Azərbaycanda parlament seçkiləri İsveçrə mətbuatında işıqlandırılıb | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanda parlament seçkiləri İsveçrə mətbuatında işıqlandırılıb

21:33 - 19 / 02 / 2020
Azərbaycanda parlament seçkiləri İsveçrə mətbuatında işıqlandırılıb

İsveçrənin Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə Ticarət Palatasının internet səhifəsində “Azərbaycandakı islahatlar İsveçrə şirkətlərinə nə vəd edir?” başlıqlı məqalə dərc edilmişdir

Məqalədə qeyd edilmişdir ki, Azərbaycanda geniş vüsət alan struktur və iqtisadi islahatlar 2019-cu ildə pik həddə çatmış, dövlət idarəçiliyində gəncləşmə siyasəti aparılmış, hakimiyyət qurumları yenidən formalaşdırılmışdır. Ölkə Parlamenti də bu islahatlardan kənarda qalmamış və qanunverici orqanın islahatların artan sürətinə uyğunlaşması üçün ölkədə növbədənkənar parlament seçkiləri elan olunmuşdur.  

Vurğulanmışdır ki, 2020-ci il fevralın 9-da keçirilən Parlament seçkilərində 125 mandat uğrunda 1300 namizəd mübarizə aparmışdır ki, bu da seçkilərin yüksək rəqabət şəraitində keçdiyinə dəlalət edir. Seçkilərin xalqın iradəsini əks etdirdiyi və yeni Parlamentdən ölkədə islahatlar prosesini daha da sürətləndirəcəyinin gözlənildiyi qeyd edilmişdir.

Məqalədə daha sonra qeyd olunur ki, aparılan islahatlar nəticəsində Azərbaycanın ÜDM-i 2019-cu ildə 2.2% artmış, qeyri-neft sektorunda artım isə 3.5% olmuşdur. İnflyasiyanın 2.6% səviyyəsində qalması, strateji valyuta ehtiyatlarının isə 6.4 milyard artaraq 51 milyard ABŞ dollarına çatdığı bildirilmişdir. Vergi və gömrük sektorlarında aparılan islahatlar sayəsində 2019-cu ildə büdcəyə vergi gəlirlərinin 3.5% artdığı vurğulanmışdır.

Azərbaycanda aparılan islahatların beynəlxalq təşkilatların da diqqətindən qaçmadığı qeyd edilmişdir. Dünya Bankının “Doing Business 2019” hesabatının Azərbaycanı dünyanın 20 aparıcı islahatçısı siyahısına daxil etdiyi, Ümumdünya İqtisadi Forumunun Qlobal Rəqabətlilik hesabatında isə Azərbaycan 11 pillə irəliləyərək 58-ci pilləyə yüksəldiyi bildirilmişdir.

Sonda Azərbaycanda aparılan islahatların İsveçrə şirkətləri üçün də böyük imkanlar açdığı qeyd edilərək, “Stadler Rail” və “Holcim” kimi şirkətlərin uğur hekayələrinin digər İsveçrə şirkətlərini də siyasi cəhətdən sabit və iqtisadi cəhətdən imkanlarla zəngin olan Azərbaycana diqqət yetirməyə həvəsləndirməli olduğu vurğulanmışdır.

1news.az

Paylaş:
470

Son xəbərlər

Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02Quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcəkBu gün, 10:56Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaqBu gün, 10:44Xankəndidə avtomat və qumbaralar aşkarlanıbBu gün, 10:35Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıbBu gün, 10:23NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıbBu gün, 10:01Xırdalanda partladıcı və qumbaralar tapılıb - VİDEOBu gün, 09:46Azərbaycan neftinin qiyməti 89 dolları ötübBu gün, 09:44Ötən gün vətəndaşlardan götürülən silahların sayı açıqlandıBu gün, 09:29Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 09:22Füzuli şəhərinə növbəti köç karvanı yola salınıbBu gün, 09:11Şirvanda saxlanılan şəxsdən 4 kiloqram narkotik vasitə götürülübBu gün, 09:08Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində çətinliklər yaranıbBu gün, 08:58İki ali məktəbə prorektor təyin edilib28 / 03 / 2024, 17:58Himayədar ailə olma zamanı tibbi müayinə pulsuz olacaq28 / 03 / 2024, 17:51Qubanın bir hissəsinin qaz təchizatında fasilə yaranacaq28 / 03 / 2024, 17:46
Bütün xəbərlər