PASHA Holding-in gələcək rəhbəri Cəlal Qasımov: kimdir? – FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

PASHA Holding-in gələcək rəhbəri Cəlal Qasımov: kimdir? – FOTO

17:05 - 19 / 12 / 2019
PASHA Holding-in gələcək rəhbəri Cəlal Qasımov: kimdir? – FOTO

Yaxın günlərdə PASHA Holding-in baş direktoru vəzifəsini hazırda holdinqin direktor müavini vəzifəsini icra edən Cəlal Qasımov tutacaq.

Bu barədə 1news.az-a verdiyi müsahibəsində PASHA Holding-in baş direktoru Mir Cəmal Paşayev bildirib:

“Davamlılıq Proqramına əsasən, son iki ildən bir az artıq müddətdə Cəlal ilə birlikdə tədricən təşkilatı bu dəyişikliyə hazırladıq. […] səhmdarlar tərəfimdən baş direktor vəzifəsinə irəli sürdüyüm namizədi dəstəklədirlər”.

Mir Camal Paşayevin sözlərinə görə, səhmdarlar tərəfindən dəstək holdinq rəhbərliyini yaxın illərdə tətbiq edilməsi planlaşdırılan kadrların inkişafı və davamlılığı proqramının aydınlığının əhəmiyyətinə inandırdı.

Mir Camal Paşayev özü isə İdarə Heyətinin üzvü olaraq idarəedicilər komandasını dəstəkləməyə davam edərək strateji biznesin idarə edilməsini həyata keçirəcək və istedadların inkişafına xüsusi diqqət yetirəcək.

Gələcək baş direktor Cəlal Qasımova gəlincə, məlumdur ki, o, PASHA Holding-də karyerasını 2015-ci ilin mayında Banklar Qrupunun direktor müavini olaraq başlayıb. 2016-cı ilin oktyabrında direktorun birinci müavini vəzifəsinə təyin edilib.

Daha əvvəl isə, Cəlal Qasımov Azərbaycanın üç bankında rəhbər vəzifələri tutub. Əsasən, Kapital Bank-da Müşahidə Şurasının sədri, həmçinin Unibank və Bank of Baku-da İdarə Heyətinin sədri olub.

Uorik Universiteti (Böyük Britaniya, Warwick Business School) biznes məktəbində MBA dərəcəsinə sahibdir. Bundan əvvəl o, Azərbaycan Ali Diplomatik Kollecində Beynəlxalq iqtisadi münasibətlər ixtisası üzrə (Magistr pilləsi) təhsil alıb. Həmin ixtisas üzrə Azərbaycan Dövlət İqtisad Universitetində (bakalavr pilləsi) təhsil alıb.

Cəlal Qasımov  – “Nə? Harada? Nə zaman?” verilişinin aparıcısı, 2018-ci ilin mayından İTV-nin rəhbəri Balakişi Qasımovun (daha çox Balaş Qasımov kimi tanınan) kiçik qardaşıdır.

1news.az

Paylaş:
12033

Son xəbərlər

Tovuzda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - YENİLƏNİBBu gün, 16:36Binəqədidə yanğında 1 nəfər xəsarət alıbBu gün, 16:15“PAŞA Holding”in təşkilatçılığı ilə növbəti “INMerge İnnovasiya Sammiti” keçiriləcəkBu gün, 15:54AZAL Avropa Beynəlxalq Hava Limanları Şurasına üzv olubBu gün, 15:50BŞTİ Bakı Fransız Liseyində təhsil alanların valideynlərinə müraciət edibBu gün, 15:45Bakıda saxta şampun, yuyucu vasitə və spirtli içkilər istehsal edən sex aşkarlanıb - FOTOBu gün, 15:43Ceyhun Bayramov Fələstin Baş naziri ilə telefon danışığı aparıbBu gün, 15:20Baş prokurorun Çinə işgüzar səfəri başa çatıbBu gün, 15:19Hesablama Palatasının builki hesabatında Dayanıqlı İnkişaf Məqsədləri prioritetləşdiBu gün, 14:55Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - FOTOBu gün, 14:45Bakı aeroportu yenidən “Skytrax” mükafatına layiq görülübBu gün, 14:41"Təfəkkür” Universitetinin prorektorunun qətlində təqsirləndirilən şəxslərdən ikisi son söz deyibBu gün, 14:35Zərərçəkmiş şəxsin razılığı olmadan onun fotosunu mediaya təqdim edənlər cəzalandırılacaqlarBu gün, 14:12Xəzər dənizində tikinti üçün süni torpaq sahələri yaradılacaqBu gün, 13:51Vaksinasiyadan kənarda qalan uşaqlara peyvənd vurulması barədə əmr imzalanıbBu gün, 13:34Sumqayıtda qanunsuz tikili sökülüb - VİDEOBu gün, 13:182024-2025-ci tədris ili üçün “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı” elan edilirBu gün, 12:59Məleykə Abbaszadədən gənclərə çağırış: “Ali məktəbə qəbul olmaq üçün yalnız bal toplamaq kifayət etmir”Bu gün, 12:5430 dərəcə isti olacaq - Sabahın HAVASIBu gün, 12:40Azərbaycan Mərkəzi Bankı ilə Visa arasında əməkdaşlıq imkanları müzakirə edilibBu gün, 12:32
Bütün xəbərlər