: istər texniki avadanlıq, istərsə də kadr potensialı nöqteyi-nəzərindən. Şəxsən mən, əcnəbi həmkarlarımla tanışlıq zamanı onların kanalımızın əmkdaşlarına peşəkarlıqda güzəştə getdiklərinin şahidi oluram. Çünki biz – universalıq, işlərimizi müxtəlif funksiyalarda həyata keçirmək mümkündür.

Kamera qarşısında həyəcan və gözlənilməz vəziyyət

İlk baxışda diktor vəzifəsi asan gəlir. Lakin elə problemlər var ki, tamaşaçı onu görmür. İşini sevəndə ona həsr etdiyin zaman da sənə çətin görünmür. “Avroviziya” mahnı yarışması zamanı Azərbaycanın birinci yerə layiq görüləndə qəfildən tribunlardan sevinc səsləri eşitdim. Bu zaman mən evdə oturmuşdum. Heç kəs mənə demədi ki, gecə saat 3-də televiziyaya get və bu barədə məlumat hazırla. Mən bunu etdim, çünki özüm istəyirdim.

Azərbaycanda Avropa Oyunları keçirilən zaman mən Su İdman Mərkəzinə sövq edilmişdim. Lakin mənim ən həyəcanlı çıxışım Crystal Hall-da oldu. Mən volleybol komandası zamanı iştirakçılardan fasilə zamanı müsahibə götürdüm. Bu zaman qonaqlar arasında olan birinci xanım Mehriban Əliyeva gördüm, bu da məni həyəcanlandırdı. Lakin çıxş etdiyim zaman birinci xanımın məni alqışlarla dəstəklədi. Bu, məni daha da ilhamlandırdı. Həmin an mənim iş karyeramda ən unudulmaz an olaraq qaldı.

Əgər sən televiziyada işləmək üçün doğulmusansa həyat səni mütləq bu sahəyə gətirəcək. Sadəcə bunun üçün bir neçə addım atmalısan. Misal üçün, seçimlərdə iştirak etməlisən. Mən məhz bunun hesabına arzularımın işinə qəbul olundum.

1news.az

FOTO: Ruslan Həsənovun şəxsi arxivi

Paylaş:
10948

Son xəbərlər

İlham Əliyev: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06
Bütün xəbərlər