“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının İT infrastrukturu necə qurulub? - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının İT infrastrukturu necə qurulub? - FOTO

11:25 - 27 / 04 / 2017
“Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının İT infrastrukturu necə qurulub? - FOTO

Bu il Azərbaycanın paytaxtı beynəlxalq nüfuzlu multi-idman tədbirinə – IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək.

Birlik-bərabərlik, sülh, hörmət və mükəmməlliyi təmsil edən bu möhtəşəm tədbir 50-dən çox ölkənin aparıcı atletlərini və oyunları heyranlıqla seyr edən milyonlarla tamaşaçını bir araya gətirəcək. On gündən artıq davam edəcək bu tədbir ərzində paytaxt Bakı möhtəşəm yarışlarda qələbə qazanmağa can atan minlərlə atleti qonaq edəcək.

Multi-idman tədbirlərinin kompüter sistemləri ilə dəstəklənməyən tək bir aspekti belə yoxdur. İnformasiya Texnologiyaları Təşkilat Komitəsinin idman yarışlarını planlaşdırmasına, təşkilinə və idarə etməsinə imkan yaradır. Tədbirin planlaşdırılmasından yarış meydançalarında mürəkkəb infrastrukturun işlək vəziyyətdə saxlanılmasına kimi, Azərbaycan İslam Həmrəyliyi Oyunları Əməliyyat Komitəsi (AISGOC) bir sıra dəstək xidmətlərinin ən səmərəli şəkildə çatıdırılmasında texnologiya sistemlərinə və proqramlarına etibar edir. AISGOC üçün qurulan İT infrastrukturu yüzlərlə şəbəkə kommutatorlarından, minlərlə kompüterdən və müasir məlumat mərkəzində yerləşdirilən oyunlar üçün kritik əhəmiyyətli proqram təminatları və müəssisə tətbiqlərindən təşkil olunub. Oyunların uğurla keçməsi üçün bu mürəkkəb infrastrukturun hər bir komponentinin qüsursuz işləməsi şərtdir.

Eurodesign şirkəti AISGOC-un texnoloji tərəfdaşı olmaqdan və IV İslam Həmrəyliyi Oyunları üçün texnoloji həll və xidmətlər təmin etməkdən qürur duyur. Eurodesign şirkəti AISGOC tərəfindən IV İslam Həmrəyliyi Oyunları üçün şəbəkə infrastrukturunun qurulması, tətbiqi proqram təminatlarının hazırlanması, çoxsaylı layihələrin idarə olunması və logistika xidmətlərinin dəstəklənməsi üçün tərəfdaş olaraq seçilib. Çox qısa zaman içərisində Eurodesign təşkilatçı komitə üçün şəbəkə infrastrukturunu və səs sistemlərini qurmuş və zəruri proqram təminatı həlləri hazırlanıb.

“Eurodesign şirkətinin 1-ci Avropa Oyunlarından əldə etdiyi böyük təcrübə IV İslam Həmrəyliyi Oyunları üçün etibarlı və son dərəcə dayanıqlı İT infrastrukturunun qurulmasına kömək edir. Eurodesign tərəfindən hazırlanmış texnoloji arxitektura həm texniki, həm də biznes tələblərini qarşılayır. Bu cür böyük miqyaslı multi-idman tədbirlərində hər hansı gecikməyə yol verilə bilməz; məhz bu səbəbdən, hər bir İT sistemi vaxtında qurulmalıdır. Oyunların başlamasına 20 gündən az qaldığı müddətdə, biz, Eurodesign olaraq görülən işlərin keyfiyyətindən əminik və oyunlar zamanı İT sistemlərinin fasiləsiz işini təmin etmək üçün etibarlı xidmətlər göstərməyə hazırıq” – deyə Eurodesign şirkətinin texnologiyalar üzrə direktoru Sabir Haqverdiyev bildirdi.

IV İslam Həmrəyliyi Oyunlarında Eurodesign-ın rolu təşkilat komitəsinin dünya səviyyəli multi-idman tədbirini idarə etməsini asanlaşdırmaq üçün tələb olunan bütün alət və proqramları təmin etmək, komitəni bütün rəqəmsal imkanlarla təchiz etməkdir. Texnololoji tərəfdaş kimi, biz Yarış Cədvəlini idarə etmək və bütün yarış yerlərinə Materialların Çatdırılmasına nəzarət etmək üçün xüsusi biznes-tətbiqləri yaratmışıq. Multi-idman yarışlarında könüllülərin rolunu qiymətləndirməmək mümkün deyil. Könüllülər AISGOC-da çalışan geniş peşəkar və entuziastlar ailəsinin hörmətəlayiq üzvləridir. Eurodesign Könüllülərin Təlim Portalını yaratmaqla könüllü icmasının təşkilatçı komitəyə inteqrasiyasına böyük töhfə verib. Oyunlara hazırlıq prosesində çalışan təxminən iki min daimi heyət üzvü ilə AISGOC işə qəbul prosesinin olduqca olduqca effektiv keçirilməsini tələb edən müəssisəyə çevrilib. Eurodesign tərəfindən işlənib-hazırlanıb Müsahibələrin İdarəetmə sistemi kadr seçimi komandasına öz sahəsində ən yaxşı peşəkarlarla vaxt baxımından səmərəli şəkildə müsahibə aparmağa imkan verib. Eurodesign tərəfindən hazırlanan Preparatların Distribyusiyası proqramı müxtəlif şəxslərin fərdi ehtiyaclarının müəyyən edilməsində, eləcə də dopinq nəzarətinin effektiv həllinin təmin edilməsində mühüm rol oynayır. Eurodesign-ın qurduğu Sənədlərin İdarəedilməsi Sistemi AISGOC heyətinin öz gündəlik işini təhlükəsiz və rahat şəkildə icra etməsinə şərait yaratmaqla təşkilat daxilində səmərəli komanda işini təmin edir. Eurodesign tərəfindən təmin olunan anbar xidmətləri və xüsusi Logistika mütəxəssisləri komandası layihə boyunca səmərəli distribyusiya xidmətlərinin göstərilməsinə, AISGOC obyektlərindən və bu obyektlərə beynəlxalq, regional və lokal çatdırılmaların idarə edilməsinə kömək edib.

Eurodesign möhtəşəm “Bakı 2017” IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün AISGOC-un texnologiya üzrə tərəfdaşı olmaqdan şərəf duyur!

Paylaş:
1141

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcək26 / 04 / 2024, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşüb26 / 04 / 2024, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edir26 / 04 / 2024, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq26 / 04 / 2024, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 226 / 04 / 2024, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur26 / 04 / 2024, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub26 / 04 / 2024, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTO26 / 04 / 2024, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMAT26 / 04 / 2024, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq26 / 04 / 2024, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!26 / 04 / 2024, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir26 / 04 / 2024, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verir26 / 04 / 2024, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edib26 / 04 / 2024, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq26 / 04 / 2024, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edib26 / 04 / 2024, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır26 / 04 / 2024, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıram26 / 04 / 2024, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb26 / 04 / 2024, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdır26 / 04 / 2024, 14:59
Bütün xəbərlər