Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub - FOTO | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub - FOTO

13:28 - 20 / 02 / 2020
Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub - FOTO

İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 20-də Romada rəsmi qarşılanma mərasimi keçirilib.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən verdiyi xəbərə görə, Prezident İlham Əliyev süvari dəstəsinin müşayiəti ilə Romanın Kuirinale Sarayına gəldi.

Azərbaycan dövləti başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella qarşıladılar.

Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndi.

Prezident İlham Əliyev fəxri qarovul dəstəsinin qarşısından keçdi.

Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva, İtaliya Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella birgə foto çəkdirdilər.

Azərbaycan nümayəndə heyəti İtaliya Prezidentinə, İtaliya nümayəndə heyəti isə Azərbaycan Prezidentinə təqdim olundu.

1news.az

Paylaş:
598

Son xəbərlər

Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyibBu gün, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandıBu gün, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıbBu gün, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verirBu gün, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyasıBu gün, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilibBu gün, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıbBu gün, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıbBu gün, 15:03Azərbaycan və Qırğızıstan arasında gömrük sahəsində əməkdaşlıqla bağlı sənədlər imzalanıbBu gün, 14:48ANAMA tələ tipli partlayıcı qurğularla bağlı çarx hazırladı - VİDEOBu gün, 14:43Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, araşdırma aparılırBu gün, 14:30Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qururBu gün, 14:16İlham Əliyev: Qırğız Respublikası ilə əməkdaşlıq xüsusi əhəmiyyət daşıyırBu gün, 14:02Azərbaycan və Qırğızıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - YENİLƏNİBBu gün, 14:00Qırğızıstan Ağdamda məktəb binası inşa edəcəkBu gün, 13:58Taleh Kazımov ABŞ Xəzinədarlıq Departamenti ilə maliyyə sabitliyini müzakirə edibBu gün, 13:33Azərbaycan və Qırğızıstan Dövlətlərarası Şurasının ikinci iclası keçirilib - FOTO - YENİLƏNİBBu gün, 13:31Hərbi Dəniz Qüvvələri və Fövqəladə Hallar Nazirliyi Xəzər dənizində birgə təlimlərə başlayıbBu gün, 13:19ABŞ nümayəndələri “ASAN xidmət”də olub - FOTOBu gün, 12:46Məhkəmə MMA döyüş növü üzrə tanınmış baş məşqçi və üç idmançı barədə qərar qəbul edibBu gün, 12:32
Bütün xəbərlər