Prezident İlham Əliyev özünə yeni köməkçi təyin etdi | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev özünə yeni köməkçi təyin etdi

15:59 - 25 / 01 / 2016
Prezident İlham Əliyev özünə yeni köməkçi təyin etdi

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi təyin edilməsi haqqında sərəncam imzalayıb.

Bu barədə 1news.az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir.

Sərəncama əsasən, Natiq Ərziman oğlu Əmirov Azərbaycan Respublikası Prezidentinin İqtisadi islahatlar üzrə köməkçisi təyin edilib.

Xatırladaq ki, Әmirov Natiq Әrziman oğlu 1967-ci ildə Şabran rayonunda anadan olub. 1990-cı ildə N.A.Voznesenskiy adına Leninqrad Maliyyə-İqtisad İnstitutunu iqtisadçı ixtisası, 1998-ci ildə isə Elmi-Təhsil Mərkəzi Təfəkkür Universitetini hüquqşünas ixtisası ilə bitirib.

1990-1991-ci illərdə Sumqayıt şəhəri Maliyyə şöbəsində böyük büdcə iqtisadçısı, 1991-1993-cü illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin Vətəndaşların vergiyə cəlb edilməsi şöbəsində böyük dövlət vergi müfəttişi, 1993-1994-cü illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyinin Dövlət Müəssisələrinin, Təşkilatların və Birliklərin Mənfəətinin (gəlirlərinin) vergiyə cəlb edilməsi və sair gəlirlər şöbəsində dövlət vergi müfəttişi, 1994-1997-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyidə Qeyri-dövlət Müəssisələrində Vergi Qanunvericiliyinə və Dövlət Qiymət İntizamına Nəzarət şöbəsinin rəisi, 1997-2000-ci illərdə Sumqayıt şəhəri Dövlət Vergi Müfəttişliyində rəis müavini, 2000-2001-ci illərdə Bakı şəhəri Səbail Rayonu Vergilər İdarəsinin rəis müavini işləyib.

2001-2003-cü illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi iri Vergi ödəyiciləri iləiş üzrə departamentin rəis müavini, 2003-2005-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi İqtisadi Təhlil və Uçotun Təşkili İdarəsinin rəisi, 2005-2009-cu illərdə isə Azərbaycan Respublikası Vergilər nazirinin müavini, 2009-2015-ci illərdə isə Azərbaycan Respublikası Vergilər nazirinin birinci müavini vəzifələrində çalışıb.

Ailəlidir, 3 övladı var.

Paylaş:
1324

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər