Samsung-un yenilənmiş QLED TV seriyası – daha yaxşı görüntü keyfiyyəti üçün yeni texnologiyalar – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

Samsung-un yenilənmiş QLED TV seriyası – daha yaxşı görüntü keyfiyyəti üçün yeni texnologiyalar – FOTO

10:00 - 28 / 02 / 2020
Samsung-un yenilənmiş QLED TV seriyası – daha yaxşı görüntü keyfiyyəti üçün yeni texnologiyalar – FOTO

Samsung-un təqdim etdiyi yeni nəsil televizorların əsas fərqləndirici xüsusiyyətlərindən biri şirkətin öz istehsalı olan  - Quantum Prosessor-dur. Süni zəka üzərindən işləyən prosessor, ötürülən siqnalın keyfiyyətini 4K və ya 8K icazəli görüntüyə qədər yaxşılaşdıraraq, ekranda göstərilən səhnənin xüsusiyyətlərindən və otağın işıqlandırma səviyyəsindən asılı olaraq televizorun parlaqlığını tənzimləyir və təsviri müşayiət edən səsi optimallaşdırır.

Beləliklə, burada prosessorun yerinə yetirdiyi iş, görüntünü tələb olunan icazə çərçivəsində “uzatmaqdan” daha mürəkkəbdir. Belə ki, süni zəka real vaxt çərçivəsində mənbə materialını təhlil edərək, təsvir daxilində yayılmaları azaldır, obyekt kənarlarını və  teksturalarını yenidən quraraq bununla da görüntüyə daha çox detalın əlavə edilməsini təmin edir. Buna misal olaraq, televizor nitqi fon səslərindən fərqləndirərək, tribunalardan yüksələn səs-küyü azaldır və matç zamanı şərhçinin bütün fikirlərini aydın şəkildə eşitmənizə kömək edir.

Samsung televizorlarınının ən son modellərində yüksək görüntü keyfiyyəti Ultra Black Elite adlanan, xüsusi parıltı əleyhinə örtük  sayəsində təmin edilir.  Ultra Black Elite  ekran matrisası örtüyünün üzərinə istifadə edilimiş əks etdirmə bacarığının qarşısını alan elementlərdən ibarətdir. Sadə dillə desək, yeni örtük xarici obyektlərin ekran üzərində əks olunmasına və görüntüyə müdaxilə etməsinə imkan vermir ki, nəticədə siz sadəcə gözəl təsvirdən zövq ala bilirsiniz. Burada əsas məqam ondan ibarətdir ki, ətraf mühitin işqlandırılma səviyyəsindən asılı olmayaraq panel ideal qara rəng göstəricilərinin və digər rənglərin ötülmə dəqiqiliyinin qorunub saxlanmasını təmin edir.

Qara rəngi müzakirə edərkən qeyd etmək lazımdır ki, QLED televizorları, sayəsində sözün əsl mənasında dərin və zəngin tünd tonlardan zövq ala biləcəyiniz Quantum HDR texnologiyasını dəstəkləyir. Dinamik metadataya sahib olan texnologiya, görüntünü təhlil edərək, rəngin ötürülmə seçimlərinin, təsvirin istənilən hissəsinə uyğun ayrı ayırlıqda təzadlıq və dəqiqlik göstəricilərinin tənzimlənməsini  nəzərə alaraq, rəng diapazonunun ən incə detallarının belə ifadə olunmasını təmin edir.  Beləliklə, ötürülən səhnədə  həm qaranlıq, həm də işıqlı sahələr olsa belə, görüntünün istənilən detalından, hətta ən kiçiyindən belə, zövq ala biləcəksiniz.

Direct Full Array sayəsində isə daha da geniş və inanılmaz detalizasiyaya sahib olacaqsınız. Direct Full Array adlanan birbaşa işıqlandırma, ekranın bütöv sahəsini təhlil edərək, hər bir hissəsinin düzgün işıqlandırılmasını tənzimləyən, çoxsaylı seqmentdən ibarət matrisadır. Sadə dildə desək, yeni texnologiya parlaq sahələrdə işıqlandırmanı artıran, qaranlıq sahələrdə isə azaldan, ekran arxasında yerləşən lampalardan ibarət toru xatırladır. Nəticədə isə siz daha dərin çalarlar, daha az parlaq ləkələr və daha yüksək səviyyəli detalizasiya əldə edirsiniz.

Həmçinin burada mükəmməl görüntünün əldə edilməsinə Ultra Viewing Angle da kömək edir. İndi keyfiyyətli təsvirdən zövq almanız üçün bir başa televizor qarşısında əyləşməniz tələb olunmur, belə ki, yeni texnologiya baxış bucağından asılı olmayaraq mükəmməl görüntü təmin etməyə qadirdir. Daha geniş baxış bucağı, burada ekran paneli üzərində tətbiq olunmuş iki əlavə qat sayəsində əldə edilir. Birinci növbədə bu intensivliyi və fokusu itirmədən paneli işıqla təmin edən, işığın toplanması təbəqəsidir. İkinci isə panel üzərində bütün istiqamətlərdə işığı bərabər şəkildə paylayan vahid işıq təbəqəsidir. Qeyd edilən əlavə ötrüklər işıq itkisini minimallaşdıraraq onu düzgün istiqamətləndirib, displey üzərində bərabər şəkildə paylayırlar.

Təsvir ötürmə texnologiyasının təkmilləşdirilməsi ilə yanaşı, Samsung-un təqdim etdiyi yeni nəsil QLED TV-də Ambient interyer rejimi də yenilənmişdir. İndi söndürüldükdə belə, televizor nəinki məlumat tablosu və ailə şəkilləri galereyası kimi, həmçinin internetdən əldə edə biləcəyiniz məşhur rəssamların əl işlərini üzərində əks etdirə bilən sənət əsərləri kimi də fəaliyyət göstərə bilir.  Həmçinin, qeyd olunan funksiyanı divar kağızı rejimində aktiv etdikdə, televizor üzərində yerləşdiyi divar səthinin rəng və fakturasını təkrarlayaraq, sanki görünməz olmağı bacarır. Əlavə olaraq Ambient rejimi, incə elektron One Connect bloku ilə tamamlanır ki,  bu blok QLED TV-yə qoşulmuş bütün cihazları "toplayaraq" bağlantıları yeganə, demək olar ki, şəffaf,  5 metrə uzunluğu olan bir kabel ilə əvəz edir. Qeyd edilən bu kabelin köməyi ilə həm görüntü siqnalının ötürülməsi həm də enerji təminatı təmin edilir. Beləliklə, buna misal olaraq, bütün qoşulmaları rəf daxilində gizlədərək,  dolaşıq naqillər problemini unudacaqsınız. Həmçinin, yeni QLED TV-lərin konstruksiyası panelin divara maksimal yaxınlıqda montaj edilməsini dəstəkləyir. Belə ki, divarla cihaz arasında minimal məsafə boşluğu qoyan" No gap wall mount " bərkitməsi və One Connect  qoşulması, bir arada mükəmməl ahəng yaradaraq, televizoru  istənilən otağın dizaynına uyğunlaşdırmağa imkan verir.

Samsung QLED TV haqqında əlavə məlumatı Baku Electronics, Irshad Electronics, Kontakt Home, Maxi.az, Soliton  və Optimal mağazalar şəbəkəsindən əldə edə bilərsiniz.

Reklam hüququnda

 

 

Paylaş:
1147

Son xəbərlər

PAŞA Holding üçün taksi biznesində növbəti mərhələ26 / 04 / 2024, 18:12İlham Əliyev: Biz özümüzü həm Avropada, həm də dünyanın Şərq hissəsində rahat hiss edirikBu gün, 17:50Tovuz dəmir yolu stansiyasında sərnişinlərin qəbulu dayandırıldıBu gün, 17:47Azad olunandan sonra Xankəndi şəhərində ilk körpə dünyaya gəlib - FOTOBu gün, 17:10Prezident: Ermənistan dırnaqarası “Dağlıq Qarabağ”ın sülh sazişində olmamasına razılaşıbBu gün, 16:50Prezident: Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır, biz gözləyə bilmərikBu gün, 16:35Prezident: Cənubi Qafqaz ölkələrinin potensialı məlumdur və birgə işləyə biləcəyimiz sahələri də artıq bilirikBu gün, 16:18“Nar” Füzulidə yerləşən məktəbə yeni kitablar hədiyyə etdiBu gün, 16:09Azərbaycanda işğaldan azad edilmiş ərazilərə xərcləmələr 5 % artıbBu gün, 15:44Dövlət başçısı: İndi bizim sülh sazişinin necə olması ilə bağlı ümumi anlayışımız varBu gün, 15:40“Azərbaycan iqtisadiyyatı özünü təmin edən iqtisadiyyatdır”Bu gün, 15:06Ceyhun Bayramov Çexiyanin Baş naziri ilə görüşübBu gün, 14:58İlham Əliyev: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirikBu gün, 14:48Prezident: COP29 beynəlxalq ictimaiyyətin Azərbaycana böyük hörmət və dəstəyinin təzahürüdürBu gün, 14:46Yenilənmiş Porsche Bakı Mərkəzinin açılış mərasimi baş tutdu! - FOTOBu gün, 14:45İlham Əliyev ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forumda iştirak edirBu gün, 14:36Məşhur azərbaycanlı maliyyəçisi Fərid Əlizadə Vyanada vəfat edibBu gün, 14:09Müdafiə Nazirliyi: Tank bölmələrində yarış keçirilib - VİDEOBu gün, 14:02Daha 39 ailəyə Füzuzildə mənzillərinin açarı təqdim olunub - YENİLƏNİBBu gün, 13:55Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıbBu gün, 13:40
Bütün xəbərlər