LSS MFL 2019/20 Liqasının XVIII turu: “Kontakt Home” xal itirdi, “Keşlə İMSİ” bir qola sevindi – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Futbol

LSS MFL 2019/20 Liqasının XVIII turu: “Kontakt Home” xal itirdi, “Keşlə İMSİ” bir qola sevindi – FOTO – VİDEO

15:40 - 24 / 01 / 2020
LSS MFL 2019/20 Liqasının XVIII turu: “Kontakt Home” xal itirdi, “Keşlə İMSİ” bir qola sevindi – FOTO – VİDEO

Azərbaycanın futbol üzrə ən böyük həvəskarlar liqası olan LSS MFL 2019/20-də 18-ci turun oyunları keçirilib.

1news.az-ın verdiyi xəbərə görə, həm İnfinity, həm də Platinum konferensiyalarında çıxış edən komandalar arasında “MFL Arena”nın meydanlarında keçirilən görüşlər hər zamankı kimi gərgin mübarizə şəraitində keçib.

Qeyd edək ki, 18-ci turda İnfinity konferensiyasının ən qollu qarşılaşması “Driffters” və “Army United” komandaları arasında keçirilən görüşdə qeydə alınıb – 14 qol. İkincilər 11:3 hesabı ilə qalib gələrək aktivlərinə 3 xalı əlavə ediblər. “Baku Juniors” – “Kontakt Home” qarşılaşması isə 1:1 hesablı bərabərliklə başa çatıb.

18-cü turda Platinum konferensiyasında “Lokomotiv Baku” növbəti qələbəsini “Rəcəbspor” üzərində qazandı – 6:3. “Maisan” – “Borussia Baku” görüşü də qollu alındı. Gərgin mübarizə şəraitində keçən qarşılaşma birincilərin 4:3 hesablı qələbəsi ilə başa çatdı. “Binə” – “Keşlə İMSİ” matçının taleyini isə bir qol həll etdi.

Son oyunda qalib gələn “Keşlə” İMSİ komandası aktivindəki xalların sayını 39-a yüksəltdi.

“Keşlə” İMSİ komandasının qələbə sevinci

“Lokomotiv Baku” XVIII turun vacib matçında növbəti 3 xalı statistikasına yazdırmaqla öz statistikasını və ilk üçlükdəki yerini daha da möhkəmləndirdi.

18-ci turun ən yaddaqalan məqamlarını və qısa icmalını təqdim edirik:

 

Geridə qalan 18 turdan sonra MFL 2019/2020-ci il mövsümünün İnfinity konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

Geridə qalan 18 turdan sonra MFL 2019/2020-ci il mövsümünün Platinum konferensiyasında ilk 8-lik belədir:

Turnir cədvəlinin tamamına burada baxa bilərsiniz.

18 turdan sonra hər iki konferensiyadan play-off-a namizəd olan komandaların “Top-16”lığını təqdim edirik:

Qeyd edək ki, ən az qol buraxan qapıçıya mövsümün sonunda GoSport tərəfindən əlcək dəsti, idman çantası və 200 AZN hədiyyə olunacaq!

Qeyd edək ki, ən çox məhsuldar ötürmə edən oyunçuya mövsümün sonunda GoSport tərəfindən futbol corabları (getri), qoruyucu və 200 AZN hədiyyə olunacaq!

Qeyd edək ki, liqanın bombardirinə GoSport tərəfindən futbol ayaqqabıları və 200 AZN hədiyyə təqdim olunacaq!

Qeyd edək ki, liqanın ən dəyərli oyunçusuna GoSport tərəfindən futbol ayaqqabıları və 300 AZN hədiyyə olunacaq!

Qeyd edək ki, “Fair Play” qaydasına riayət edən komandaya gələn mövsüm MFL-də pulsuz iştirak etmək şansı veriləcək!

Qeyd edək ki, DREAM TEAM adlanan simvolik yığmanın heyətində düşə biləcək hər bir oyunçuya idman geyimi və 200 AZN hədiyyə olunacaq!

LSS MFL 2019/20 Liqası – Leading Supply Solutions LLC, BOS SHELF LLC, McDonald's Azerbaijan, Muğanbank, Sabah Futbol Klubu, Carlsberg AzerbaijanGoSport Baku-nun sponsorluğu ilə keçirilir.

Daha ətraflı məlumatı liqanın mfl.az, eləcə də 1news İnformasiya Agentliyinin 1news.az saytlarından əldə edə bilərsiniz.

1news.az

Paylaş:
1185

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər