Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO

17:16 - 25 / 04 / 2024
Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO

Ölkənin aparıcı banklarından olan Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Yelo Bank-ın Baş ofis binasında həyata keçirilən imza mərasimində Bank-ın Müşahidə Şurasının sədri və əsas səhmdarı olan Marina Kulişova və digər rəhbər şəxsləri ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru, xalq artisti Yusif Eyvazov iştirak ediblər.

Müqavilədə mədəniyyətə, incəsənətə dəstək və Azərbaycanın mədəni mənzərəsinin zənginləşdirilməsinə yönəlmiş bir sıra əməkdaşlıq təşəbbüsləri öz əksini tapıb. Bu əməkdaşlıq çərçivəsində Yelo Bank teatra əhəmiyyətli maliyyə dəstəyi verəcək, il ərzində çoxsaylı tamaşaların və mədəni tədbirlərin keçirilməsinə şərait yaradacaq. İmzalama mərasimi ilə yanaşı Teatrın nümayəndəliyi Yelo Bank-ın Baş ofisinin fəaliyyəti ilə yaxından tanış olublar. Daha sonra müqavilə çərçivəsində gələcək əməkdaşlıqlar müzakirə edilib.

Yusif Eyvazov başlanılan bu tərəfdaşlığın məhsuldar və uzunmüddətli olacağına inandığını bildirib. “Yelo Bank ilə əməkdaşlığa başlamağa çox şadıq. Bu əməkdaşlıq çərçivəsində orkestr üçün yeni musiqi alətləri və İtaliyadan "Tosca", "Traviata" operaları üçün dekorasiyaların alınmasına dəstək göstəriləcək. Teatrımıza və ölkə mədəniyyətinə göstərdikləri diqqətə görə Marina xanıma və Yelo Banka öz təşəkkürümüzü bildirmək istəyirik”.

“Bu gün imzalanan müqavilə Yelo Bankın mədəniyyətə dəstək missiyasının bir parçasıdır. Bu tərəfdaşlıq vasitəsilə dünya opera mədəniyyətinin dəyərli incilərini xalqımıza daha yaxından hiss etdirmək istəyirik. Biz Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yanında olmağa və onun parlaq gələcəyinə töhfə verməyə şadıq. Bu əməkdaşlığın hər iki tərəf üçün böyük uğurlar gətirəcəyinə əminəm”. - deyə Marina Kulişova bildirib.

Qeyd edək ki, fəal sosial məsuliyyətli bank kimi Yelo, incəsənətin müxtəlif qollarını hər zaman dəstəkləməsi ilə seçilib. Bank-ın Baş ofis binası artıq özü də bir mədəni tədbir ocağına çevrilib. İndiyədək burada İsfar Sarabski, Şahin Növrəsli, Elnur Hüseynov, Fidan Hacıyeva kimi sənətkarların konsertləri, Dövlət Akademik Filarmoniyasının kamera orkestri, eləcə də qadınlardan ibarət orkestrin çıxışları fonunda bir sıra mühüm tədbirlər keçirilib.

Bank xidmətləri haqqında əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsappyelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

Reklam hüququnda

Paylaş:
204

Son xəbərlər

Bakıda mənzildən meyit tapılıbBu gün, 18:06“Anadolu Ankası - 2024” təlimi davam edir - VİDEOBu gün, 17:37“Vətən naminə Tavuş” hərəkatının iştirakçıları İrəvana çatıbBu gün, 17:03Böyük Vətən müharibəsində həlak olanların xatirəsi yad edilib - VİDEOBu gün, 16:34“Kəpəz”-“Qəbələ” matçında baş vermiş insidentlə bağlı 3 nəfər saxlanılıb - RƏSMİBu gün, 16:27Xocalının Malıbəyli kəndində insana məxsus sümük fraqmentləri aşkar edilibBu gün, 15:54Azərbaycan Türkiyə ilə KOB sahəsində əməkdaşlığın genişləndirilməsinə dair 2 anlaşma memorandumu imzalayıbBu gün, 15:22Bakı kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi bəlli olubBu gün, 15:17Ordubadda qaya uçqunu baş verib - FOTOBu gün, 14:57Cəbrayıla ilin sonunadək yüzlərlə ailə köçürüləcəkBu gün, 14:11İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirikBu gün, 13:44Lənkəranda saxlanılan narkokuryerdə 22 kq marixuana aşkar olunubBu gün, 13:31Səfir: Amerika şirkətləri COP29-da iştirakda maraqlıdırBu gün, 13:22Kamaləddin Qafarov: “Bolqarıstan Azərbaycan üçün strateji əhəmiyyətə malik ölkədir”Bu gün, 12:47Sabah Bakının bəzi yollarında hərəkət məhdudlaşdırılacaqBu gün, 12:32Bakıda Azərbaycan və Bolqarıstan işgüzar dairələrinin görüşü keçirilibBu gün, 12:26Sabah 25 dərəcə isti olacaq - ProqnozBu gün, 12:09Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu - FOTOBu gün, 12:07İncəsənət xadimlərinə Azərbaycan Prezidentinin mükafatları verildi - ADLARBu gün, 11:54Şahdağa qar yağıb - Faktiki havaBu gün, 11:22
Bütün xəbərlər