“Paşinyana qarşı erməni lobbisi də etiraza başlayıb artıq”- Tural İsmayılov | 1news.az | Xəbərlər
Siyasət

“Paşinyana qarşı erməni lobbisi də etiraza başlayıb artıq”- Tural İsmayılov

12:07 - 18 / 02 / 2020
“Paşinyana qarşı erməni lobbisi də etiraza başlayıb artıq”- Tural İsmayılov

“Ölkə başçısının Münhendə Paşinyanı darmadağın etməsi Paşinyan əleyhinə müqavimətin güclənməsinə təkan verdi”.

Bu sözləri 1news.az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, politoloq Tural İsmayılov deyib:

“Münhen görüşünə qədər Paşinyana qarşı güclü koalisiya formalaşmışdı. Bu anti-paşinyan koalisiyası özündə rəngli siyasi qruplaşmaları təmsil edir. Təsəvvür edin ki, Ermənistandakı siyasi ortam o qədər xaos həddinə çatıb ki, Qarabağ klanı, Sarkisyanın partiyası, Sarkisyanın ən sərt tənqidçilərindən olan Tsarukyan və onun “Çiçəklənən Ermənistan” Partiyası, “Sasna-Tser” solçu qruplaşması və konstitusiya tərəfdarı olan mühafizəkarlar ona qarşı vahid komanda halında mübarizə aparırlar.

Həbsdə olan Koçaryan tərəfdarları da Paşinyan hökümətinə qarşı gizli təşkilatlanma nümayiş etdirirlər. Bundan başqa Münhenə gəlməmişdən öncə AŞPA-da da siyasi məhbus Mğer Yegizaryanın həbsxanada ölməsinə görə Paşinyana qarşı fikirlər səsləndi. Son olaraq, Konstitusiya Məhkəməsinin iflic edilməsi və sədr Hrayr Tovmasyanın həm özünün, həm də tərəfdarlarının siyasi təqiblərə məruz qalması erməni lobbisi fəallarının da narazılığına səbəb olub. Paşinyanın küçə “bağırtılarını” dəstəkləyən diaspora indi onu konstitusiyanı linç etməkdə günahlandırırlar. Qərblə münasibətləri korlanan Paşinyanın ATƏT və AB səfirləri ilə Yerevandakı görüşü də gərgin keçdi.

Bir tərəfdən Rusiya tərəfindən qeyri-ciddi fiqur kimi qəbul olunması, digər tərəfdən isə konstitusiya ilə bağlı siyasi referendum qərarı ilə Qərbdən də ciddi bəyanatlar və basqılarla üzləşməkdədir. Əvvəllər onunla eyni cinahda Sarkisyana qarşı “vuruşan” Zauri Postanciyan kimi radikal siyasi simalar da indi Paşinyanın sərt tənqidçiləri  qismində yer alır. Aram Hamparyanın rəhbərlik etdiyi Amerikadakı erməni lobbi təşkilatları, başda “ANCA”, Fransada Laurent Leylekian və digərləri Paşinyanın ölkədə böyük bir çaxnaşma hazırladığını üstüörtülü və ya açıq şəkildə bəyan edirlər”.

Ölkə başçısı İlham Əliyevin Münhendə Paşinyanı siyasa iflasa daha da yaxınlaşdırdığını deyən Tural İsmayılov Ermənistanda siyasi qarışıqlığı proqnoz etmənin artıq daha rahat olduğunu bildirib:

“Paşinyan bütün cəbhələrdə İlham Əliyevə məğlub oldu. Erməni mediası Azərbaycan Prezidentinin Paşinyanı darmadağın etməsini çəkinmədən manşetə verirlər. Erməni sosial media seqmentlərində Paşinyan məsxərə obyektinə çevrilib. Münhen görüşündən keçən iki gün ərzində xaricə səpələnmiş erməni lobbi təşkilatları ciddi narazılıq ifadə edirlər. Bütün hər yerdə Paşinyan əleyhinə “kəps”lər və postlar yayılır. Küçə adamının siyasi səbatsızlığı və savadsızlığı İlham Əliyev tərəfindən bütün dünyanın gözünün qabağında ortaya qoyuldu”.

Paşinyanın siyasi ömrünün qısa olduğunu vurğulayan ekspert bundan sonra Ermənistan iqtidarı ilə diaspora arasında uçurumun daha da artacağını söyləyib.

1news.az

Paylaş:
1449

Son xəbərlər

Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18
Bütün xəbərlər