ABŞ və Avropa İttifaqı ATƏT-in Azərbaycanda seçki üzrə müşahidə missiyasının tənqidi nəticələrini dəstəkləyirlər | 1news.az | Xəbərlər
Siyasət

ABŞ və Avropa İttifaqı ATƏT-in Azərbaycanda seçki üzrə müşahidə missiyasının tənqidi nəticələrini dəstəkləyirlər

15:36 - 11 / 02 / 2020
ABŞ və Avropa İttifaqı ATƏT-in Azərbaycanda seçki üzrə müşahidə missiyasının tənqidi nəticələrini dəstəkləyirlər

Amerika Birləşmiş Ştatları (ABŞ) və Avropa İttifaqı (Aİ) DTİHB/ATƏT-in monitorinq missiyasının Azərbaycanda Milli Məclisə keçirilmiş seçkilərin yekun nəticələri ilə bağlı şərhlərini bölüşüblər.

Bu barədə ABŞ Səfirliyinin, həmçinin Aİ-nin Xarici siyasət xidmətinin məlumatında bildirilir:

“Seçki günü DTİHB-nin müşahidə etdiyi ciddi prosedur pozuntuları bizi məyus etdi. DTİHB-nin hesabatından məlum olur ki, çox sayda qayda pozuntuları baş verib. Bunları araşdırmaq və ATƏT DTİHB-nin keçmiş və gələcək tövsiyələrini həyata keçirmək Azərbaycan üçün ATƏT-in üzv ölkəsi kimi olaraq öz üzərinə götürdüyü, daha da vacibi isə, Azərbaycan xalqı qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməsi məqsədilə vacib olacaq”, - deyə məlumatda yer alıb.

Avropa İttifaqı Mərkəzi Seçki Komissiyasının şəffaf şəkildə hərəkət etmək cəhdlərini qeyd edərək, bəzi namizədlərin Avropa İnsan Haqları Məhkəməsinin (AİHM) insanların azad seçki hüquqlarının təmin edilməsi ilə bağlı qərarlarına əməl etməməsi səbəbindən seçkilərdə iştirak edə bilmədiklərini bildirib:

“Avropa İttifaqı DTİHB/ATƏT və Avropa Şurası Venesiya Komissiyasının çoxsaylı tövsiyələrinin hələ də nəzərə alınmamasından təəssüflənir”, - deyə Aİ-nin bəyanatında səslərin sayılması və protokollaşdırılması zamanı prosessual pozuntular, o cümlədən seçki pozuntularının qeydə alınması ilə bağlı faktlar yer alıb.

Azərbaycan Mərkəzi Seçki Komissiyası pozuntu hallarının dərhal araşdırılacağına söz verib.

ABŞ Səfirliyi sonda bəyan edir ki, biz güclü, sabit, demokratik və firavan gələcəyi təmin etmək üçün göstərdikləri səylərdə Azərbaycan hökuməti və vətəndaşları ilə işləməyə sadiq qalırıq.

Avropa İttifaqı həmçinin Azərbaycanın dövlət qurumları ilə, o cümlədən yeni tərkibdə parlamentlə ölkənin bütün vətəndaşlarının xeyrinə sıx əməkdaşlığa yönəldiyini vurğulayır.

ATƏT/AŞPA birgə müşahidə missiyasından başqa, Azərbaycanda səsvermə prosesini ayrı-ayrı ölkələrin parlamentləri, təşkilatları və hətta ictimai xadimlər qrupları təmsil edən beynəlxalq nümayəndəliklər tərəfindən izlənildi.

Bir çox müşahidə missiyaları seçki prosesinin son nəticələrini müsbət qiymətləndirdi ki, bu da onların hazırladıqları hesabatlarda öz əksini tapmış oldu.

MDB, TÜRKPA, ŞƏT, GUAM, eləcə də Böyük Britaniya, Fransa, Almaniya, İsrail, Türkiyə, Rusiya, Gürcüstan, Ukrayna və digər ölkələrin nümayəndə heyətləri kimi beynəlxalq təşkilatların müşahidəçilərinin hesabatları maraq doğurur.

Ümumilikdə 58 ölkə və 59 təşkilatı təmsil edən 883 beynəlxalq müşahidəçi səsvermə prosesini izləyib.

Onların ümumi qiymətləndirməsinə görə, Azərbaycanda növbədənkənar parlament seçkiləri seçki qanunvericiliyinə ciddi şəkildə – azad, şəffaf, ədalətli və demokratik şəraitdə keçirilib və Azərbaycan xalqının iradəsini əks etdirib.

ATƏT və AŞPA müşahidəçiləri parlament seçkiləri ilə bağlı rəyini açıqlayıb – FOTO

MSK seçkilərin ilkin nəticələrini açıqladı - SİYAHI

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
2500

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər