Belçikada 19 yaşlı azərbaycanlı küçənin ortasında güllələndi | 1news.az | Xəbərlər
Dünya

Belçikada 19 yaşlı azərbaycanlı küçənin ortasında güllələndi

13:22 - 28 / 02 / 2020
Belçikada 19 yaşlı azərbaycanlı küçənin ortasında güllələndi

Belçikanın Qərbi Flandriya əyalətində, Roselare şəhərində 19 yaşlı azərbaycanlı küçədə güllələnib.

1news.az virtualaz.org-a istinadən bildirir ki, bu barədə fevralın 26-da yerli De Standaard nəşrinə Kortreyk Prokurorluğundan məlumat veriblər.

Məlumata görə, fevralın 25-də saat 21 radələrində şəhərdə silahlı qarşıdurma baş verib, nəticədə 19 yaşlı azərbaycanlı güllə yarası alıb. Hadisə yerinə gələn xilasedicilər ona kömək edə bilməyiblər.

Polis qətli törətməkdə şübhəli bilinən 20 yaşlı şəxsi saxlayıb və fevralın 27-də dindirməyə başlayıb. Prokurorluq məhkəmədən həmin şəxsin həbs olunmasını istəyib. Hadisə yerində müstəntiqlər, habelə tibbi müayinə və odlu silahlar üzrə mütəxəssis çalışır. Öldürülən şəxsin meyitinin yarılacağı bildirilir.

Belçika nəşrinin yazdığına görə, gəncin ölümünün dəqiq səbəbləri hələlik məlum deyil. Prokurorluq istintaq aparıldığını əsas gətirərək azərbaycanlının qətlinin təfərrüatlarını açıqlamır.

1news.az

Paylaş:
802

Son xəbərlər

Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02
Bütün xəbərlər