“Azərbaycan xalçaları” jurnalının 21-ci sayı nəşr olunub – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərbaycan xalçaları” jurnalının 21-ci sayı nəşr olunub – FOTO

11:12 - 23 / 01 / 2017
“Azərbaycan xalçaları” jurnalının 21-ci sayı nəşr olunub – FOTO

Sənətşünaslıq və tarix ixtisasları üzrə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının elmi nəşrləri sırasında olan jurnalda sənətşünaslıq, tarix, ayrı-ayrı xalq tətbiqi sahələrini əhatə edən müəllif yazıları, reportajlar, elmi məqalələr, maraqlı tərcümə materialları yer alıb.

1news.az-ın verdiyi xəbərə görə, jurnalda “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti geniş işıqlandırılıb.

Cəmiyyətin Füzuli filialının açılı haqqında rəsmi xronika, regionlarda təşkil olunan xalçaçılıq üzrə tədris-hazırlıq kursları haqqında məlumat, həmçinin Əməkdar jurnalist Ləman Əliəşrəfqızının Filialın fəaliyyətindən bəhs edən “Güllə səsi hana səsinə qarışan Horadiz” adlı reportaj yazısı təqdim edilib.

E.Nadiradze və N.Axalkatsinin (Gürcüstan) “Gürcüstan Milli Muzeyində Azərbaycan xalçaları”, M.Aksoyun (Türkiyə) “Türk və fars halı-kilimlerinin temel özelliği”, N.Musalının “Səfəvilər dövründə Ərdəbildə xəttatlıq və kitab sənəti”, P.Panavolinin (Kanada) “Xovlu Şahsevən xalçası”, O.Məmmədovun “Baharlıların tarixi keçmişi və bu günü”, L.Əliəşrəfqızının “Şeyx Babı Yəqub türbəsi və yaxud kitabdan yox, kitabədən tanıdığımız adam”, X.Əsədovanın “80 illik ənənə”, N.Polosmakın (Rusiya) “Yundan toxunmuş tarix” və s. kimi müxtəlif mövzularda məqalələr dərc olunub.

Jurnalın baş redaktoru Əməkdar incəsənət xadimi, tarix üzrə fəlsəfə doktoru, professor Vidadi Muradovdur.      

1news.az

Paylaş:
1019

Son xəbərlər

İlham Əliyev: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edirBu gün, 11:34COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTOBu gün, 11:20NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25Xocavənddə 74 mina, 74 qumbara, 110 partladıcı aşkarlanıb, saxlanılan varBu gün, 10:18Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro - FOTOBu gün, 10:11“Dalğa-2024” birgə taktiki təlimi başa çatıb - VİDEOBu gün, 10:06İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyibBu gün, 09:33Prezident İlham Əliyev Almaniyada işgüzar səfərdədirBu gün, 09:11Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:06
Bütün xəbərlər