SR Auto-dan daha bir yenilik! Performans avtomobili, tam elektrikli AVATR tezliklə Bakıda! - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

SR Auto-dan daha bir yenilik! Performans avtomobili, tam elektrikli AVATR tezliklə Bakıda! - FOTO

10:26 - 08 / 05 / 2024
SR Auto-dan daha bir yenilik! Performans avtomobili, tam elektrikli AVATR tezliklə Bakıda! - FOTO

Son illərdə ölkəmizdə avtomobil bazarında elektrikli avtomobillərə tələb və təklif sürətlə artır.

Yaxın zamanda rəqiblərini müxtəlif funksiyaları ilə qabaqlayan, ölkəmizdə çox sevilən, tamamilə fərqli dizayn və özəllikləri ilə seçilən brend, AVATR-ın təqdimatı gözlənilir. “AVATR”, 25 aprel - 04 may tarixlərində Çində təşkil olunan “Auto Show 2024” - Pekin Beynəlxalq Avtomobil Sərgisində təqdim olunan nəhəng Çin brendləri arasında seçilən bir brend olub. Azərbaycan avtomobil bazarının yenilik və trend yaradanlarından olan "SR AUTO" şirkətinin nümayəndə heyəti də tədbirdə iştirak etmiş və AVATR brendinin yaxında Azərbaycana gətirilməsi ilə bağlı razılaşma əldə edilmişdir.

2018-ci ildə əsası qoyulan AVATR Texnologiyası gələcəyə yönəlmiş, humanitarlaşdırılmış mobillik texnologiyalarını tədqiq edərək, ağıllı istifadəçi təcrübəsi yaratmaq öhdəliyini daşıyır. "Avatar"dan ilhamlanan AVATR, hər bir istifadəçinin "emosional ağıllı yol yoldaşı" olmağı hədəfləyir.

“SR AUTO” şirkəti “AVATR” brendin Azərbaycan avtomobil bazarında rəsmi distribütoru olacaq. Məlum olduğu kimi, şirkət “SR GROUP” MMC-yə məxsusdur. "SR GROUP MMC" müxtəlif sektorlarda uğurlu bizneslərə sahibdir və 1996-cı ildən etibarən avtomobil sektorunda qabaqcıl yeniliklərə imza atır.

Bu sahədə sahib olduğu brendlərin “Mercedes-Benz”, “Skoda”, “Changan”, “Leap Motor”, “XPENG”, “Lynk&Co”hər biri öz seqmentində bazarın liderlərindən biri kimi çıxış edir.

“SR AUTO” şirkətinin Baş direktoru Toğrul Paşayev şirkətin növbəti brend olaraq, niyə məhz AVATR olmasını belə açıqlayıb: “AVATR sadəcə brend deyil, həm də ağıllı həllər təqdim edən texnologiyadır. Bu texnologiyanı dəstəkləyən şirkətlər arasında CHANGAN AUTOMOBILE də yer alır. Bildiyiniz kimi şirkətimiz “CHANGAN” brendinin də ölkəmizdə rəsmi distribütoru olaraq çıxış edir. Və brend ölkənin avtomobil bazarında son illərdə satış rəqəmlərinə görə ümumi bazarda ilk 3-lükdə yer alır. Bu baxımdan yeni brendi mənimsəmək və müştərilərimizə çatdırmaq da bizim üçün daha rahat olacaqdır. “SR AUTO” ölkə avtomobil bazarına daim yeniliklər gətirməyə, fərqli brendlərlə işləməyə üstünlük verir. Son illərdə şirkətimiz avtomobil bazarında liderliyi ələ alıb. “AVATR” ilə sözün yaxşı mənasında ölkənin avtomobil bazarında səs salacağımıza inanırıq.

Qeyd edək ki, “AVATR” rəsmi istehsalçı tərəfindən avtomobillərə 8 il və ya 120.000 km zəmanət təqdim edilir.

Reklam hüququnda

Paylaş:
279

Son xəbərlər

Azərbaycanda metroloji nəzarət tədbirləri çərçivəsində ən çox nöqsan aşkarlanan dövlət qurumları açıqlanıbBu gün, 13:55Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı veribBu gün, 13:40Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb - VİDEOBu gün, 13:29Bakıda atmosferi çirkləndirən obyektlər cərimələnibBu gün, 13:14Ötən həftə azad olunmuş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlandıBu gün, 13:11Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə başsağlığı veribBu gün, 13:06Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 13:00Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilibBu gün, 12:54Azərbaycanın müdafiə naziri İran tərəfinə başsağlığı veribBu gün, 12:44Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edibBu gün, 12:43İran XİN başçısı səlahiyyətlərini nazir müavini icra edəcəkBu gün, 12:35Respublika Klinik Xəstəxanasında ilk dəfə endoprotez əməliyyatı icra olunubBu gün, 12:22Putin İrana başsağlığı veribBu gün, 12:17İran Qızıl Aypara Cəmiyyəti: Helikopterdəki heyət anındaca həlak olub - YENİLƏNİBBu gün, 12:10Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:05İranda milli matəm elan edilibBu gün, 12:01Gürcüstandan Azərbaycana gətirilən toyuq əti yararsız çıxıbBu gün, 11:55Cavanşir körpüsünün sökülməsi ilə bağlı saat 17:00-dan nəqliyyatın hərəkəti dayandırılacaqBu gün, 11:53Emin Əmrullayev Böyük Britaniyada təhsil alan azərbaycanlı tələbələrlə görüşübBu gün, 11:52İlham Əliyev Kamerunun dövlət başçısını təbrik edibBu gün, 11:36
Bütün xəbərlər