“Paşinyan cavab verməkdə çətinlik çəkirdi, o nala-mıxa vurur, mif və əfsanələr uydururdu” | 1news.az | Xəbərlər
Siyasət

“Paşinyan cavab verməkdə çətinlik çəkirdi, o nala-mıxa vurur, mif və əfsanələr uydururdu”

17:19 - 17 / 02 / 2020
“Paşinyan cavab verməkdə çətinlik çəkirdi, o nala-mıxa vurur, mif və əfsanələr uydururdu”

Artıq məlumat verildiyi kimi Azərbaycan Prezidenti İlham Əliyev Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Ermənistanın Baş naziri Nikol Paşinyanla Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsini müzakirə edib.

Müzakirələr tədbirin saytında canlı yayımlanıb.

Müzakirələrin gedişində Prezident İlham Əliyev növbəti dəfə ölkəmizin prinsipial mövqeyini nümayiş etdirib, beynəlxalq ictimaiyyəti münaqişənin reallıqları barədə məlumatlandırıb.

Müzakirənin maraqlı epizodlarından biri Azərbaycan Prezidentinin işğal edilmiş ərazilərdə olan silahlı qüvvələrin 80%-nin Ermənistan vətəndaşları olmasını qeyd etməsi ilə bağlı məqam olub. “Dağlıq Qarabağ ordusu” anlayışı yoxdur. “Dağlıq Qarabağ respublikası” anlayışı yoxdur”, - o bildirib.

Politoloq, Qərbi Kaspi Universitetinin professoru Fikrət Sadıqov 1news.az saytına bildirib ki, Azərbaycan Prezidenti N.Paşinyanı küncə sıxmışdı. Beynəlxalq hüququn prinsipləri ilə bağlı əsaslı arqument və faktlara cavab verməkdə çətinlik çəkdiyinə görə, hiss olunurdu ki, o qaçmağa çalışır.

“Bu müzakirələr göstərdi ki, Azərbaycan ərazilərinin bir qismi işğal edilib və onları azad etmək lazımdır. Paşinyanın oğlunun da orada olması sübut edir ki, Dağlıq Qarabağ ərazisindəki qoşunlar Ermənistan qoşunlarıdır”, - o bildirib və qeyd edib ki, prezidentin bu fikirləri Ermənistanın baş nazirini ayıltdı.

Politoloqun sözlərinə görə, prezident Dağlıq Qarabağın tarixi ilə bağlı tarixi aspekti yaxşı işıqlandırdı və bu regionun niyə Azərbaycana məxsus olduğunu izah etdi.

“Ölkə başçısı Dağlıq Qarabağ ərazisində yaşayan azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə barədə danışdı və Azərbaycanın 7 rayonunun işğalı ilə bağlı kifayət qədər əsaslı fikirlər səsləndirdi”, - o bildirib.

F.Sadıqov qeyd edib ki, Paşinyan hər hansı əks-arqumentlər gətirə bilmədi. “Onun bədən hərəkətləri və böhtanları tamamilə təəccüb doğurmadı. Paşinyan cavab verməkdə çətinlik çəkirdi, o nala-mıxa vurur, hansısa tarixi mif və əfsanələr uydururdu. Buna cavab olaraq, Azərbaycanın konkret tarixi və hüquqi faktlara əsaslanan kifayət qədər prinsipial mövqeyi səslənirdi”, - ekspert bildirib.

Ölkə başçısı başa saldı ki, Azərbaycan öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına heç bir zaman imkan verməyəcəkdir.

“Prezident qeyd etdi ki, erməni xalqı öz müqəddəratını artıq təyin edib və əgər onlar ikinci dəfə öz müqəddəratını təyin etmək istəyirlərsə Yer kürəsində başqa yer tapsınlar, Azərbaycanda yox”, - politoloq söyləyib.

Elşən Rüstəmov, М.K.

 

Paylaş:
846

Son xəbərlər

Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41Bu şəxslərin təhsil haqqını dövlət ödəyəcəkBu gün, 13:34
Bütün xəbərlər