Neyroblastoma ilə iki illik mübarizə: 10 yaşlı Səidin köməyə ehtiyacı var – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Neyroblastoma ilə iki illik mübarizə: 10 yaşlı Səidin köməyə ehtiyacı var – FOTO

14:12 - 19 / 02 / 2020
Neyroblastoma ilə iki illik mübarizə: 10 yaşlı Səidin köməyə ehtiyacı var – FOTO

Səid Alışlının cəmi 10 yaşı var. Bu kiçik döyüşçü hətta böyüklər üçün çətin olan müalicəyə baxmayaraq gülümsəməyi dayandırmır və qohumlarının məkrli bir xəstəliyi məğlub edəcəyinə inandırır.

Səid xərçəngin ağır növü – neyroblastomadan əziyyət çəkir. 12 kimyaterapiya və əməliyyat keçirilməsinə baxmayaraq, xəstəlik təzədən qayıdıb. Bu yaxınlarda aparılan müayinə zamanı uşağın qaraciyərində törəmə aşkar olunub və uşaq təzədən müalicəyə başlayıb. Vaxtı vaxtında uşağa qan donoru da ehtiyac olur (+2 qrupu).

Səidin tam sağalma şansı çox böyükdür, amma onun ailəsinə bu xəstəliklə mübarizə aparmağa bizim dəstəyimiz lazımdır. Çünki onun valideynlərinin maddi imkanı olduqca zəifdir. Əllərində olan-qalanı isə Səidin müalicəsinə xərcləyiblər.

Səid ailəsi Fizulidən məcburi köçkündür. Razində kirayə tutduqları evdə yaşayırlar. Ailənin iki övladı var, oğlanların atası işləyir, anası isə uşaqlara baxır. Atanın qazancı ailənin dolanışığına güclə çatsa da, xoşbəxt yaşayıblar. Lakin onların bu xoşbəxtliyi elə də uzun sürmədi. 10 yaşlı Səidin amansız xəstəliyə tutlmasından sonra ailə övladını xilas etmək üçün maddi sıxıntı içində əsl mübarizəyə başladı.

Səidin anası 1news.az-a bildirib ki, xəstəliyin ilk əlamətləri 2017-ci ilin dekabrında - 2018-ci ilin yanvarında, uşaqda qarın ağrısı və qusma olduğu zaman başladı. Ultrasəs müayinədən sonra həkimlər Səiddə exinokok kistanın olduğunu dedilər. Diaqnoz testlərlə təsdiqlədikdən sonra həkimlər 2018-ci ilin avqust ayına qədər davam edən müalicə təyin etdilər:

“2018-ci ilin sentyabr ayının əvvəlində Səidin qaraciyərində kimya terapiyası aparıldı və böyrəklərində törəmə aşkar edildi. Bizi Baku Medical plaza-ya göndərdilər, orada MRT-nin kontrast müayinəsindən sonra böyrəklərdə digər orqanlarla həmsərhəd olan böyük bir neoplazma tapıldı: qaraciyər, mədəaltı vəz, 12 barmaq bağırsaq və aorta damarı. Bundan sonra Onkoloji Klinikaya göndərildik və orada da müayinədən keçdik. Təəssüf ki, şiş markerlərinin nisbəti çox yüksək idi. O zaman şişin aradan qaldırılması üçün əməliyyat eləmək mümkün deyildi, çünki aorta damarının demək olar ki, yanında idi.

Lakin həkimlər müvəffəqiyyətli bir müalicəyə ümid olduğunu söylədilər. Bundan sonra Səidin çətin keçən müalicəsinə başladıq. O hər beş gündə 6 kimyaterapiya kursu keçməli oldu. 2019-cu ilin aprel ayında Said uğurlu bir əməliyyat keçirdi, ancaq daha sonra 2 ağır kimyəvi terapiya və daha az ağır 2 kurs yenidən təyin edildi. Bütün bunlar 2019-cu ilin sentyabrına qədər davam etdi”.

Altı kimya terapiya seansından sonra həkimlər Səidin valideynlərini ümidləndirərək onun bədəninin müalicəyə yaxşı cavab verdiyini və irəliləyiş olduğunu söylədilər. Şişi götürmək üçün Səid yenidən əməliyyat edildi, lakin xəstəlik geri çəkilmək istəmədi: yeni müayinədə ağciyərlərdə 6 mm böyüklüyündə düyün aşkar olundu. Buna görə üç ay ərzində “Vinblastin” preparatı ilə yenidən kimya terapiya təyin olundu, eyni zamanda evdə əlavə dərmanlarla müalicəsini davam etdirdi.

2019-cu ilin noyabr ayında ultrasəs müayinəsi Səidin qaraciyərində 23 mm-lik bir neoplazmanın olduğunu göstərdi, buna görə dekabr ayında yenidən xəstəxanada kimyaterapiya seanslarına başladı və 2 müalicə kursu keçdi. Xoşbəxtlikdən, bu dəfə bədəni buna yaxşı cavab verdi: metastazlar 13 mm-ə endi. 2020-ci ilin əvvəlində həkimlər kimyaterapiyanı uzatmağa qərar verdilər, lakin təəssüf ki, ayrıca satın alınmalı olan “Topotekan” preparatı ilə. Bir kurs üçün iki şüşə tələb olunur, bunların hər biri isə 340 manata başa gəlir.

Səid artıq bir müalicə kursundan keçdi və bu gün - 19 fevralda ikinci kurs başlayır.

Bundan sonra Səidə mIBG ilə sintiqrafiya müayinəsindən keçməli olacaq, görüntü əldə etməyin bu üsulu radionuklid diaqnostikasına aiddir. Bu əsasən simpatik sinir sistemində bir şiş tapmaq üçün istifadə olunur. Uşaqlarda və yeniyetmələrdə belə şişlərə neyroblastoma və feokromositoma, eləcə də onların metastazları daxildir.

Amma təəssüf ki, belə bir müayinə Azərbaycanda aparılmır, Moskvada isə 5000 manata başa gəlir. Valideynlər qarşıdakı müalicənin xərcinin dəqiq miqdarını hələ bilmirlər, hər şey müayinənin nəticələrindən asılı olacaq. Beləliklə, indi onlar üçün minimum proqram Moskvadakı prosedur üçün pul yığmaq, həm də səyahət və yaşayış xərclərini qarşılamaqdır.

Əvvəlcə Moskvada Səid müayinəsi üçün pul toplanmalı və sonra vəziyyətə uyğun hərəkət edilməlidir. Hər birimiz yardım etsək 5 min manat o qədər də böyük məbləğ deyil. Gəlin tezliklə sağalacağına əmin olan bu pozitiv, gülərüz Səid balamıza kömək edək, onun valideynlərinin övlad acısı çəkmələrinə imkan verməyək. Ən əsası Səidin tam sağalmaq şansı var.

Bütün xeyirxah insanlardan Səidin ailəsinə kömək etmələrini xahiş edirik. Aşağıda bütün tibbi sənədlərin görüntülərini, eləcə də bank məlumatlarını dərc edirik. Ayrıca Səid haqqında məlumatı İnstaqram səhifəsində tapa bilərsiniz.

Card-to-Card vasitəsilə Kapital Bankın 4169 7332 1310 1806 nömrəli kart hesabına köçürməklə və ya https://www.million.az/attributes/KapitalBankKartaMedaxil linkdən keçməklə Səidin ailəsinə maddi baxımdan kömək edə bilərsiniz:

MilliÖn terminalları vasitəsilə pulla da kömək edə bilərsiniz: “Bank xidmətləri”, “Kapital Bank”, “Hesabın doldurulması”, “Hesab nömrəsi: 4169 7332 1310 1806” seçin.

Əlaqə üçün:

Leyla Alışova (Səidin anası) - (051) 660 39 30

Sadiq Alışov (Səidin atası) - (051) 796 58 00

Allah bütün xeyirxah insanlardan razı olsun!

Natali Aleksandrova

Tərcümə: Babək Cahandarov

Paylaş:
1609

Son xəbərlər

Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20
Bütün xəbərlər