Bu balaca uşaqları xilas edək, onlara təcili kömək lazımdır! | 1news.az | Xəbərlər
Cəmiyyət

Bu balaca uşaqları xilas edək, onlara təcili kömək lazımdır!

13:37 - 19 / 02 / 2020
Bu balaca uşaqları xilas edək, onlara təcili kömək lazımdır!

Əziz xeyirxah insanlar, bu balaca uşaqların sizin dəstəyinizə çox ehtiyacı var! Onlar bu körpə yaşlarında çox amansız xəstəlikdən əziyyət çəkirlər. Biganə qalmayaq, onları xilas edək, valideynlərinin göz yaşlarını sevinc göz yaşlarına çevirək.

Heç kim xəstəlikdən sığortalanmayıb. Hər birimiz və ya yaxınlarımızdan kimsə bu ağır xəstəliyə tutula bilər. Buna görə də bir-birimizə dəstək verməli, köməyə möhtac olanlardan öz köməyimizi əsirgəməməliyik.

Bu uşaqlar bizim gələcəyimizdir, gələcəyimizə sahib çıxaq!

9 yaşlı Səid Alışlı xərçəngin ağır növü – neyroblastomadan əziyyət çəkir. 12 kimyaterapiya və əməliyyat keçirilməsinə baxmayaraq, xəstəlik təzədən qayıdıb. Bu yaxınlarda aparılan müayinə zamanı uşağın qaraciyərində törəmə aşkar olunub və uşaq təzədən müalicəyə başlayıb. Vaxtı vaxtında uşağa qan donoru da ehtiyac olur (+2 qrupu). Səidin tam sağalma şansı çox böyükdür, amma onun ailəsinə bu xəstəliklə mübarizə aparmağa bizim dəstəyimiz lazımdır.

3 yaşlı Musa Yunuslu isə xərçəngin başqa növü - “T”-formalı kəskin leykoz xəstəliyindən əziyyət çəkir. Ağır xəstəlik bir neçə ay bundan qabaq aşkarlanıb və uşaq təcili olaraq xəstəxanaya yerləşdirilib. Hazırda Musa kimyaterapiya kursları və qan köçürülmələri almaqdadır, və sağlamlığa doğru uşağı uzun və mürəkkəb yol gözləyir. Xeyirxah insanların köməyi ilə Musa tam sağala bilər.

4 aylıq Miray Əzizova qaraciyərin damarlarda olan ciddi qüsurdan əziyyət çəkir. Uşağın qarın boşluğunda maye yığılır və valideynləri günlərlə xəstəxanaları gəzib, öz qızını düzgün müalicə apara bilən həkimi tapa bilmirlər. Hər gün səhhəti pisləşən balaca qızını vəziyyəti hal-hazırda ağırdır və ailəsi çıxılmaz vəziyyətində qalıblar. Miraya sadə xeyirxah insanların köməyinə çox ehtiyacı var.

Hörmətli dostlar, KİV nümayəndələri, sadə xeyirxah insanlar! Bu uşaqlara cəmiyyətimizin diqqəti və köməyi lazımdır. Birləşərək, gəlin bu uşaqlara dəstəyimizi göstərək, sosial şəbəkələrdə paylaşaq, dost-tanışa və xeyriyyə fondlara göndərək! Bu uşaqları yaşadaq!

Səid haqqında ətraflı: https://www.instagram.com/seidsabit/

Valideyinlərin nömrəsi: (051) 660-39-30 

Uşağa kömək: 1) Card-to-card 2) Onlayn: https://www.million.az/attributes/KapitalBankKartaMedaxil

3) MilliÖn terminalı: Bank Xidmətləri, Kapital Bank, Hesabın artırılması, Hesab nömrəsi 4169 7332 1310 1806

---

Musa haqqında ətraflı:  https://www.instagram.com/musaya_umudolaq/

Valideyinlərin nömrəsi: (070) 348 95 99

Uşağa kömək: 1) Card-to-card 2) Onlayn: https://www.million.az/attributes/KapitalBankKartaMedaxil

3) MilliÖn terminalı: Bank Xidmətləri, Kapital Bank, Hesabın artırılması, Hesab nömrəsi: 4169 7413 0447 0188

---

Miray haqqıda ətraflı: https://www.instagram.com/resid_ezizov9220/

Valideyinlərin nömrəsi: (051) 637 52 83

Uşağa kömək: Onlayn: https://www.million.az/attributes/BankRespublikaHesabmedaxil

MilliÖn terminalı: Bank Xidmətləri, Bank Respublika, Hesabın artırılması, Hesab nömrəsi 380194400278850401, ŞV nömrəsi: 1484888.

1news.az

Paylaş:
4293

Son xəbərlər

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:466 aylıq körpə bacısının dırnağını ağzına saldı, xəstəxanalıq oldu28 / 03 / 2024, 17:37Əməkdar artist Rahib Əliyev vəfat edib28 / 03 / 2024, 17:28CAR lideri Prezident İlham Əliyevi təbrik edib28 / 03 / 2024, 17:21Taksilərlə bağlı tələblər müəyyənləşdi - 15 il, kamera, “avro-5”, elektrik mühərrikli - ŞƏRTLƏR28 / 03 / 2024, 16:47Bakı ətrafında dəmir yolu ilə sərnişindaşımaya subsidiya verilməsi qaydaları təsdiqlənib28 / 03 / 2024, 16:34Taksi minik avtomobilləri ağ və ya qırmızı rənglərdə olacaq28 / 03 / 2024, 16:21
Bütün xəbərlər