Bakıda “E-Commerce & Travel – 2019” adlı geniş konfrans keçirilib | 1news.az | Xəbərlər
İqtisadiyyat

Bakıda “E-Commerce & Travel – 2019” adlı geniş konfrans keçirilib

16:30 - 19 / 09 / 2019
Bakıda “E-Commerce & Travel – 2019” adlı geniş konfrans keçirilib

Sentyabrın 19-da “Sheraton Baku Airport” otelində turizm sektorunda e-ticarət mövzusuna həsr edilmiş geniş "e-Commerce & Travel - 2019" konfransı keçirilib.

1news.az-ın məlumatına görə, tədbir “Azərbaycan Hava Yollları”nın baş tərəfdaşlığı, “Smart Solutions”, “Amadeus” və “Silk Way Travel” şirkətlərinin təşkilati dəstəyi sayəsində baş tutub. Konfransda müxtəlif ölkələrdən ümumilikdə 250 nəfər iştirak edib.

Tədbirdə AZAL-ın vitse-prezidenti Eldar Hacıyev giriş nitqi ilə çıxış edərək son illərdə Azərbaycanda mülki aviasiya və turizm sahələrində əldə olunan nailiyyətləri vurğulayıb.

“Azərbaycanın ərazisinin kiçik olmasına baxmayaraq, paytaxt və regionlarımızda beynəlxalq standartların bütün tələblərinə cavab verən altı beynəlxalq aeroportun fəaliyyət göstərməsi və milli aviadaşıyıcılarımızın marşrut şəbəkəsinin daima genişlənməsi ölkəmizə turistlərin axını üçün geniş imkanlar yaradır”- deyə, E.Hacıyev qeyd edib.

Konfransda həmçinin AZAL sərnişin aviaşirkətinin direktoru Cəmil Mənizadə, Azərbaycanın aşağı büdcəli aviaşirkəti “Buta Airways”in direktoru Nazim Səmədov və Heydər Əliyev Beynəlxalq Aeroportunun direktoru Teymur Həsənov təqdimatlarla çıxış ediblər.

Tədbirdə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA), Azərbaycan Turizm Bürosunun, Azərbaycan Dəmir Yollarının, Azərbaycanın ən böyük turizm şirkətlərinin və turizm və aviasiya sektorlarında elektron xidmətlərin aparıcı təchizatçı şirkətlərinin nümayəndələri iştirak edərək bu sahədəki ən son yeniliklər və imkanlar barəsində məlumat veriblər.

“e-Commerce & Travel” forumu çərçivəsində spikerlər həmçinin panel müzakirələr formatında da müzakirələr aparıblar.

Konfransın nəticəsi kimi iştirakçılar qarşılıqlı razılıqlar əldə edib, həmçinin turizm sənayesinin müxtəlif sahələrində gələcək əməkdaşlıq planlarını müzakirə ediblər.

1news.az

Paylaş:
633

Son xəbərlər

Təbiətə qayğı: “McDonald's Azərbaycan” internat məktəbi şagirdləri üçün ekoloji layihəyə start verir - FOTOBu gün, 15:41Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edildiBu gün, 15:32Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilibBu gün, 15:22Bakıda mənzildə meyit aşkarlandıBu gün, 15:02FHN yüksək dağlıq ərazilərdə qar uçqunu təhlükəsi ilə əlaqədar müraciət edibBu gün, 14:48Mərkəzi Çağırış Komissiyasının iclası keçirilibBu gün, 14:06“Hər şeyi planlı şəkildə edirik ki, hər qarış torpaqdan maksimum səmərə götürək”Bu gün, 14:03Türkiyə–Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu təsdiq edilib - FƏRMANBu gün, 14:02Prezident Dövlət Reklam Agentliyinə yeni sədr təyin etdiBu gün, 13:56Aydın İbadov Dövlət Reklam Agentliyinin sədri vəzifəsindən azad edilibBu gün, 13:55İlham Əliyev: Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti varBu gün, 13:5339 nəfər buraxılış imtahanında 300 bal toplayıbBu gün, 13:39Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub, çıxış edib - FOTO - YENİLƏNİBBu gün, 13:36Buraxılış imtahanının nəticələri açıqlanıbBu gün, 13:19Beynəlxalq axtarışa verilmiş daha 4 şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:5327 dərəcəyədək isti olacaq - Sabahın havasıBu gün, 12:45Milli İnsan Resursları Forumunun proqramı bəlli oldu!Bu gün, 12:41Qarabağ Universitetində doktorantura təhsil pilləsi yaradılıbBu gün, 12:30Paytaxtın abad məhəllələrində mini futbol yarışlarına start verilibBu gün, 12:18Azərbaycan və Türkiyə arasında hərbi informasiya sahəsində qarşılıqlı təcrübə mübadiləsi aparılıbBu gün, 11:44
Bütün xəbərlər