US News & World Report: Azərbaycanda uşaqların tərbiyəsi üçün şərait zəifdir – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

US News & World Report: Azərbaycanda uşaqların tərbiyəsi üçün şərait zəifdir – FOTO

17:30 - 25 / 02 / 2020
US News & World Report: Azərbaycanda uşaqların tərbiyəsi üçün şərait zəifdir – FOTO

Uşaqların tərbiyəsi dünyanın hər bir ölkəsində asan iş deyil.

Bəzi ölkələrdə bu proses bir sıra faktorların məcmusu səbəbindən asan, digərlərində isə əksinə, xarici şərtlər valideynlərin işini daha da çətinləşdirir.

Müxtəlif mövzularda qlobal reytinqləri təşkil edən US News & World Report nəşri dünyanın hansı ölkəsinin ən yüksək dərəcədə uşaqların tərbiyəsinə malik olmasını aydınlaşdırmağa çalışıb.

Nəticə müvafiq tematik reytinq oldu. Səkkiz əsas göstərici nəzərə alınıb: insan haqlarına hörmət, ailəyə yönəlmiş sosial siyasət, gender bərabərliyi üçün uyğun mühit, cəmiyyətdə xoşbəxtlik səviyyəsi, bərabər gəlirlər, təhlükəsizlik, inkişaf etmiş xalq təhsili və səhiyyə sistemi.

Reytinqə daxil olan 73 ölkə arasında liderliyə əsasən Mərkəzi və Şimali Avropa ölkələri üstünlük təşkil edib. Beləliklə, Danimarka, İsveç, Norveç, Kanada, Hollandiya, Finlandiya, İsveçrə, Yeni Zelandiya, Avstraliya və Avstriya uşaq tərbiyə etmək üçün ilk onluğa daxil oldu.

US News & World Report nəşrinin reytinqinə görə, uşaq tərbiyə etmək üçün ən uyğun olmayan ölkələr siyahısında isə Qazaxıstan, Livan, Qvatemala, Myanma və Oman oldu.

Azərbaycan isə bu siyahıda 66-cı yeri tutub, yəni sondan səkkizinci sıranı. Qeyd olunur ki, ölkənin mövqeyi 2019-cu ilin məlumatlarına əsasən dəyişməyib.

Reytinq məlumatlarının nə dərəcədə məqbul olduğunu və Azərbaycanda uşaq tərbiyə etməyin pis olub-olmadığını anlamaq üçün Ailə, Qadın və Uşaq problemləri ilə bağlı Dövlət Komitəsinin mütəxəssisinə müraciət etdik.

Dövlət Komitəsinin İnformasiya və analitik tədqiqatlar şöbəsinin müdiri Elgün Səfərov bu reytinqin subyektiv xarakter daşıdığına və baxılan bütün ölkələrdə uşaq hüquqlarının qorunması sahəsində bütün aspektləri tam əks etdirmədiyinə diqqət çəkib:

“Uşaqların müdafiəsi ilə məşğul olan YUNİSEF və ya digər beynəlxalq təşkilaların reytinqinə nəzər saldıqda Azərbaycan orada tamamilə başqa səviyyədə təqdim olunub. Ölkəmiz bir qayda olaraq, reytinqin uşaq siyasətinin hansı istiqaməti qiymətləndirdiyindən asılı olaraq TOP-30 və ya TOP-50 siyahısına düşür”, – o, 1news.az-a deyib.

Dövlət Komitəsi US News & World Report-un reytinqi ilə razılaşmır. Belə ki, orada uşaq hüquqları ilə bağlı bütün indikatorlar əks olunmayıb.

“Azərbaycan təkcə iqtisadi deyil, həm də uşaq hüquqlarının qorunması baxımından orta inkişaf səviyyəli ölkələr kateqoriyasına daxildir. Bununla yanaşı, bu gün Azərbaycan təkcə müsbət təcrübə əldə edən deyil, həmçinin özünün ən yaxşı təcrübələrini digər ölkələrlə bölüşən bir ölkədir”, - Elgün Səfərov dedi.

Həmçinin onun sözlərinə görə, US News & World Report-un reytinqinin qeyri-dəqiqliyi ondadır ki, fərqli ölkələr üçün məlumatların müxtəlif illərə aid olduğu, bu müqayisəni çətinləşdirən və eyni zamanda uşaqların inkişafına təsir edən reallığın bəzi məqamlarını nəzərə almamasıdadır. Nümunə üçün, ABŞ təhsil müəssisələrində uşaqlar arasında soyuq silahlı qətllərin sayına görə dünyada birinci yerdədir.

Ekspert etiraf edib ki, Azərbaycanda uşaq nikahı və ailədə zorakılıq kimi problemlər aktualdır, lakin uşağın inkişafı ilə bağlı bir çox parametrlərə görə, ölkə müsbət dəyişikliklər nümayiş etidirir.

Nümunə üçün, son illər texniki və İT elmləri ilə məşğul olan qızların sayı əhəmiyyətli şəkildə artıb. Həmçinin buraya gənclərin ali təhsilə daxil edilməsi əlavə etmək olar (hər il 92%).

Son 8 ildə Azərbaycanda uşaq nikahlarının sayı 10 dəfə azalıb. Son 3 ildə isə uşaqlara qarşı məişət zorakılığının səviyyəti təxminən 15% azalıb.

Elgün Səfərovun sözlərinə görə, yaxın gələcəkdə Uşaq Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Planı və Uşaq Hüquqlarının Müdafiəsi Kodeksi layihələrinin hazırlanaraq Azərbaycan Parlamentinə təqdim edilməsi qarşıya məqsəd kimi qoyulub:

“Bu iki sənəd Azərbaycanda uşaq hüquqlarının müdafiəsini yaxşılaşdırmaq üçün bütün işlərin mühüm tərkib hissəsi olacaq”.

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
968

Son xəbərlər

İki ali məktəbə prorektor təyin edilibBu gün, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaqBu gün, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaqBu gün, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq olduBu gün, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edibBu gün, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edibBu gün, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏRBu gün, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənibBu gün, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaqBu gün, 16:21Builki bayram günlərində yol qəzalarında ölüm faktı 36 faiz azalıbBu gün, 16:06“Azərbaycan Sənaye Bankı” tələbləri pozdu, AMB məcburi sərəmcam verdiBu gün, 15:57FHN və ADY birgə təlim keçirib - FOTO - VİDEOBu gün, 15:34Vilayət Eyvazov Şamaxıda vətəndaşları qəbul edibBu gün, 15:18Bayram günlərində “Azərpoçt”un xidmətlərindən 400 mindən çox vətəndaş istifadə edibBu gün, 15:08“YAŞAT” Fondu müharibə əlilinə dəstək veribBu gün, 14:36“Azərişıq” Göyçayda yenidənqurma işlərinə başlayıb - VİDEOBu gün, 14:30Ekspert taksi islahatlarından danışdı: Birdən-birə 40 min nəfəri işsiz qoymaq doğru deyilBu gün, 14:29Könül Nurullayeva: “ABŞ-Ermənistan-Avropa İttifaqı hərbi paktı regionda sabitliyə, sülhə qarşı yönəlib”Bu gün, 14:13Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunduBu gün, 13:23Bakı şəhər “Lifttəmir” İB-nin direktoruna şiddətli töhmət verilib, 2 nəfər vəzifəsindən kənarlaşdırılıbBu gün, 13:10
Bütün xəbərlər