Hikmət Hacıyev: Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransında çox sıx iş qrafiki var | 1news.az | Xəbərlər
Siyasət

Hikmət Hacıyev: Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransında çox sıx iş qrafiki var

22:24 - 15 / 02 / 2020
Hikmət Hacıyev: Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransında çox sıx iş qrafiki var

Münxen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik sistemində vacib əhəmiyyət daşıyan və mühüm rola malik olan bir tədbirdir. Bu konfransda qlobal təhlükəsizliklə bağlı mühüm məsələlər müzakirə olunur. Azərbaycan Prezidenti İlham Əliyev də bu tədbirdə iştirak edir.

Dövlətimizin başçısı fevralın 14-də Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Enerji təhlükəsizliyi” mövzusunda dəyirmi masada iştirak etdi. Tədbirdə dövlətimizin başçısı Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolu, “OPEC+” formatında iştirakı, eləcə də Cənub Qaz Dəhlizi ətrafındakı məsələlər barədə fikirlərini bölüşdü.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

Hikmət Hacıyev Azərbaycan Prezidentinin Münxen Təhlükəsizlik Konfransında çox sıx iş qrafikinin olduğunu bildirib. Qeyd edib ki, fevralın 14-də yerli vaxtla saat 7.30-da başlayan iş qrafiki axşam saat 20.00 radələrində başa çatıb. Həmin gün dövlətimizin başçısı 13-14 saatdan artıq vaxt müddətində işləməli oldu. Azərbaycan Prezidenti çoxsaylı görüşlər keçirdi. Dövlətimizin başçısı, ilk növbədə, Azərbaycana tərəfdaş ölkələrin – Qazaxıstan, Moldova və Əfqanıstanın prezidentləri ilə görüşdü və gündəlikdə duran ikitərəfli münasibətlər müzakirə edildi. Həmçinin Avropa İttifaqı, Şanxay Əməkdaşlıq Təşkilatı və Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbərliyi ilə görüşlər keçirildi. Prezident İlham Əliyev Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbərliyi ilə görüşdə soydaşlarımız Dilqəm Əsgərovun və Şahbaz Quliyevin Ermənistanın girovluğundan azad olunaraq Azərbaycana qaytarılması məsələsini xüsusilə qeyd etdi. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi kontekstində humanitar əsaslarda “hamının hamıya” prinsipi ilə bütün əsir və girovların dəyişdirilməsinin vacibliyini vurğuladı.

Prezidentin köməkçisi Almaniyanın biznes ictimaiyyətinin ölkəmizdə aparılan hərtərəfli islahatlara və iqtisadiyyatın şaxələndirilməsinə böyük marağının olduğunu və bu nöqteyi-nəzərdən səmərəli və faydalı müzakirələr aparıldığını bildirib. Qeyd edib ki, keçirilən görüşlərdə Prezident İlham Əliyevin ölkədə apardığı islahatlar çox yüksək qiymətləndirilir.

Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, həmçinin görüşlərdə Azərbaycanda 9 fevral parlament seçkilərinin azad, demokratik şəraitdə keçirilməsi, xalqın iradəsini əks etdirməsi münasibətilə dövlətimizin başçına təbriklər çatdırıldı. Bundan başqa, müzakirələr əsnasında Azərbaycanın beynəlxalq münasibətlərdə, eləcə də enerji layihələrində etibarlı tərəfdaş olduğu vurğulandı və bu etibarlılığın qazanılmasında şəxsən Prezident İlham Əliyevin rolu xüsusi qeyd olundu.

Paylaş:
1138

Son xəbərlər

Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58
Bütün xəbərlər