FİFA prezidenti: İştirakçı sayının 48-ə artırılması sırf futbolla bağlı qərardır | 1news.az | Xəbərlər
Futbol

FİFA prezidenti: İştirakçı sayının 48-ə artırılması sırf futbolla bağlı qərardır

23:18 - 11 / 01 / 2017
FİFA prezidenti: İştirakçı sayının 48-ə artırılması sırf futbolla bağlı qərardır

FIFA prezidenti Canni İnfantino qurumun İcraiyyə Şurasının qərarının ardından ictimaiyyətə açıqlama verib.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, BBC-yə müsahibəsində C.İnfantino futbol üzrə dünya çempionatının formatındakı dəyişikliyin maliyyə yox, idmanla əlaqədar olduğunu deyib.

Qərarın pulla bağlı olmadığını bildirən FIFA rəhbəri bunun sırf futbola xidmət göstərdiyini xatırladıb. Onun qənaətinə görə, ötən gün XXI əsrdə futbolu xarakterizə edən tarixi qərar verilib: “2026-cı ildən etibarən mundial iştirakçılarının sayının 32-dən 48-ə artırılması oyunların real keyfiyyətini də yüksəldə bilər. Bir sıra ölkələr dünya çempionatında şans əldə edəcəklər. Onlar nəticə etibarilə elit komandalara qarşı bütün qüvvələrini səfərbər edə biləcəklər. Futbol dəyişərək daha qlobal idmana çevrilib. Hər kəs Avropa futbolunun uğuruna sevinir. Ancaq futbolun inkişafı təkcə bir qitədə deyil, Avropadan kənarda da genişləndirilməlidir. Klubların iradları təqvimlə və oyunçuların yüklənmələri ilə bağlı idi. Biz onların tələblərini yerinə yetirdik. Yenə eynilə 32 gün və maksimum 7 qarşılaşma oynanılacaq”.

Xatırladaq ki, dünya çempionatında komanda sayının artırılması barədə qərarı FIFA-nın İcraiyyə Şurası qəbul edib. Bu qərardan sonra ali futbol qurumunun əlavə 500 milyon avro qazanacağı gündəmə gəlib.

1news.az

 

Paylaş:
508

Son xəbərlər

“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11
Bütün xəbərlər