Azərbaycanla Belarus arasında təhlükəsizlik sahəsində əməkdaşlıq Planı imzalanıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Belarus arasında təhlükəsizlik sahəsində əməkdaşlıq Planı imzalanıb

12:43 - 19 / 09 / 2019
Azərbaycanla Belarus arasında təhlükəsizlik sahəsində əməkdaşlıq Planı imzalanıb

Sentyabrın 18-də Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla Belarus Respublikasının Təhlükəsizlik Şurasının Dövlət katibi Stanislav Zas arasında görüş olub.

1news.az-ın AZƏRTAC-a istinadən verdiyi xəbərə görə, görüşdə ölkələrimiz arasındakı əlaqələrin bütün sahələrdə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən Ramil Usubov hər iki dövlətin başçıları - cənab İlham Əliyevin və cənab Aleksandr Lukaşenkonun siyasi iradələrinə uyğun olaraq ölkələrimiz arasında strateji tərəfdaşlığın, ən müxtəlif sahələr üzrə işbirliyinin və inteqrasiyanın daha da dərinləşdiyini məmnunluqla qeyd edib. O, eyni zamanda, ikitərəfli münasibətlərdə təhlükəsizlik fəaliyyətinin də mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlığın yeni çağırış və təhdidlərinin artaraq qlobal xarakter aldığını nəzərə çatdıran R.Usubov ekstremizmi, aqressiv separatizmi təbliğ edən radikal elementlərin vaxtında müəyyənləşdirilməsi və qanunsuz fəaliyyətlərinin qarşısının alınması istiqamətində hər iki dövlətin müvafiq orqanları tərəfindən zəruri tədbirlərin bundan sonra da intensiv həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Tədbirin yüksək səviyyədə təşkilinə görə azərbaycanlı həmkarına təşəkkürünü ifadə edən S.Zas Azərbaycanla əməkdaşlığın bütün istiqamətlərdə genişləndirilməsinə Belarus tərəfinin hər zaman böyük önəm verdiyini, hazırkı görüşün təhlükəsizlik sahəsində qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açacağına, sıx peşəkar əlaqələrin yeni məzmunla, müasir forma və metodlarla zənginləşməsinə xidmət edəcəyinə əminliyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.

Görüşün sonunda Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin xidməti ilə Belarus Respublikası Təhlükəsizlik Şurasının Dövlət katibliyi arasında 2020-2021-ci illər üçün əməkdaşlıq Planı imzalanıb.

Belarus Respublikasının Təhlükəsizlik Şurasının Dövlət katibi S.Zasın rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasının digər rəsmi şəxsləri ilə də ikitərəfli görüşləri keçirilib.

1news.az

Paylaş:
591

Son xəbərlər

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Növbəti köç karvanı Füzuliyə çatıb - YENİLƏNİBBu gün, 11:55Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08
Bütün xəbərlər