Rusiyanın aparıcı brendləri Bakıda - Maleone multibrend butiki sizi gözləyir – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Rusiyanın aparıcı brendləri Bakıda - Maleone multibrend butiki sizi gözləyir – FOTO – VİDEO

12:00 - 04 / 11 / 2019
Rusiyanın aparıcı brendləri Bakıda - Maleone multibrend butiki sizi gözləyir – FOTO – VİDEO

Maqnoliya azərbaycanlı dizaynerlər Xədicə Camal və Nuray Camalı tək özlərinin Maleone Concept Store melodik adlı markalarını yaratmağa deyil, eyni zamanda, günümüzün ən keyfiyyətli brendlərini bir yerə cəmləndiyi eyni adlı eksklüziv butik açmağa ruhlandırdı.

Bu gün Rusiyadan olan, və yalnız öz vətənlərində deyil, həm də beynəlxalq bazarda özünü tanıda bilən markalar haqqında danışmaq istəyirik.

Masterpeace

Brendin böyük uğuru əvvəl Moskvada, ardınca isə Nyu Yorkda bəzək əşyaları ilə başladı. Bundan sonra, brendin yaradıcısı Evgeniya Linoviç, biznesi genişləndirmək vaxtı olduğunu qərara alaraq kimono və xalat ilə kapsul xəttini buraxdı. Və qısa müddətdən sonra brend “ready to wear” səviyyəsinə yüksəldi. Evgeniya Linoviçin sözlərinə görə, onun üçün ilham mənbəyi mədəni ənənələrlə müasir dəyərlərin qarışığıdır və o, haqlı olaraq paltarların ovqat yarada və uğur cəlb edə biləcəyinə inanır. Brend kolleksiyalarına bu nəşrlərin  səhifələrində rast gəlinə bilər: Vogue Japan, Vogue.com, Harper's Bazaar US, Buro 24/7, Allure Russia, Style.com Arabia.

A LA RUSSE

Brend 2010-cu ilin aprelində yaradıldı və dərhal həm Rusiyada, həm də Rusiyanın hüdudlarından kənarda uğur qazanmağa müvəffəq oldu. Brendin yaradıcısı Anastasiya Romantsovanın yaradıcılığının ilham mənbəyi çoxşaxəli rus mədəniyyəti və ənənələridir. Anastasiya öz biznesinə altı nəfərlik komanda ilə başladı, bu gün isə yüzlərlə işçini idarə edir və ildə 4 kolleksiya buraxır. Brend geyimlə yanaşı, aksesuar, ətir, xəz məhsulları və zərgərlik əşyaları da istehsal edir.

RUBAN

Alisa və Yuliya Ruban öz markalarını 2011-ci ildə yaratdılar. Bu fikir qızlarda daha əvvəl, parlaq jurnallarda stilist kimi çalışanda ortaya çıxmışdı. Qızların  elə ilk kolleksiyası moda redaktorları, stilistlər və məşhurlar tərəfindən bəyənildi. Birinci kolleksiyadakı əşyalar yalnız əl işləri və tək nüsxədə idi.

İndi RUBAN-ın iki xətti var: podium üçün və daha demokratik olan PE.

FOR GİRLS

Dizayn duetinin vizit kartı mürəkkəb biçim, bahalı parçalar və gözlənilməz ideyalardır. Markada həmçinin, palto-transformerlər, klassik trençlər, paltolar, düşük çiyinli  toxunma sviterlər də var.

Ümumiyyətlə, RUBAN demokratiklik və xanımlıq, lakonik biçim və parlaq rəng palitrası, təbii parçalar, çoxqatlılıq və şəffaflıq, hətta ziyafət geyimlərinin belə rahatlığı ilə fərqlənir. Bu gün RUBAN markası - məşhur stil ikonası olan Vera Brejneva, Evelina Xromçenko simalarında əsl dostlar tapmağı bacardı.

Alyona Axmadullina

Sankt-Peterburqdan olan modelyer, Texnologiya və Dizayn Akademiyasının məzunu Alyona Axmadulina, moda dünyasında inqilab edərək Moskva, Paris, Milan və Avropanın digər  moda paytaxtlarında parlaq jurnallar və moda müşahidəçiləri üçün əsas rus nyusmeykerlərindən biri oldu.

Axmadullina ilk dəfə mövsümi kolleksiyasını 2005-ci ilin payızında Paris Prêt-a-porter Moda Həftəsində  nümayiş etdirdi. O vaxtdan bəri, hər mövsüm Paris podiumunda stereotipləri qıraraq, "modadan uzaq" bir ölkə kimi tanınan  Rusiyaya münasibəti dəyişdirən Alyona yeni bir kolleksiya nümayiş etdirdi. Alyona Axmadullina bir çox nüfuzlu mükafatların sahibidir.

Alyona Axmadullinanın kolleksiyaları rus cəsarəti və Parisin üslub hissinin uzlaşması ilə fərqlənir. Bu cəsarətli, müstəqil, eyni zamanda xanım-xatın və cazibədar bir obrazdır. Brend çox şeyə nail olmuş, lakin olduğu kimi qalmaq istəyən xanımlar üçün yaradılıb.

Bu gün Alena Akhmadullina modelləri moda jurnallarının səhifələrindən düşmür, həmişə müvəffəqiyyətin fərdi düsturu olaraq mövsümün must have siyahısındadır.

Düşünürük ki, Alyona Axmadullinanın daimi müştərilərinin arasında səhnə ulduzları və populyar teleaparıcılar, kübar şəxslər və işgüzar elitanın nümayəndələrinin olması  təsadüfi deyil.

İndi Azərbaycan qadınları da bu markalarla tanış olacaqlar. Sevindirici haldır ki - Maleone yaradıcıları, dizaynerlər Xədicə Camal və Nuray Camalın sözlərinə görə, butiklərindəki markaların sayı artacaq. Artıq bu gün, yuxarıda bəhs etdiyimiz rus markaları ilə yanaşı, burada bir çox digər markalar da təmsil olunur. Bunlar Azərbaycan brendləridir: Maleone, Fakhriya  Khalafova, Zumrud Mirzalieva və HOKUMA by Hokuma. Həmçinin, Fransa, İtaliya, BƏƏ, Tayvan, Rusiya, Serbiya, Almaniya, Böyük Britaniya, ABŞ və Livandan olan dizaynerlərin markaları. Bunların arasında Karl Lagerfeld, Zayan Label, Zoë Jordan, Alexis, Fausto Puglisi, Vatanika, Georges Hobeika, VIVETTA, Valdrin Sahiti, VEGUL da var.

Bir sözlə, bu müasir bir qadın üçün bir növ "Maqnoliya cənnəti"-dir. Maleone adlı bir cənnət.

Maleone Concept Store

Ünvan: Köykəb Səfərəliyeva küçəsi, 12

Tel: (012) 511 81 88; (050) 511 81 88

Sosial şəbəkələr:

https://www.instagram.com/maleone_azerbaijan/

https://www.facebook.com/maleoneazerbaijan/

---

© Advance.Az - Onlayn Reklam Agentliyi

Reklam hüququnda

Paylaş:
834

Son xəbərlər

Bu gecə Nəsimi rayonunun bəzi hissələrində qaz kəsiləcəkBu gün, 18:00Azərbaycan Prezidenti BƏƏ-nin naziri ilə görüşübBu gün, 17:50Qazaxıstan nümayəndə heyətinin ölkəmizə səfəri davam edirBu gün, 17:43Sabah paytaxtın daha bir küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaqBu gün, 17:38İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİB 2Bu gün, 17:25Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunurBu gün, 17:16İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olubBu gün, 17:08Bibiheybət məscidinin qarşısında avtomobil arakəsməyə çırpıldı, yolda sıxlıq var - FOTOBu gün, 16:53Azərbaycanda bəzi tibbi arayışlar elektronlaşdırılıb - TƏLİMATBu gün, 16:41Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaqBu gün, 16:38Qalaalti Hotel & SPA - cənnət guşəsi, istirahət və sağlamlıq məkanı!Bu gün, 16:32AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edirBu gün, 16:13Azərbaycan İnvestisiya Şirkəti qeyri-neft sektorunun davamlı inkişafına töhfə verirBu gün, 16:04Dövlət Xidmətinin nümayəndə heyəti Mərkəzi Asiya Rəqabət Forumunda iştirak edibBu gün, 15:45İlham Əliyev: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıqBu gün, 15:43Baş prokuror Ağdaşda vətəndaşları qəbul edibBu gün, 15:39“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayırBu gün, 15:28Olaf Şolts: Bakıda COP29-un da uğurla keçəcəyinə inanıramBu gün, 15:16Prezident: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıbBu gün, 15:10Almaniya Kansleri: Düşünürəm ki, 2024-cü il regionda sülh ili ola bilər və olmalıdırBu gün, 14:59
Bütün xəbərlər