“Ailə həkimi” və Azərbaycanda icbari tibbi sığortanın digər təfərrüatları - MÜSAHİBƏ | 1news.az | Xəbərlər
Müsahibə

“Ailə həkimi” və Azərbaycanda icbari tibbi sığortanın digər təfərrüatları - MÜSAHİBƏ

11:19 - 20 / 02 / 2020
“Ailə həkimi” və Azərbaycanda icbari tibbi sığortanın digər təfərrüatları - MÜSAHİBƏ

Məlum olduğu kimi, 2020-ci ildən etibarən “Tibbi Ərazi Bölmələrinin İdarə Edilməsi Dərnəyi” (TƏBİB) dövlət səhiyyə sisteminin tərkibinə daxil olan və TƏBİB-in tabeliyinə verilmiş tibb müəssisələrinin təsisçisinin səlahiyyətlərini həyata keçirəcək, həmçinin bu sahədə idarəetmə və nəzarəti həyata keçirəcək.

Tibb müəssisəsini konkret hansı müsbət dəyişikliklər gözləyir və adi vətəndaşlar bu dəyişikliklərdən nə gözləyə bilər? Təəssüf ki, hazırda bir çox sual var və hətta tibb müəssisələrinin nümayəndələri də tez-tez bu suallara cavab verə bilmirlər. Məlumatın azlığı müxtəlif şayiələrin ortaya çıxmasına, eləcə də narahatlığa şərait yaradır.

Buna görə də TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı ilə danışmaq qərarına gəldik.

- Ramin bəy, son zamanlar sosial şəbəkələrdə tibb müəssisələrinin yenidən TƏBİB-in tabeliyinə verilməsindən sonra tibb işçilərinin əmək haqlarının uzun müddətə gecikdirilməsi barədə şayiələr yayılır. Bu doğrudurmu və əgər doğrudursa bunun səbəb nədir? Axı, TƏBİB-dən verilən məlumata görə, əksinə, tibb işçilərinin maaşı artırılacaq.

- Bildiyiniz kimi, ilk dəfə icbari tibbi sığorta 23 rayon və şəhərdə yanvar ayından tətbiq olunur.  7 fevral tarixində tibb işçilərinin aylıq maaşları (Vahid Tarif Cədvəli) kartlara köçürülüb.

İcbari tibbi sığortanın tətbiqi yeni başlayıb. Müəssisələrdə icbari tibbi sığorta sistemində müasir tipli xidmətələrin verilməsi üçün yeni struktur bölmələri yaradılır. Hal-hazırda hər bir əməkdaşın bu struktur bölmələrində ştatlara yerləşdirilməsi prosesi gedir. Yeni maliyyə ili ilə əlaqədar olaraq hər ilin əvvəlində vəsaitlərin açılması müəyyən müddət tələb edir. Bu baxımdan, tibb müəssisələrinin mühasibatlıq və maliyyə şöbələri tərəfindən bonusların, əlavələrin hesablanmasında müəyyən yubanmalar müşahidə edilir. Bu yubanmalar ilk 2-3 ay davam edə bilər. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tibb müəssisələrinə bu istiqamətdə öz dəstəyini göstərir. Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan bütün tibb müəssisələrinə saxlanma xərcləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən köçürülüb. Hər hansı bir şəxsin bank kartına əməkhaqqı köçməyibsə, bununla bağlı tibb müəssisəsinin mühasibatlıq və maliyyə şöbələrinə müraciət etmələri tövsiyə olunur.

Yaxın zamanda səhiyyə işçiləri əməkhaqlarına əlavələrini də alacaqlar. Hər bir həkimin göstərdiyi tibbi xidmətə görə əməkhaqqına əlavəsi müvafiq reyestrlərə əsasən hesablanacaq. Göstərilən xidmətlər ekspertiza əsasında qiymətləndirilərək proses həyata keçiriləcəkdir. Eyni zamanda, sabit əlavə alan həkim qrupu və orta, kiçik tibb işçiləri də nəzərdə tutulan əlavələri alacaqlar. Xidmətlərin 1 yanvar 2020-ci ildən göstərildiyini nəzərə alaraq, əlavələr də həmin tarixdən hesablanacaq.

Pilot təcrübələri göstərir ki, əmək haqqına əlavələr növbəti ayın sonuna qədər hesablanır. Bu, dünya təcrübəsində də, özəl müəssisələrdə də eyni qayda ilə icra olunur.

- Bölgələrdəki bəzi xəstəxanalar acınacaqlı vəziyyətdədir. Xüsusilə Xudatdakı (Xaçmaz) xəstəxana. Hətta mətbuatda onun bağlanması ilə bağlı məlumatlar getsə də, sonradan təsdiqini tapmadı. Bu xəstəxananı nə gözləyir? Təmir? Yenidənqurma? Əgər belədirsə, iş müddətində yerli sakinlərlə hara müraciət edə bilərlər? Ümumiyyətlə, daha hansı tibb müəssisələrinin əsaslı təmir olunacağı gözlənilir?

- Ölkəmizin əksər yerlərində xəstəxanaların vəziyyəti qənaətbəxşdir. Xidmətə tam yararsız olan və mövcud potensialı ödəməyən çox az sayda xəstəxana var. Ölkənin yalnız 4-5 rayonunda yerləşən xəstəxanalarda mövcud fiziki imkanlar və maddi-texniki baza xidmət göstərdiyi əhali qrupuna müasir tələblərə cavab verən tibbi xidmətin həyata keçirilməsinə imkan vermir. Bununla bağlı layihələr hazırlanıb və aidiyyəti qurumlara təqdim edilib. Layihələr qəbul edildikdən sonra icrasına başlanacaq və xəstəxanaların vəziyyətindən asılı olaraq, təmir, yenidənqurma və ya yeni xəstəxana binasının tikintisinə başlanacaqdır.

- Hazırda hər hansı bir xəstə vətəndaş evinə sahə həkimini çağırmaq hüququna malikdir və həmin həkim ona ən azı 3 gün müddətinə xəstə olması barədə arayış yaza bilər. Lakin icbari tibbi sığortanın tətbiqi ilə əlaqədar evə sahə həkimini çağırmağın mümkün olmayacağı barədə şayiələr var və deyilənə görə, vətəndaşlara xəstəlik məzuniyyətini təcili yardımın həkimləri verəcəklər. Bunlar nə dərəcədə doğrudur?

- Ümumiyyətlə, icbari tibbi sığortanın tətbiqi ilkin səhiyyə xidmətlərinin ən yüksək səviyyədə olmasını tələb edir. TƏBİB-in strukturunda Ailə həkimliyi, ana və uşaq sağlamlığının təşkili şöbəsi yaradılıb ki, bu da bilavasitə ilkin səhiyyə xidmətlərinin təkmilləşməsi və yüksək pilləyə çatmasını təmin edəcək. Bu sahədə beynəlxalq təcrübənin öyrənilib tətbiq edilməsi işləri sürətləndirilib. “Ailə institutu” anlayışını ölkəmizdə daha yüksək mərhələyə çatdırmaq üçün Dünya Bankı, Ümumdünya Səhiyyə Təşkilatı və s. kimi müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edilir və layihələr işlənib hazırlanır. “Sahə həkimi” anlayışı “ailə həkimi” anlayışı ilə əvəz ediləcək və ölkədə yaşayan hər bir ailə üçün əlçatanlıq təmin ediləcək. Hətta ailə həkimliyi ixtisası üzrə xüsusi təlim mərkəzləri yaradılacaq və mövcud sahə həkimləri ailə həkimi kimi tam formalaşdırılacaqdır.

Əvvəlki qaydada, ailə həkimləri ştat rejimində evlərə çağırışa gedəcək. Əgər iş saatından kənar çağırışlar olarsa, bu zaman, Təcili Tibbi Yardıma yönləndirilə bilər. Eyni zamanda, əgər ailə həkimi xəstəni evdə müayinə edən zaman vəziyyətin təcili və təxirəsalınmaz olduğuna qərar verərsə, bu halda da TTY-a müraciət ediləcəkdir.

Bundan əlavə, qeyd etmək istərdim ki, 2020-ci ildə “İlkin səhiyyə xidməti haqqında” qanun layihəsi işlənib hazırlanaraq qəbul edilməsi üçün Parlamentə təqdim ediləcək.

- Şəhər poliklinikaları hansı funksiyaları yerinə yetirəcək? Vətəndaşlar əvvəlki kimi sahə həkimləri ilə əlaqə saxlaya, müalicə ala və yaşayış yerlərindəki poliklinikalarda müayinələrdən keçə biləcəklərmi?

- Qeyd etmək istərdim ki, icbari tibbi sığorta çərçivəsində ilkin səhiyyə xidməti verilən tibb müəssisələrində ümumilikdə 36 xidmət göstərilir. Bu xidmətlərin arasında ixtisaslı həkim müdaxiləsi tələb etməyən müayinə və müalicə ilə yanaşı, klinik laborator analizlər, həmçinin, rentgenoloji və ultrasəs müayinəsi də öz əksini tapmışdır. Poliklinikalar isə öz fəaliyyətini əvvəlki qaydada davam etdirəcək.

- Hazırda I və II qrup əlillər, eləcə də şəkərli diabet xəstələri pulsuz dərman almaqda müəyyən güzəştlərə malikdirlər. Bu imtiyazlar gələcəkdə də saxlanacaqmı?

- Diabetli şəxslərə dərman preparatlarının verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 yanvar 2016-cı il tarixli, 15 nömrəli Qərarı ilə təsdiq edilmiş “2016-2020-ci illər üçün şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” əsasında icra olunur. Həmin Dövlət Proqramı hal-hazırda qüvvədədir və icrası əvvəlki qaydada həyata keçirilir.

İmtiyazlı şəxslərə (I və II qrup əlilliyi olan şəxslər) isə dərman vasitələrinin verilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən, TƏBİB tərəfindən həyata keçirilir. Bu işin icrası tabeliyimizdə olan tibb müəssisələri tərəfindən təmin edilir. Ancaq bu sahədə də optimallaşdırma işlərinə ehtiyac duyulur. Müəyyən çatışmazlıqların aradan qaldırılması üçün işlər görülür və məsələ pasiyentlərin xeyrinə öz həllini tapacaq.

- Poliklinikaları konkret hansı struktur dəyişiklikləri gözləyir? Sahə həkimləri, baş həkimlər, onların müavinləri və şöbə müdirləri hansı funksiyaları yerinə yetirəcəklər? Çünki hazırda poliklinikaların işçiləri bu suallara cavab verə bilmirlər.

- Əvvəldə qeyd etdiyim kimi, bu sahədə də beynəlxalq təcrübəyə əsaslanaraq mühüm addımlar atılacaq. Beynəlxalq təcrübəyə uyğun olaraq, poliklinikaların fəaliyyətində dəyişikliklər edilə bilər.

Natali Aleksandrova

Paylaş:
1921

Sizin üçün xəbərlər

Son xəbərlər

ABŞ qüvvələrinin Nigerdən çıxarılması müzakirə olunacaqBu gün, 09:21Bakının bir sıra yollarında tıxac müşahidə olunurBu gün, 09:03Sevinc Fətəliyeva: Azərbaycan mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib24 / 04 / 2024, 20:49Fransa aviaşirkəti Bakıda qəza enişi etdi - FOTO24 / 04 / 2024, 18:33Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib24 / 04 / 2024, 17:49RİNN Naxçıvanda radiomonitorinq keçirib24 / 04 / 2024, 17:43Azərbaycanın turizm imkanları Qazaxıstanda nümayiş olunur24 / 04 / 2024, 17:35Sabiq baş pediatr Nəsib Quliyev özünü güllələyib, cinayət işi başlanıldı - YENİLƏNİB24 / 04 / 2024, 17:2810 minə yaxın şagird Qərbi Azərbaycan mövzusunda olimpiadada yarışacaq24 / 04 / 2024, 17:25Ombudsman Britaniya səfirini Azərbaycan torpaqlarında törədilən mina terroru haqqında məlumatlandırdı24 / 04 / 2024, 17:18AAYDA sədri Bakının yollarında aparılan əsaslı təmir-tikinti işlərinə baxış keçirib - VİDEO24 / 04 / 2024, 17:14Bakı 2023-cü ildə ən çox birbaşa xarici investisiyalar yatırılan şəhərlərin reytinqində 3-cü yerdə qərarlaşıb24 / 04 / 2024, 16:57Alimpaşa Məmmədov dəymiş ziyandan 185 min manat ödəyib24 / 04 / 2024, 16:36Şuşaya ilkin mərhələdə köçürülək şəxslərin sayı açıqlandı24 / 04 / 2024, 16:08DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında yeni anlaşma memorandumu imzalanıb24 / 04 / 2024, 15:54Ayxan Hacızadə: Azərbaycan diplomatiya və multilateralizm yolu ilə sülh, təhlükəsizlik və rifaha töhfə verir24 / 04 / 2024, 15:38Birbank Biznes-dən yeni müştərilərə özəl “Xoş gəldin” kampaniyası24 / 04 / 2024, 15:31Azərbaycan-Macarıstan enerji üzrə İşçi Qrupunun iclası keçirilib24 / 04 / 2024, 15:18Prezident: Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun Nizamnamə fondu 4 dəfə - 100 milyon dollaradək artıb24 / 04 / 2024, 15:07Sabunçuda açıq ərazidə yanğın başlayıb24 / 04 / 2024, 15:03
Bütün xəbərlər