Ağdamlı müəllim və şagirdlərindən növbəti möhtəşəm ifa – VİDEO
Ağdam rayon Gülablı kənd Uşaq Musiqi Məktəbinin müəllimi, gənc xanəndə Habil Məmmədov və şagirdlərinin növbəti ifası sosial şəbəkələrdə yenidən marağa səbəb olub.
1news.az-ın məlumatına görə, gənc müəllim xanəndəlik sinfinin şagirdləri ilə birgə xalq mahnısı “Dilbərim”i ifa ediblər.
Son dövrlərdə daha çox məşhurlaşan uşaqların ustalıqla ifa etməsi də diqqət çəkib. Onların yeni görüntülərini müəllimləri Habil Məmmədov feysbukda paylaşıb. Fenomenlərin yeni ifası qısa müddət ərzində yenidən populyarlıq qazanmağa başlayıb.
Habil Məmmədovun və onun istedadlı tələbələrinin Azərbaycan muğamlarını və xalq mahnılarını ifa etdikləri digər videoları təqdim edirik.
1news.az
1018