“Panikaya” düşməyin: Koronavirusdan necə qorunmalı? – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Panikaya” düşməyin: Koronavirusdan necə qorunmalı? – FOTO – VİDEO

10:47 - 26 / 02 / 2020
“Panikaya” düşməyin: Koronavirusdan necə qorunmalı? – FOTO – VİDEO

Covid-19 yeni koronavirusun Azərbaycanla sərhəd ölkədə – İranda yayılması ölkəmizdə də bir sıra təlaşa yol açdı.  

Xəbər yayılan kimi, apteklərdə maska və spirt çatışmazlığı yarandı, dərhal qiymətlər qalxdı. Bir çox apteklərdə isə spirt bir şüşədən artıq satılmır. Sosial şəbəkələrdə isə yeni virusdan qorunmağın yolları geniş müzakirə olunur.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, hazırda Azərbaycanda koronavirusa yoluxma halı aşkarlanmayıb:

Azərbaycanda virusun aşkar olunmadığı, buna yol verməmək üçün dövlət orqanları tərəfindən müvafiq tədbirlərin görüldüyü və məsələnin ciddi nəzarətdə saxlandığı şəraitdə verilən materiallar heç bir halda ajiotaja və ya narahatlığa səbəb olmamalıdır. Ölkə vətəndaşlarından qeyd edilən məsələyə həssas yanaşılmasını, süni ajiotaj yaratmaq məqsədi ilə sosial şəbəkələr vasitəsi ilə yayılan yalan məlumatlara etibar etməməyi xahiş edirik”.   

Çin Xalq Respublikasında Covid-19 koronavirus infeksiyasının yayılmağa başladıqdan sonra mümkün risklərin və onun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə Nazirlər Kabineti tərəfindən müvafiq komissiyası yaradılıb, yanvarın 30-da Fəaliyyət Planı təsdiqlənib.

Virusun yayılmasının təhlükəli miqyas almağa başladığı ilk gündən Azərbaycanın bütün sərhəd-keçid məntəqələrində, o cümlədən hava limanlarda profilaktik tədbirlərin həyata keçirilməsinə başlanılıb.

Azərbaycana gələn sərnişinlər ciddi yoxlanılır və bu günədək koronavirusa yoluxma halı qeydə alınmayıb.

Azərbaycanla həmsərhəd olan İranda virusun aşkar olunması və artıq insan tələfatı faktları barədə rəsmi məlumatların yayıldığı şəraitdə Azərbaycanın bu ölkə ilə sərhəd-keçid məntəqələri xüsusi rejimdə fəaliyyətə keçib. Sərhəd-keçid məntəqələrində sanitar-dezinfeksiya işləri aparılır, Azərbaycan ərazisindən tranzit yüklərin daşınmasına nəzarət gücləndirilib.

İranda vəziyyətlə əlaqədar olaraq əhaliyə xüsusi zərurət olmadığı hallarda qonşu ölkəyə səfərlərini müvəqqəti olaraq təxirə salmaq tövsiyə olunub.

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara və Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində həyata keçirilən qabaqlayıcı tədbirlərin daha da gücləndirilməsi məqsədi ilə Dövlət Gömrük Komitəsi sədrinin sərəncamına əsasən Komitənin Tibbi Xidmət İdarəsinin mobil səyyar hospitalı və müvafiq tibbi heyəti bu gömrük-keçid məntəqəsinə ezam olunub. Eyni zamanda, Astara gömrük-sərhəd keçid məntəqəsi də Tibbi Xidmət İdarəsinin müvafiq tibbi heyəti ilə gücləndirilib.

Ötən həftə profilaktik tədbirlər məqsədilə orta məktəblər, uşaq baxçaları, məscid və əhalinin sıx olduğu digər ərazilərdə dezinfeksiya işləri aparılıb. Fevralın 21-dən isə metro, dəmir yolu stansiyalarında da dezinfeksiya işləri həyata keçirilib.

Azərbaycan Qida Sənayesi Agentliyi koronavirusa yoluxma riski olan məhsulların siyahısını hazırlayıb. İnfeksiya riski olan ölkələrdən mal-qara, balıq və dəniz məhsullarının idxalı da müvəqqəti məhdudlaşdırılıb.

Bu gün Azərbaycana Çindən bir sıra məhsulların – heyvandarlıq, heyvan məhsulları və dəniz məhsulları, eləcə də zooparklar və zoomağazalar üçün vəhşi heyvanların gətirilməsi qadağandır. Əhali Çin restoranlarına getməməyə, Çindən onlayn sifarişləri dayandırmağa çağırılıb.

Azərbaycan Səhiyyə Nazirliyi əhaliyə kəskin respirator virus infeksiyalarına bənzər xəstəlik şübhəsi yaranarsa qeydiyyatda olduğu poliklinikaya və ya Ağciyər Xəstəlikləri Elmi-Tədqiqat İnstitutuna, 1 nömrəli Kliniki Tibbi Mərkəz və VII Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanası müraciət etməyi tövsiyyə edir.

Covid-19 koronavirusun simptomları:

- Koronavirusun simptomları soyuqdəymə və ya qrippin əlamətlərini xatırladır: halsızlıq, baş ağrısı, öskürək, bədən hərarətinin yüksəlməsi;

- Virus daha çox yaşlı və immuniteti zəif insanlara təsir göstərir;

- Virusun inkubasiya dövrü 14 gün təşkil edir və bu müddət ərzində onun sağlam insana keçmə ehtimalı qalır;

- Xəstəliyin ən geniş yayılmış simtomu qızdırmadır. Virusa yoluxanlar, həmçinin, əzələ ağrısı və tənəffüs problemindən şikayət ediblər. Diareya, ürək bulanması kimi hallar da müşahidə olunur;

- Koronavirus daha çox damcı yolu ilə, insan öskürəndə və asqıranda  keçir. Hətta istənilən çirkli yerə toxunduqda virusa yoluxma ehtimalı mümkün olur. Buna görə də çirkli yerlə təmasdan sonra əlin ağıza, buruna və ya gözə vurulması təhlükəlidir.

Profilaktik tədbirlər:

- Vətəndaşlar xəstəliyin müşahidə olunduğu ölkələrə səfər etməkdən çəkinməlidirlər;

- Vətəndaşlar kəskin respirator virus infeksiyalarına yoluxmuş insanlarla təmasdan çəkinməlidirlər;

- Əllər tez-tez yuyulmalıdır. Xəstə insanlarla və onların əşyaları ilə təmasdan sonra bu prosedura mütləq şəkildə əməl olunmalıdır;

- Xəstəliyin simptomları müşahidə olunan şəxslər öskürərkən və asqırarkən məsafə saxlamlı, ağız və burnu kağız dəsmal və ya dirsək bükümü ilə bağlamalıdırlar;

- Xəstəliyin simptomları ilə bağlı şübhə yarandığı halda, dərhal həkimə müraciət olunmalıdır;

- Vətəndaşlar üzərlərində dezinfeksiya vasitələri gəzdirməsi və ondan istifadə etməlidirlər;

- İnsanların çox olduğu yerlərdə, məsələn hava limanlarında, metroda və s. xüsusilə ehtiyatlı olmaq lazımdır.

Özünüzdən muğayat olun və sağlamlığınızı qoruyun!

Tərcümə: S.Xankişiyeva

 

Paylaş:
2682

Son xəbərlər

Bakıda daha bir müntəzəm marşrut xətti "BakuBus"a verilibBu gün, 15:15Gəncədə yanan ev söndürülüb - YENİLƏNİBBu gün, 14:56Bakıda gömrükçülər xeyli miqdarda aksiz markasız siqaretlər aşkar ediblərBu gün, 14:20Bakıda növbəti ümumşəhər iməcliyi keçirilib - FOTOBu gün, 14:08Dünya bazarlarında neft bahalaşıbBu gün, 13:49Müdafiə naziri Quru Qoşunlarının rəhbər heyəti ilə görüşübBu gün, 13:35TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİBBu gün, 13:20Zakir Həsənov Qarabağdan çıxan Rusiya sülhməramlılarına lazımi texniki dəstəyin göstərilməsi tapşırığını veribBu gün, 13:03Beynəlxalq axtarışda olan daha bir şəxs Azərbaycana ekstradisiya edilibBu gün, 12:45FHN Lənkəranda qanunsuz tikililəri sökübBu gün, 12:40Sabunçuda 34 yaşlı kişi qətl edilibBu gün, 12:14“Həmin gün...” musiqili-poeziya gecəsində - FOTOBu gün, 12:00Sabah hava necə olacaq? - PROQNOZBu gün, 11:53Beynəlxalq əmtəə, fond və valyuta bazarlarının göstəriciləriBu gün, 11:40Bakıda oğlan sevgilisini qısqanclıq zəminində qətlə yetirib - YENİLƏNİBBu gün, 11:22Azərbaycan neftinin qiyməti 89 dollara çatıbBu gün, 11:10Kamaləddin Qafarov: “Şirvan suvarma kanalının yenidən qurulması aqrar sektoru inkişaf etdirəcək”Bu gün, 10:55Azərbaycan BMT ilə COP29 çərçivəsində “yaşıl enerji” keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə istiqamətində müzakirələr aparıbBu gün, 10:43Xankəndidə tapança, avtomat və qumbaralar tapılıbBu gün, 10:36Göygöldə idarəetməni itirən sürücü piyadanı vuraraq öldürübBu gün, 10:32
Bütün xəbərlər