Azərbaycanlı professor koronavirusdan danışdı: “Təəssüf ki,...” | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanlı professor koronavirusdan danışdı: “Təəssüf ki,...”

09:47 - 27 / 02 / 2020
Azərbaycanlı professor koronavirusdan danışdı: “Təəssüf ki,...”

“Çində koronavirus aşkarlanan xəstələrin sayına görə ölənlərin sayı elə də çox deyil”.

Bu barədə 1news.az-a açıqlamasında Tibb Universitetinin professoru, səhiyyə eksperti Adil Qeybulla deyib. O, bildirib ki, bu hadisə 100 il qabaq olsaydı ölənlər bəlkə də bundan 10 dəfə çox olardı.

“Çində ümumi olaraq 80 minə yaxın adam xəstələnib, bunlardan dünyasını dəyişənlərin sayı 2500 nəfərdi. Yəni, bu böyük rəqəm deyil. Nəzərə alsaq ki, bu xəstəliyə yoluxanların içində yaşlılar var, yanaşı xəstəliyi olanlar var, məsələn, hər il qripdən təxminən o qədər insan dünyasını dəyişir. Azərbaycanın bu virusla mübarizəsinə gəldikdə isə, hesab edirəm ki, buna hazır olmaq daha çox təşkilati məsələlərdən keçir. Təşkilati məsələlər həll olunmasa lap dünyanın ən yaxşı həkimləri də burada olsa o qədər də effekt olmayacaq. Ona görə bu işə ciddi fikir vermək lazımdır”.

Professorun sözlərinə görə, ölənlərin təcrübəsi göstərir ki, onlar ya yaşlıdı, ya da yanaşı xəstəlikləri var, bu xəstəliyi ayaqüstə keçirərək əhəmiyyət verməyən insanlardı:

“İnsanlar xəstələndiyi halda birinci növbədə yataq rejiminə keçməlidirlər. Sonra isə çox maye qəbul etmək və həkimə müraciət etmək lazımdır. Təəssüflər olsun ki, çox adam özlərini həkimə getmədən, kiminsə tövsiyəsi ilə müalicə etməyə çalışır. Həkim tövsiyəsi olmadan antibiotik qəbul etmək çox təhlükəlidir".

Koronavirus epidemiyası ilə mübarizədən danışan A.Qeybulla bildirib ki,virusla mübarizədə ilk yerdə profilaktika, ikinci yerdə isə müalicə gəlir.

“İnfekisyanın qarşısının alınması üçün karantin tədbirləri görülməlidir. Bu tədbirlər ilk növbədə transsərhəd keçid məntəqələri, haradan ki, ölkəyə giriş-çıxış var onların hamısı nəzarətə götürülməlidir. Xəstə adamlar həmin sərhəd məntəqəsindən xəstəxanaya götürülməlidir və müşahidə altına alınmalıdır. Bununla bağlı ölkədə kifayət qədər addım atılıb. Bütün şübhəli adamların burun boşluğundan götürülən nümunələr yoxlanmalıdır.  İdmanla məşğul olmaq da bu virusa qarşı mübarizənin yollarından biridir, səhər gimnastikası ağciyərləri xeyli işlədir, dözümlülüyü artırır. Bundan başqa meyvə-tərəvəzdən də çox istidadə etmək lazımdır, çünki bu zaman orqanizmdə immun sistemi daha düzgün çalışır. Maska müəyyən qədər virusdan qoruyur. Təəssüflər olsun ki, bəzi işbazlar yaranmış vəziyyətdən sui-istifadə edərək qiymətləri qaldırır. Bununla bağlı da aidiyyəti qurumlar addım atmalıdır”.

“İnsanların koronavirusla bağlı təşvişə düşməsi məlumat kasadlığı ilə bağlıdır” – deyə A.Qeybulla fikirlərinə əlavə edib:  “Televiziya ekranlarından, saytlardan insanlara düzgün informasiya ötürülməlidir. Xüsusilə dövlət qurumlarının  verdiyi informasiya vacibdir. İnsanları sakitləşdirmək üçün dövlət qurumları daha çox məsuliyyət daşıyır. Bunun özü də karantin tədbirləri çərçivəsində həyata keçirilməlidir”.

Qafar Ağayev

Paylaş:
1799

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər