Röya: Nərmin hadisəsi mənə ağır təsir etdi | 1news.az | Xəbərlər
Mədəniyyət

Röya: Nərmin hadisəsi mənə ağır təsir etdi

15:56 - 06 / 02 / 2020
Röya: Nərmin hadisəsi mənə ağır təsir etdi

Xalq artisti Röya Ayxan kulis.az-a müsahibə verib.

1news.az həmin müsahibədən bir abzas təqdim edir.

- Bu il Azərbaycan üçün dəhşətli xəbərlərlə başladı. Məsələn, Nərminin faciəsi sizə bir insan kimi necə təsir etdi?

- Nərmin hadisəsi mənə ağır təsir etdi. Ən dəhşətlisi odur ki, hamımız artıq bu hadisə hər uşağın başına gələ bilər deyə düşünürük. O uşağın başına gələn faciədə anasının-atasının günahı böyükdür. Mən arada onun atasının şəklinə baxanda az qalıram əlimi ekrandan salıb onu boğum. O qızın həyatda olmamasının günahı içki düşkünü olan atadır. Sən gecə hava qaralanda qız uşağını bu məhəllədən o biri məhəlləyə necə göndərə bilirsən?

Bunların hamısını mən görüb keçmişəm deyə daha çox təsir edir mənə. Bəlkə mənim də başıma gələ bilərdi. Danışmadığım şeylər var. Birini danışacam. Evimizə gələn yaxın adamlardan birini valideynlərim yerə-göyə sığdıra bilmirdi. Mənim də onda on yaşım vardı. Anama-atama deyə bilmirdim ki, siz o tərəfə baxanda bu adam mənim əlimdən tutur, baldırıma əl atır. Bu halları çox uşaq yaşaya bilər. Valideyn kor olmamalıdır. Nərminin bu faciəsi bir çox ata-ana üçün dərs olmalıdır. İndi hamı kənardan deyir, faciəni törədəni yandırsınlar, öldürsünlər... O qızın bir ayda yaşadıqlarının əvəzi çıxacaqmı?

Nərmin Quliyevanın qətli ilə bağlı sensasion səs yazısı yayılıb – AUDİO

Tovuzda 10 yaşlı qızın yandırılıb öldürülməsi ilə bağlı cinayət işi başlandı – FOTO – YENİLƏNİB

S.Xankişiyeva

 

Paylaş:
5121

Son xəbərlər

Dövlət Xidməti 2 ayda 11 min mənşə sertifikatı veribBu gün, 17:50Ceyhun Bayramov Rusiya XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə cari vəziyyəti müzakirə edibBu gün, 17:38Mikayıl Cabbarov Alessandra Rokkasalvo ilə görüşdü, tərəfdaşlıq istiqamətləri barədə müzakirə aparılıbBu gün, 17:30AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22
Bütün xəbərlər