Nadir Qafarzadənin aqressiyası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsinə səbəb ola bilər | 1news.az | Xəbərlər
Cəmiyyət

Nadir Qafarzadənin aqressiyası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsinə səbəb ola bilər

16:35 - 29 / 08 / 2019
Nadir Qafarzadənin aqressiyası Cinayət Məcəlləsinə dəyişikliklər edilməsinə səbəb ola bilər

1news.az ölkədə qadınlara qarşı baş verən zorakılıq halları ilə bağlı dəfələrlə araşdırmalar dərc edib.

Bu mövzuda son təhlil yazısı iki il öncə yazılıb. Lakin bu qəbildən olan yeni hadisələr günbəgün artır. Hər gün hamilə arvadını boğmaq istədi, keçmiş həyat yoldaşını vəhşicəsinə döydü, keçmiş həyat yoldaşı və qaynanasını öldürmək istədi, ər keçmiş həyat yoldaşının boğazını kəsdi və s. başlıqlı xəbərlərin şahidi oluruq.

Təəssüflər olsun ki, bu cür hadisələrin sayı günbəgün artır. Ən dəhşətlisi isə bu vəhşilikləri törədənləri “müdafiə edənlər” də tapılır. Hətta şou-biznes nümayəndələri də “ləyaqətsiz” qadının başı kəsilməlidir kimi fikirlər də irəli sürür.

Bu xəbəri şərh edənlərin bir çoxu KİV nümayəndələrinə Nadir Qafarzadənin bu fikirlərinə diqqət yetirməməyi tövsiyyə etsə də, hesab edirik ki, buna fikir bildirmək vacibdir. Bu cür çağırışlar cəzasız qalmamalıdır. Belə ki, onun fikirlərinə nəinki mətbuat nümayəndələri, hətta hüquq-mühafizə orqanları da diqqət yetirməlidir. Axı bu gün ictimai insanlar bu cür açıq çağırışlar edirsə və buna görə hətta ictimai qınaq şəklində heç bir məsuliyyət daşımırsa, deməli sabah zorakılığın qarşısını almaq mümkün olmayacaq.

Yeri gəlmişkən, Türkiyədə bu cür oxşar hal baş vermişdi. Psixologiya fakültəsinin tələbəsi Özgəcan Aslanın ölümü xəbəri yerli müğənnilərdən biri “özü günahkardır, mini ətək geyinib, təcavüzkarı təhrik edib” kimi fikirlər səsləndirib. Müğənninin bu cür sözlərə görə, yerli kanallarda çıxışına qadağa qoyuldu və tədbirlərə dəvət almadı.

Azərbaycanda isə bir neçə il öncə 17 yaşlı Aytacın qətlə yetirilməsi hadisəsini xatırlayaq. Bu xəbərlə bağlı şərhlər arasında qatili haqlı çıxaranlar çox idi... Bu cür yüzlərlə nümunə göstərmək olar. Lakin bədbəxtçilik ondadır ki, bu hallar ildən-ilə artır.

Nə üçün vətəndaşlarımız ölkədə baş verən bu cür hallara biganə yanaşır? Nə üçün qısqanclıq zəminində qətl hadisəsi həvəsləndirilir? Hətta bu cinayətə “namus cinayəti” ifadəsini də yaraşdırırlar.

Bir məqam aydındır: məqalələr vasitəsilə müzakirələr etməklə kifayətlənmək olmaz, bu istiqamətdə müəyyən addımlar atılmalıdır.

Kömək məqsədilə aydın vətəndaş mövqeyi və konkret tədbirləri ilə tanınan Hüquq və İnsan Haqları İnstitutunun direktoru, Milli Məclisin deputatı Aytən Mustafazadəyə üz tutduq.

- Hesab edirəm ki, 1news.az redaksiyası vaxtında və ədalətli şəkildə bu mövzuya toxunub. Razıyam ki, bu müğənninin söylədikləri əsasında Azərbaycanın Cinayət Məcəlləsinə “Nifrət zəminində cinayət” adlı ayrıca maddənin tətbiq olunmasına yol aça bilər.

Əvvəlcə bu terminə aydınlıq gətirək: Nifrət zəminində cinayət (hate crime – ingilis) – irqi, milli, dini, etnik mənşəli, siyasi mənsubiyyət, cinsi və ya cinsi oriyentasiyalı şəxslərə qarşı nifrətinin təsiri altında törətdilmiş cinayətdir.

Bu cür hüquqi xüsusiyyət ABŞ-ın bir neçə ştatında, eləcə də Qərbi və Mərkəzi Avropa dövlətlərində mövcuddur. Bununla yanaşı, “nifrət zəminində cinayətin” xüsusiyyəti cinayət cəzasını ağırlaşdırır. Cinayətin ağırlaşdırılması uzun müddət azadlıqdan məhrum edilmə, həmçinin ömürlük azadlıqdan məhrum edilmə ilə nəticələnir. 

ABŞ-ın bəzi ştatlarında ölüm cəzası ləğv olunmayıb. Cəzanın ağırlaşdırılması cinayətkarın ölüm hökmü ilə ifadə oluna bilər. Rusiyada milli, irqi və dini nifrət və düşmənçilik səbəb olan bir cinayətin törədilməsi ağırlaşdırıcı haldır.

Azərbaycanda isə bu, yoxdur. ABŞ-ın bəzi ştatlarında da “Nifrət zəminində cinayət”in hüquqi forması bu və ya digər formada yoxdur. Yəni bu cür cinayətləri törədənlər bizim ölkədə kimi, adi cinayət kimi cəzalandırlır.

-  Aleksandr Verxovskinin  “Nifrət, nifrətin oyadılması və düşmənçiliyin dili cinayətlərinə qarşı ATƏT ölkələrinin cinayət hüququ” adlı kitabında əsas diqqət təhrikçiliyə ayrılıb. O yazır: “Anlamaq lazımdır ki, “düşmənçilik dili” əsas anlayış deyil, nifrətə təhrik, əsasən də ictimai təhrik əsasdır. Belə çıxır ki, müğənni tərəfindən səsləndirilən bu cür fikirlər də cinayət qanunvericiliyinə daxildir?

- Tamamilə doğrudur. “Nifrət zəminində cinayət” anlayışı Amerikada ağdərili insanların qaradərili vətəndaşlara qarşı təcrübəsi əsasında yaranıb. Lakin indi bu anlayış inkişaf yolu keçərək elmi ədəbiyyatda yer alıb. Buna görə də biz ATƏT-in 2009-cu ildə nəşr edilmiş xülasəsində mahiyyətcə vahid fikrə əsaslana bilərik. Bu xülasənin mahiyyəti sadədir: “Nifrət zəminində cinayət - qərəzlə əsaslandırılmış cinayət əməlidir”.  Hazırki halda söhbət bundan gedir.

- Bu ilin avqustunda ABŞ prezidenti Donald Tramp nifrət zəminində baş verən cinayətlərin ağırlaşdırılmasını çağırış etdi. Belə başa düşürəm ki, ölkəmizdə isə söhbət yalnız bu cür hüquqi hazırlanmadan gedir.

- Bəli, yuxarıda qeyd etdiyim kimi, ölkəmizdə təssüflər olsun ki, belə qanun yoxdu. Buna görə də bu cür fikirlər cəzasız qalır.

Çoxdandır diqqət edirəm ki, cəmiyyətimizdə qeyri-sağlam vəziyyət yaranıb. Təəssüflər olsun ki, son illər ailələrdə, hətta artıq boşanmış insanlar arasında nifrət zəminində çoxlu qətl hadisələri baş verir. İnsanlar sanki qəddarlaşıb, bütün əxlaqi-mənəvi dəyərləri tapdalayaraq qətl törədirlər.

Buna görə də, bir sıra cinayət hadisələrinə görə: xüsusi amansızlıqla törədilmiş qətl, pedofillik və Vətən xaini ilə bağlı cəza kimi ölüm hökmünün bərpa olunmasından danışmaq istərdim. Bu cinayətləri törətmiş şəxslər əfv olunmamalıdır.

- Demək istəyirsiniz ki, cəmiyyətin zahiri laqeydliyi – bir növ “müdafiə reaksiyasıdır”?

- Bəli. Ola bilsin ki, insanlar bu cür cinayətlərin layiqli cəzalandırılmasına inanmırlar. Mən Hüquq və İnsan Haqları İnstitutunun direktoru kimi, eləcə də Milli Məclisin deputatı kimi 1news.az redaksiyasının sosial sorğusunu qəbul etdim. Və buna mütləq reaksiya göstərəcəyik. Yaxın vaxtlarda institutumuz Azərbaycanın qanunvericiliyinə dəyişikliyin tətbiq edilməsi ilə bağlı sənədlərin hazırlığı ilə məşğul olacaq. Bunun əsasında Cinayət Məcəlləsinə müvafiq dəyişikliklərin tətbiq olunması təklif olunacaq. Əminik ki, deputatlar və hüquq müdafiəçiləri arasında həmfikir insanlarla qarşılaşacağıq.

Həmçinin sosial institutlar, digər dövlət institutları da dəstək məqsədilə çıxış etməlidir. Bugünkü gündə vəziyyət kritik həddə çatıb. Əlbəttə ki, zorakılığa, qətl çağırışı sadəcə ictimai qınaqla kifayətlənməməli, cinayət cəzasını da almalıdır.

- Ümid etmək olar ki, yaxın gələcəkdə Azərbaycanda mövcud qanunvericliyə dəyişiklik ediləcək və bu cür çağırışlar edənlər də danışmadan öncə yüz dəfə düşünəcək? Bu cür qətl və cinayətlərlə bağlı cəzanın ağırlaşdırılmasından danışmıram.

- İnstitutumuz bununla bağlı sənədlərin hazıranmasına başlayacaq və Milli Məclisin deputatı olaraq həmkarlarım arasında da dəstək axtaracağam. Bu, çox ciddi məsələdir. Bilirəm ki, zorakılıq halları, eləcə də ailədə məişət zorakılığı ilə bağlı Ailə, Qadın və Uşaq problemləri Dövlət Komitəsi ciddi şəkildə məşğul olur.

Ölkədəki vəziyyət ürəkaçan deyil. Bəzən ailədə zorakılığa dözən qadın kömək üçün heç kəsə müraciət edə bilmir: polis şikayətə reaksiya göstəmir, həmçinin müvafiq qanun yoxdur.

- Bəzən qadın qohumlarına da müraciət edə bilmir. Hər kəs üç il öncə Qəbələdə baş verən ağır cinayəti xatırlayır. Belə ki, qadın ata evin qayıtmaq imkanı olmadı. Bu cür yüzlərlə hadisə var ki, hələ ictimaiyyətə açıqlanmır...

- Düşünürəm ki, bu cür cinaytlərlə bağlı dəfələrlə araşdırma aparılmalı, bütün kanallarda yayımlanmalıdır. Bu cür cinayətlərin cəzasız qalacağınını düşünməsinlər. Əvvəlcə qanunvericilikdə dəyişiklik olunmalıdır.

Əgər bu gün vəziyyət kökündən dəyişməzsə, sabah çox gec olacaq.  

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
956

Son xəbərlər

Səfir: TDT-nin əsas məqsədi türk dövlətləri arasında əlaqələrin inkişaf etdirilməsidirBu gün, 16:06Cavanşir Məmmədovla vida mərasimi keçirilirBu gün, 15:56Ceyhun Bayramov İran səfirini diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edibBu gün, 15:47FHN tərəfindən silsilə maarifləndirmə tədbirləri keçirilibBu gün, 15:32Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10
Bütün xəbərlər