Elgün Rəsulov: “Hədəfimiz “Azərpoçt” bağlamalarının çatdırılma tezliyini 93 faizə yüksəltməkdir” - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

Elgün Rəsulov: “Hədəfimiz “Azərpoçt” bağlamalarının çatdırılma tezliyini 93 faizə yüksəltməkdir” - MÜSAHİBƏ

Qafar Ağayev13:40 - 02 / 02 / 2024
Elgün Rəsulov: “Hədəfimiz “Azərpoçt” bağlamalarının çatdırılma tezliyini 93 faizə yüksəltməkdir” - MÜSAHİBƏ

Ölkənin yeganə milli poçt operatoru “Azərpoçt” bu yaxınlarda media nümayəndələri üçün brifinq keçirib.

Brifinqdə bir çox yeniliklər haqqında danışılsa da, müşahidələrimiz göstərdi ki, ictimai müzakirələrdə hələ də bəzi məqamlara aydınlıq gətirilməsinə ehtiyac var.

Həmin müzakirələrdən əsas məqamlar əsasında hazırlanmış “Azərpoçt”un idarə heyətinin üzvü Elgün Rəsulov 1news.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- “Azərpoçt”da hansı dəyişikliklər olub? Əvvəlki “Azərpoçt”la indiki “Azərpoçt”un fərqi nədir?

- 2021-ci ildən yenilənmə proseslərinə start verən “Azərpoçt” keçən 3 il ərzində beynəlxalq şirkətlərin iştirakı ilə yerli beynəlxalq poçt sahəsini araşdırıb, müəyyən nəticələr çıxarıb, paralel olaraq transformasiya proseslərinə başlayıb. “Azərpoçt” ötən 3 il ərzində klassik poçt xidmətindən əlavə, ölkədə digər bizneslərə öz məhsullarını müştərilərə təqdim etmək üçün “Retail” qolunu yaradıb. Daha sonra ölkədaxili kiçik və iri yüklərin daşınması xidməti üçün logistika qolunu formalaşdırıb. İdarəetmə proseslərinin təkmilləşdirilməsi üçün isə “Azərmarka” “Azərpoçt”a birləşdirilib.

Elektron ticarət sahəsində milli poçt operatoru 2023-cü ildə “PostCargo” xidmətini istifadəyə verib, ardınca yalnız onlayn sifarişlər üçün nəzərdə tutulan paytaxtda və regionlarda 50-yə qədər sifarişlərin verilməsi məntəqəsi - PUDO (pick up-drop off) yaradıb. Eləcə də inkişaf etmiş ölkələrin təcrübələrində sınaqdan keçmiş, insan təmasını istisna edən, özünəxidmət funksiyalı, “gəl-al” məntiqli və tam beynəlxalq standartlarda istehsal olunan avtomatlaşdırılmış Poçtamat qurğularını da Azərbaycana gətirib. Hazırda 20 Poçtamatın quraşdırılması prosesi tamamlanmaq üzrədir.

Ən əsası onu qeyd etmək istərdim ki, transformasiya prosesləri çərçivəsində “Azərpoçt” beynəlxalq konsultasiya şirkətləri ilə sıx əməkdaşlıq etmiş, mövcud tövsiyələr əsasında bu günə qədər oturuşmuş konservativ yanaşma dəyişdirilmiş, proseslər operativləşmiş, işə yanaşma metodikası yenidən formalaşdırılmışdır.

- “Azərpoçt” logistika mərkəzi tikməyi planlayırmı?

- Bəli, yenilənən “Azərpoçt” 2023-cü ildən yeni poçtdaşıma mərkəzinin tikintisi üçün də bir sıra addımlar atıb. Belə ki, yeni poçtdaşıma mərkəzi istiqamətində dünya təcrübəsi araşdırılaraq, dünyanın qabaqcıl çeşidləmə mərkəzləri ilə təcrübə mübadiləsi həyata keçirilib və konsepsiya sənədi formalaşdırıılıb. Bundan əlavə, o da qeyd olunmalıdır ki, 2023-cü ildən başlayaraq milli poçt operatoru Yaponiyanın Daxili İşlər və Kommunikasiya Nazirliyi ilə poçt çeşidləmə mərkəzinin tikintisi, o cümlədən poçtdaşımada işin keyfiyyətinin artırılması istiqamətində məsləhətləşmələr aparmış və növbəti illər üçün əməkdaşlığın əsasını qoymuşdur. Bu əməkdaşlıqda layihə rəhbəri Yaponiyanın “EY Strategy & Consulting” şirkəti, digər əsas iştirakçı tərəflər isə Yaponiya “Poçt Holdinq”, “Toshiba”, eləcə də “Mitsui&CO” şirkətləridir.

Onu da qeyd edim ki, “Azərpoçt”un poçtdaşıma mərkəzinin köhnə ifnfrastruktura malik olması, ölkədəki poçtdaşımanın sürətinə birbaşa mənfi təsir göstərən amildir, çünki hazırda bütüb proseslər əl əməyi ilə icra olunur. Bununla belə, bu gün “Azərpoçt” bağlamalarının çatdırılma tezliyi 70-80% arasında dəyişir. Xidmət səviyyəsinin artırılması istiqamətində həyata keçirilən “Project 93” layihəsi icra faizinin 90-a çatdırılmasına xidmət edir Dünya təcrübəsi də göstərir ki, ideal çatdırılma faizi 93-dür. Proqnozumuz budur ki, yeni avtomatlaşdırılmış çeşidləmə mərkəzi tikiləndən sonra biz 93%-lik hədəfə tam nail ola biləcəyik.

- Elgün bəy, müşahidələr göstərir ki, “Azərpoçt” rəqəmsallaşma yolunu da tutub. Bununla bağlı hansı layihələr icra olunub? Keçən il mobil tətbiq haqqında məlumat vermişdiniz.

- Doğru vurğulayırsınız, 2022-ci ildən “Azərpoçt”da rəqəmsal transformasiya layihəsi çərçivəsində müvafiq proseslərə start verilib. Bu yaxınlarda inkişaf etmiş ölkələrdə çoxdan istifadədə olan, birbaşa insan əməyini istisna edən, avtomatlaşdırılmış texniki qurğular olan poçtamatlar quraşdırmışıq. Hər iki layihə çərçivəsində partnyor şirkətlərlə inteqrasiyalar təmin olunub, APİ xidmətlər göstərilib.

Bundan başqa, İnternet-bankinq xidməti real rejimdə istifadəyə verilib. Belə ki, hazırda hüquqi şəxslər müraciət edərək bu xidmətdən faydalana bilirlər. “Azərpoçt”a məxsus mobil tətbiq isə test rejimindədir, ən qısa zamanda ictimaiyyətə təqdim olunacaq.

- Sizcə müştəriləriniz yenilənən “Azərpoçt”dan razıdırlarmı?

Bu sual bizi düşündürən ilk suallardan biridir və təşəkkür edirəm bu suala görə. Müştəri məmnuniyyəti indeksi (NPS) sorğusu “Azərpoçt”da ilk dəfə 2023-cü ildə həyata keçirilib. Məlumat üçün qeyd edək ki, müştəri məmnuniyyəti indeksi (NPS) 100 üzərindən qiymətləndirilir və “Azərpoçt”un NPS-i 31.2 təşkil edib. NPS-in 31.2 təşkil etməsi ümumi NPS təcrübələrində məqbul nəticə hesab olunur. Təəssüf ki, bundan əvvəl “Azərpoçt”da müştəri məmnuniyyəti sorğusu keçirilmədiyi üçün müqayisəni birbaşa “Azərpoçt”un özü ilə aparmaq mümkün olmayıb. Amma ölkədə qismən analoq hesab olunacaq vətəndaşlarla birbaşa işləyən təşkilatların nəticələri (20-30 arası) ilə müqayisədə “Azərpoçt”un bugünkü NPS nəticəsi müsbət hesab olunur. 2024-cü il üçün əsas hədəflərimizdən biri NPS-i 5% artırmaqdır.

Paylaş:
1966

Sizin üçün xəbərlər

Son xəbərlər

Prezident Latviya Seyminin sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - YENİLƏNİBBu gün, 15:09Azərbaycan-Tacikistan biznes forumu keçirilibBu gün, 14:55Xankəndiyə prokuror təyin edilibBu gün, 14:52ABB-nin Xankəndi filialı fəaliyyətə başladı! - FOTOBu gün, 14:51Azərbaycan bütün tərəfdaşlarla qarşılıqlı-faydalı münasibətləri qoruyub saxlayırBu gün, 14:40Dünya bazarlarında qızılın qiyməti 2400 dolları ötübBu gün, 14:31Bakıda yaşayış binasında yanğın olubBu gün, 14:13Azərbaycanda metroloji nəzarət tədbirləri çərçivəsində ən çox nöqsan aşkarlanan dövlət qurumları açıqlanıbBu gün, 13:55Baş nazir Əli Əsədov İranın Birinci vitse-prezidentinə başsağlığı veribBu gün, 13:40Artilleriya bölmələrinin döyüş atışlı taktiki təlimi başa çatıb - VİDEOBu gün, 13:29Bakıda atmosferi çirkləndirən obyektlər cərimələnibBu gün, 13:14Ötən həftə azad olunmuş ərazilərdə zərərsizləşdirilən minaların sayı açıqlandıBu gün, 13:11Sahibə Qafarova İran İslam Respublikası İslam Şurası Məclisinin sədrinə başsağlığı veribBu gün, 13:06Kapital Bank-ın nağd kredit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 13:00Cavanşir körpüsünün sökülməsi ilə bağlı iki avtobusun hərəkəti dəyişdirilib, parklanma yerləri ləğv edilibBu gün, 12:54Azərbaycanın müdafiə naziri İran tərəfinə başsağlığı veribBu gün, 12:44İran XİN başçısı səlahiyyətlərini nazir müavini icra edəcəkBu gün, 12:35Respublika Klinik Xəstəxanasında ilk dəfə endoprotez əməliyyatı icra olunubBu gün, 12:22Putin İrana başsağlığı veribBu gün, 12:17İran Qızıl Aypara Cəmiyyəti: Helikopterdəki heyət anındaca həlak olub - YENİLƏNİBBu gün, 12:10
Bütün xəbərlər