Vüqar Rəhimzadə: Ümumavropa Qarabağ mitinqi Azərbaycan həqiqətlərinin təbliğinə böyük dəstək olacaq | 1news.az | Xəbərlər
Siyasət

Vüqar Rəhimzadə: Ümumavropa Qarabağ mitinqi Azərbaycan həqiqətlərinin təbliğinə böyük dəstək olacaq

09:32 - 20 / 02 / 2020
Vüqar Rəhimzadə: Ümumavropa Qarabağ mitinqi Azərbaycan həqiqətlərinin təbliğinə böyük dəstək olacaq

“Fevralın 22-də  Almaniyada  Ümumavropa Qarabağ mitinqinin keçirilməsi təşəbbüsü Azərbaycan diaspor təşkilatlarının həqiqətlərimizin təbliği istiqamətində həyata keçirdikləri tədbirlərin, göstərdikləri səylərin  tərkib hissəsidir. Reallıqlarımızın, xüsusilə 1988-ci ildə işğalçı Ermənistanın əsassız torpaq iddiası nəticəsində yaranan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması Azərbaycan diplomatiyasının qarşısında dayanan əsas vəzifələrdəndir. Bir mühüm məqamı da nəzərə alsaq ki, yaxın günlərdə  XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının 28-ci ildönümünü qeyd edəcəyik, belə tədbirlərin keçirilməsinin əhəmiyyəti daha aydın şəkildə  dərk olunar”.

Bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə 1news.az-a açıqlamasında bildirib.

Azərbaycanın davamlı diplomatik uğurlarından bəhs edən V.Rəhimzadə qeyd edib ki, bu uğurlarımız dövlətimizin düşünülmüş və məqsədyönlü siyasətinin nəticəsidir.  Möhtərəm Prezidentimiz İlham Əliyev  daim çıxışlarında bir çağırışı edir ki, Dağlıq Qarabağ  gündəlik işimiz  olmalıdır. Münaqişə ilə bağlı  bütün həqiqətlər, erməni yalanları faktlar əsasında dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Məhz  uğurlu xarici siyasətin nəticəsidir ki,  dünya dövlətlərinin, beynəlxalq  təşkilatların  qəbul etdikləri qərar və qətnamələrdə  Azərbaycanın ədalətli  mövqeyi dəstəklənir, Ermənistanın işğalçılıq  siyasəti  pislənilir. Bu günlərdə 56-cı Münxen Təhlükəsizlik Konfransı çərçivəsində dövlətimizin başçısı İlham Əliyevin və Ermənistanın  baş naziri Nikol Paşinyanın iştirakı ilə  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı panel müzakirələr də   Ermənistanın bu günə qədər apardığı yalan təbliğatlara işıq salmaqla yanaşı,  tarixin saxtakarlıq sevmədiyini, faktlara əsaslandığını  bir daha  işğalçı dövlətin rəhbərliyinə diktə etdi.

V.Rəhimzadə  bildirib ki, təbliğatı real  həqiqətlərə, tarixi faktlara beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanan Azərbaycan dövləti daim  bu istiqamətdə səylərini gücləndirir, diplomatik mübarizədə qələbəni Dağlıq Qarabağ probleminin ədalətli  həllində vacib amil kimi diqqətdə saxlayır:

“Təbliğat işinin yüksək səviyyədə qurulmasında  Azərbaycanın Birinci-vitse prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın, eyni zamanda,  Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Konfransı  Gənclər Forumunun  Mədəniyyətlərarası Dialoq üzrə  baş əlaqələndiricisi   Leyla xanım Əliyevanın xidmətlərini yüksək qiymətləndiririk.   Heydər Əliyev Fondu tərəfindən Dağlıq Qarabağ həqiqətləri ilə bağlı hazırlanan vəsaitlər-kitablar, albomlar, videodisklər dünyanın müxtəlif ölkələrində  təbliğat vasitəsi kimi istifadə edilir. Bu vəsaitlər  müxtəlif dillərdə tərcümə və təbliğ edilir. Heydər Əliyev Fondunun vitse-prezidenti,  İslam Konfransı  Gənclər Forumunun  Mədəniyyətlərarası Dialoq üzrə  baş əlaqələndiricisi Leyla xanım Əliyevanın  təşəbbüsü ilə başlanmış  “Xocalıya ədalət-Qarabağa azadlıq!” kampaniyası da təqdirəlayiq təşəbbüslərdəndir.  Bu kampaniya çərçivəsində  dünyanın müxtəlif ölkələrində silsilə  tədbirlər keçirilir, ermənilərin vəhşilikləri faktlarla beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılır.  Tədbirlərin əhəmiyyəti  əldə olunan nəticələrdən də aydın görünür”.

V.Rəhimzadə bildirib ki,  Ümumdünya Qarabağ  mitinqi də bu kimi  tədbirlərin  davamı olaraq Azərbaycan həqiqətlərinin, Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətinin dünya ictimaiyyətinə çatdırılmasına   böyük dəstək olacaq. Təbii ki, hər bir tədbir mahiyyəti baxımından xüsusi diqqət çəkir. Bu gün harada yaşamasından asılı olmayaraq bütün dünya azərbaycanlıları  bir amal-azərbaycançılıq  ideyası ətrafında sıx birləşərək  30 ildən artıq davam edən  Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin  ədalətli həllinə, dövlətimizin həyata keçirdiyi məqsədyönlü siyasətə, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində  atılan addımlara  öz töhfəsini verməlidir.

1news.az

Paylaş:
381

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər