Şəkidə “Avropa şəhərciyi”nin açılışı olub | 1news.az | Xəbərlər
Cəmiyyət

Şəkidə “Avropa şəhərciyi”nin açılışı olub

17:51 - 23 / 09 / 2017
Şəkidə “Avropa şəhərciyi”nin açılışı olub

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə sentyabrın 23-də Şəki şəhərində “Avropa şəhərciyi”nin rəsmi açılış mərasimi olub.

1news.az  xəbər verir ki, “Yuxarı Baş” Dövlət tarix-memarlıq Qoruğunun ərazisində təşkil olunan tədbirdə Avropa İttifaqına üzv ölkələrin Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin rəhbərləri və təmsilçiləri, şəhər sakinləri iştirak ediblər.

Şəhər icra hakimiyyətinin başçısı Elxan Usubov qonaqları salamlayaraq, tədbirin Şəkinin mədəni həyatında xoş xatirə kimi qalacağını, sakinlərin Avropa mədəniyyəti və tarixi haqqında yeni biliklər əldə edəcəyini diqqətə çatdırıb.

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas bildirib ki, “Avropa şəhərciyi” ittifaqın üzvü olan ölkələrlə birgə əməkdaşlıq çərçivəsində təşkil olunub. Layihənin məqsədi Avropa ölkələrinə öz mədəniyyət və ənənələrini nümayiş etdirmək imkanı yaratmaqdır.

Sonra tədbir iştirakçıları Avropa İttifaqına üzv ölkələrin mədəniyyətini, adət-ənənəsini, turizm potensialını əks etdirən guşələrlə tanış olublar.

Tədbir çərçivəsində uşaq və böyüklər üçün müxtəlif müsabiqələr, yarışlar, əyləncəli şoular təşkil olunub.

“Avropa şəhərciyi”nin açılışına həsr olunmuş silsilə tədbirlər axşam saatlarında şəhərin mərkəzi meydanında konsert proqramı ilə davam edəcək.

1news.az 

Paylaş:
823

Son xəbərlər

Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11
Bütün xəbərlər