Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik? | 1news.az | Xəbərlər
Cəmiyyət

Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik?

17:28 - 18 / 09 / 2019
Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik?

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin “AQTA maarifləndirir” rubrikası davam edir.

Rubrika çərçivəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Qida Təhlükəsizliyi İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanma ilə bağlı tövsiyələr, yaxud gündəlik istifadə etdiyimiz qidalarla bağlı məsləhətlər rubrika vasitəsilə oxucuların diqqətinə çatdırılır.

Budəfəki maarifləndirici mövzu isə “Qida məhsullarını seçərkən nələrə diqqət etməliyik?” haqqında olacaq.

Marketlərdə, bazarlarda qida məhsulları seçərkən öncə məhsulun üzərindəki məlumatlara, qablaşdırmaya və saxlanma şəraitinə diqqət yetirmək lazımdır. Qablaşdırma tam şəkildə olmalı, üzərində deşik, kəsik olmamalıdır. Gözəl görüntülü, rəngli rəsmlərlə bəzədilmiş qablaşdırma sizi çaşdırmamalıdır. Mütləq məhsulun üzərində tərkibi haqqında informasiya verən mətnə diqqət yetirin. Burada məhsulun enerji dəyəri, istehsal və son istifadə tarixi, çəkisi, saxlanma temperaturu və şəraiti, istehsalçı müəssisənin adı, ünvanı və s. kimi vacib məlumatlar öz əksini tapır. Məlumatların əcnəbi dillərlə yanaşı, Azərbaycan dilində də olması vacibdir.

1news.az xəbər verir ki, bu barədə AQTA-nın hazırladığı maarifləndirici materialda deyilir.

Qida məhsullarını seçərkən mal qonşuluğu prinsipinə əməl edilməsinə diqqət yetirin. Mal qonşuluğunun başlıca şərti məhsulların fərdi xüsusiyyətlərini və uyğunluqlarını mümkün qədər nəzərə almaq və onları ən münasib şəraitlərdə saxlamaqdır. Qida məhsullarını kimyəvi tərkibli, kəskin qoxulu qeyri-qida məhsulları ilə eyni paketə yerləşdirməyin. Aldığınız məhsulları paketə qoyarkən donmuş və soyuq qidaları ən alt hissədən yerləşdirin. Əzilməyə, sınmağa həssas (yumurta, göyərti və s.) olan qida məhsullarını paketin ən üst hissəsinə qoyun. Alış-veriş etdiyiniz mağazada məhsullarınızı torbaya yığmağa kömək edən işçinin də eyni qaydaya riayət etməsinə nəzarət edin. Qablaşdırılmamış, açıq şəraitdə və çəki ilə satılan məhsulun çirklənməyə məruz qalması ehtimalı böyükdür. Belə məhsulları alarkən üzərində xüsusi örtücü vasitələrin olmasına diqqət yetirin.

Uşaqlar əhalinin həssas yaş qrupuna aid olduğundan uşaq qidaları alarkən, xüsusilə, diqqətli olun. Bu qidaları seçərkən məhsulun yararlılıq müddətini, hansı yaş qrupuna aid olmasına dair təlimatı, mənşəyi və tərkibi haqqında olan məlumatları oxuyun.

Qablaşdırmanın üzərindəki göstərilən son istifadə tarixini diqqətlə yoxlayın. Sizdə həmin tarixin süni müdaxilə vasitəsilə yazılması, dəyişdirilməsi barədə şübhə yaranarsa, o məhsulu almayın və bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin 1003 “Çağrı Mərkəzi”nə məlumat verin.

Qida məhsulunun istifadə tarixi onun uyğun şəraitdə saxlanacağı nəzərə alınaraq təyin edilir. Vaxtı bitmiş, saxlanması müvafiq texniki şərtlərə cavab verməyən məhsulları almayın. Məhsul alarkən onun saxlanıldığı soyuducunun temperatur göstəricilərinə diqqət edin. Hər məhsulun aid olduğu kateqoriyaya uyğun olaraq öz saxlanma temperaturu var. Piştaxtaların ön cərgəsində yerləşən, endirimdə olan qida məhsullarının yoxlanılmasına xüsusi diqqət yetirin.

Qida məhsulunu seçərkən diqqət yetirilməsi lazım olan əsas məsələlərdən biri də onun enerji dəyəridir. Bildiyimiz kimi orqanizmin ehtiyacı olduğundan artıq kalori qəbul edilməsi kökəlməyə səbəb olur. Bu da sağlamlığımızla bağlı digər problemlərə yol açır. Buna görə də hər kəs fərdi olaraq gündəlik kalori normasını bilməli, qida məhsullarını alarkən bunu nəzərə almalıdır.

Unutmayın ki, “nə qədər bahalıdırsa, o qədər yaxşıdır” prinsipi ilə məhsul seçmək hər zaman özünü doğrultmur. Məhsulun satış qiymətinə onun nəqliyyat xərci, tanınmış brendə məxsusluğu, istehsalçı və ya satıcı tərəfindən süni şəkildə qiymətinin artırılması kimi digər amillər də təsir edir.

Sadalanan qaydalara riayət etməklə qida təhlükəsizliyimizi möhkəmləndirə və həyatımızı daha sağlam şəkildə yaşaya bilərik.

1news.az

Paylaş:
488

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər