Xarici valyutanın ölkədən qanunsuz yolla çıxarılmasının qarşısı alınıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xarici valyutanın ölkədən qanunsuz yolla çıxarılmasının qarşısı alınıb

20:20 - 18 / 01 / 2017
Xarici valyutanın ölkədən qanunsuz yolla çıxarılmasının qarşısı alınıb

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkə ərazisindən bəyan etməməklə çıxarılmasına cəhdin qarşısını alıblar.

1news.az-ın Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Bakı-İstanbul aviareysilə getmək istəyən Türkiyə Respublikasının vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı əvvəlcədən gömrük orqanına təqdim etməyib.

Vətəndaşın çantası rentgen aparatından keçirilərkən monitorda pula bənzər təsvirlər görünüb. Daha sonra vətəndaşa məxsus əl çantasının yoxlanılması zamanı çantanın içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim edilməmiş, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş 477 ədəd, hər biri 100 ABŞ dolları nominalında, 130 ədəd isə hər biri 10 ABŞ dolları nominalında pul əskinasları olmaqla, cəmi 49.000 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

1news.az

 

Paylaş:
487

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər