ru

Cəmiyyət

24 Yanvar saat 13:48

UNESKO-unun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq

UNESKO-unun baş qərargahında Azərbaycan xalçalarının sərgisi açılacaq

Yanvarın 29-da Parisdə UNESKO-nun baş qərargahında "Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər" adlı sərgi açılacaq.

1news.az-ın Trend-ə istinadən verdiyi xəbərə görə, tədbir Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Fransadakı səfirliyi və UNESKO-dakı daimi nümayəndəliyinin təşkilatçılığı ilə keçiriləcək.

Xatırladaq ki, bu sərgi ilk dəfə 2019-cu ildə Fransanın Kann şəhərində Azərbaycan mədəniyyəti günləri çərçivəsində təqdim olunub.

Azərbaycan xalçaçılığında yeni "Şəki xalçaları" qrupunun yaradılması məqsədi daşıyan layihə çərçivəsində xalçaçı-rəssam, Xalq rəssamı Eldar Mikayılzadənin eskizləri əsasında iki il ərzində müxtəlif xalçalar toxunub. Həmin xalçalarda Şəki Xan Sarayı və Şəkixanovlar evinin ornamentlərindən, Şəkiyə aid motivlərdən istifadə edilib.

Sərgi UNESKO-nun baş qərargahında fevralın 4-dək nümayiş olunacaq.

1news.az

BÖLMƏDƏ YENİ

yuxarı
Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır.

© Copyright 2007-2020 "The First News", İnformasiya Agentliyi
Bütün hüquqlar qorunur