Dünyanı səyahət edən armudu stəkan – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünyanı səyahət edən armudu stəkan – FOTO

14:33 - 11 / 02 / 2020
Dünyanı səyahət edən armudu stəkan – FOTO

Səbinə Hacıyeva – maraqlı ideyalarla dolu @Armoodu_ əyləncəli bloqunun yaradıcısıdır. O, bütün dünyanı səyahət edərək armudu stəkanla şəkil çəkdirir.

Görüş zamanı Səbinə bizə layihələrindən, bloqu yaratma ideyalarından bəhs etdi:

“Mən Bakıda doğulub, boya-başa çatmışam. İqtisad Universitetinin bitirdikdən sonra, MBA-ya daxil oldum. Burada İsveçrənin UBIS (University of Business and international studies) Universitetində ikiqat magistr dərəcəsi almaq imkanım oldu. Tələbəlik illərində, 3-cü kursda təhsil alarkən Azərbaycanın ən böyük banklarından birində işləməyə başladım. Təhsil və işlədiyim müddətdə bütün sosial layihə və treninqlərdə fəal iştirak edirdim.

Amerikaya köçməyim mənim üçün çətin seçim oldu. Əvvəllər ağlıma belə gətirməzdim ki, nə vaxtsa Vətəndən kənarda yaşa bilim. Həyatda hər şey olur (gülür). Oraya köçməyimin əsas səbəbi həyat yoldaşımın işidir. Sevindirici haldır ki, Nyu-Yorkda çox qalmayacağıq və doğma diyara tezliklə qayıdacağıq.

Amerika bir çoxları üçün əçatmaz arzudur, lakin açığı buranın da öz çətinlikləri var, digər mədəniyyət, mətbəx, iqlim, hətta saat fərqi belə başqadır... Ümumiyyətlə, səyahət mənim həyatımın əsas hissəsidir, dünyanın bir çox ölkə və şəhərlərində olmuşam.

@Armoodu_ bloqumun yaranma səbəbi armudu stəkana olan sevgimdən irəli gəldi. Belə ki, armudu stəkan mədəniyyətimizin ayrılmaz hissəsidir. İstərdim ki, əsas simvollarımızdan birinə çevrilsin. Nümunə üçün, Rusiyada matryoşka, almanlarda pivə fincanları olduğu kimi. Buna görə də əsas ideyam çoxlu insanın simvolumuzdan xəbərdar olmasıdır.

@Armoodu_ ilə ilk səfərim Monteneqroya oldu. Və bu gün izləyicilərim sayəsində stəkanım hətta Afrikada olub.

Bloq üçün fotolar elə də asan başa gəlmir. Misal üçün, hər zaman özümlə çay apara bilmirəm. Saona adasına gedərkən özümlə çay götürməyi unutdum, orada isə çay tapmaq çətin idi. Buna görə də kola ilə suyu qarışdırdım ki, çayabənzər nəsə alınsın. Təsəvvür edirsiniz? (gülür).

Zamanla anladım ki, əsas stəkanın tərkibi deyil, onun qeyri-adi formasıdır.

Armudu ilə hətta Yer kürəsinin mərkəzində - Ekvator Respublikasında da olduq.

7-8 nəfərdən biri sual verir, maraqlanırlar, onlardan hər birinə Azərbaycanımız və adətlərimizdən danışırdım. Bununla fəxr edirəm və Vətənim üçün edə biləcəyim çox az bir şeydir.

Çox ümid edirəm ki, armudu ilə Qarabağda, Şuşada da şəkillərimiz olacaq.

Müntəzəm olaraq bloqumda həvəsləndirici müsabiqələr keçirirəm. Misal üçün, bir neçə ay öncə xaricdə yaşayan izləyicilərə armudu ənənəsinin dünyada yayılmasında iştirak etmək istəyənlərə müraciət edərək paylaşım etdim. Müxtəlif ölkələrdən bir çox insan cavab verdi. Nəticədə, bir neçə hədiyyə dəstini Almaniya, Şotlandiya, Böyük Britaniya, Mərakeşə göndərdim ...

Göndərməklə bağlı bəzi çətinliklərdən sonra Apar-Getir platformasını yaratmaq ideyası yarandı. Qrupun əsas prinsipi sosial şəbəkələr vasitəsilə insanlar arasında etibarlı münasibətlər yaratmaqdır.

Deyək ki, səfər planlaşdırsınız, baqajınızda boş yer var, onu təcili daşıma üçün təklif edə bilərsiniz. Açıldığı gündən (13 sentyabr 2019) bu günə qədər izləyicilərin sayı 5 mini keçdi və onlarla insan artıq bir-birlərinə kömək etdi.

Bu gün Azərbaycanda təxminən 5 belə qrup var ki, onların hamısı Apar-Getir-dən ruhlanıblar.

Bu, sevindirməyə bilməz!

Tərcümə: S.Xankişiyeva

 

 

Paylaş:
4728

Son xəbərlər

Qərbi Azərbaycan İcması: G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir19 / 04 / 2024, 21:01"Uğur yolu" karyera inkişafı proqramının final mərhələsi keçirilib - FOTO19 / 04 / 2024, 19:10Aydın İdarəçi və Sənayeçi İş adamları Dərnəyi MÜSİAD Azərbaycanı ziyarət edib - FOTO19 / 04 / 2024, 19:00Bu ilin I rübündə törədilən cinayətlərin 85 faizi açılıb19 / 04 / 2024, 17:53“DOST EVİ”nə ilk benefisiarların qəbulu aparılıb19 / 04 / 2024, 17:47Milli Müdafiə Universitetinin tabeliyində fəaliyyət göstərən xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul davam edir - VİDEO19 / 04 / 2024, 17:42FHN əməliyyat görüntüləri yayıb - VİDEO19 / 04 / 2024, 17:39Azərbaycan və Ermənistan razılaşdırılmış hissələrdə öz sərhəd xidmətlərini eyni vaxtda və paralel yerləşdirəcək19 / 04 / 2024, 17:29Qazaxın 4 kəndinin qaytarılması razılaşdırılıb19 / 04 / 2024, 17:18Azərbaycan-Ermənistan delimitasiya komissiyasının iclası keçirilib - TƏFƏRRÜAT19 / 04 / 2024, 17:17Azərbaycan Prezidenti Berlində Almaniya Kansleri ilə görüşəcək19 / 04 / 2024, 17:15“Global Finance” Kapital Bank-ı “Süni intellektin rəqəmsal transformasiyada ən yaxşı istifadəsi” mükafatına layiq görüb19 / 04 / 2024, 17:01Xınalığa dolu düşüb - FAKTİKİ HAVA19 / 04 / 2024, 16:51İlham Əliyev və Putin Moskvada görüşəcəklər19 / 04 / 2024, 16:43“McDonald's”ın köhnə Nəsimi bazarının yerində yeni restoranı açılıb - FOTO19 / 04 / 2024, 16:42Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİB19 / 04 / 2024, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıb19 / 04 / 2024, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcək19 / 04 / 2024, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olub19 / 04 / 2024, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edib19 / 04 / 2024, 15:45
Bütün xəbərlər