Yunan-Roma güləşçilərinin reytinq siyahısında 9 güləşçimizin adı var | 1news.az | Xəbərlər
İdman

Yunan-Roma güləşçilərinin reytinq siyahısında 9 güləşçimizin adı var

22:15 - 09 / 01 / 2017
Yunan-Roma güləşçilərinin reytinq siyahısında 9 güləşçimizin adı var

Dünya Güləş Birliyi ötən ilin yekunlarına əsasən 2017-ci ilin ilk reytinq siyahısını açıqlayıb.  

1news.az-ın məlumatına görə, yunan-Roma güləşi üzrə reytinq siyahısında 9 güləşçimizin adı yer alıb. Onlardan 7-si ilk onluğa daxil olub. 

Olimpiya Oyunlarının bürünc medalçıları Rəsul Çunayev (66 kq) reytinqdə 3-cü, Sabah Şəriəti (130 kq) isə 4-cü yerdədir. Dünya çempionatının bürünc medalını qazanan Həsən Əliyev (71 kq) də öz çəkisində 3-cü sırada qərarlaşıb. 

Onlua daxil olan digər güləşçilərdən Rövşən Bayramov (59 kq) 6-cı, Rafiq Hüseynov (80 kq) 7-ci, Elvin Mürsəliyev (75 kq) və İslam Abbasov (85 kq) isə 8-ci yerdədir.  

59 kq
6. Rövşən Bayramov - Olimpiya Oyunları 5-ci yer (6)

66 kq
3. Rəsul Çunayev - Olimpiya Oyunları 3-cü yer (3)
18. Kamran Məmmədov - Hərbçilərin DÇ 2-ci yer (nr)

71 kq
3. Həsən Əliyev - Dünya çempionatı 3-cü yer (17@66 kq)

75 kq
8. Elvin Mürsəliyev - Qızıl Qran Pri 2-ci yer (8)

80 kq 
7. Rafiq Hüseynov - Qızıl Qran Pri 1-ci yer (4)

85 kq
8. İslam Abbasov - Qızıl Qran Pri 1-ci yer (12)
12. Saman Təhmasibi - Dünya çempionatı (2015) 3-cü yer (5)

130 kq
4. Sabah Şəriəti - Olimpiya Oyunları 3-cü yer (4)

Qeyd edək ki, idmançıların adları qarşısında onların iştirak etdikləri son yarışlarda əldə etdiyi ən yüksək nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.

1news.az

Paylaş:
2071

Son xəbərlər

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34“Əlavə kassasiya qaydasında verilən şikayətlər əksər hallarda təmin olunmur” - Vəkillərdən ŞƏRHBu gün, 13:20Deputatdan TƏKLİF: “Təcili tibbi yardım helikopterləri alınsın”Bu gün, 12:54Azərbaycan cəmiyyəti işğalda olan kəndlərin azad ediləcəyinə inanır? - SORĞUBu gün, 12:41Şənbə günü hava necə olacaq?Bu gün, 12:38Ramazan bayramı günlərində Bakı-Qəbələ qatarları hər gün hərəkətdə olacaqBu gün, 12:28Qızıl və gümüşün bahalaşması davam edirBu gün, 12:21İctimai-iaşə obyektlərinin sahiblərinə çağırışBu gün, 12:15“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib - FOTOBu gün, 12:14Siyavuş Novruzov: “Bəzi şəxslər Azərbaycanda da terrorun olmasını istəyirdi”Bu gün, 12:02Azərbaycanda ötən gün 50 kiloqramdan artıq narkotik aşkarlanıbBu gün, 11:51FHN: Ötən sutka 39 yanğına çıxış olub, 57 nəfər təxliyə edilibBu gün, 11:39Sahibə Qafarova iclasda erməni həmkarı ilə görüşündən danışdıBu gün, 11:29Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələriBu gün, 11:20Azərbaycanlı şagird Harvard Universitetinə qəbul olubBu gün, 11:18PAŞA Qrup şirkətləri tərəfindən Novruz bayramı ərəfəsində növbəti sosial aksiya keçirilib - FOTOBu gün, 11:09Milli Məclisin iclası başlayıb, 21 məsələ müzakirə olunacaq - SİYAHIBu gün, 11:02
Bütün xəbərlər