İrşad Elektronics-də “bayramsız hədiyyə” və “bayramlıq hədiyyə” necə olur? – FOTO | 1news.az | Xəbərlər
İqtisadiyyat

İrşad Elektronics-də “bayramsız hədiyyə” və “bayramlıq hədiyyə” necə olur? – FOTO

10:15 - 28 / 02 / 2020
İrşad Elektronics-də “bayramsız hədiyyə” və “bayramlıq hədiyyə” necə olur? – FOTO

İrşad Elektronics bu dəfə Lökbatan mağazasının yenilənməsini qeyd edir.

Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən mağaza martın 1-dən yeni siması ilə alıcıların ixtiyarındadır.

Yenilənmiş mağazadan 300 manatdan yuxarı alış-veriş edən ilk 50 müştəri şirkətdən hədiyyə qazanıb, yenilənmə sevincinə şərik olacaq. Ödənişi nağd və ya hissə-hissə etməsindən asılı olmayaraq, mobil telefonlar, soyuducu, paltaryuyan maşın, TV, soba, tozsoran kimi dəyərli hədiyyələr öz sahiblərini Lökbatan mağazasının müştəriləri arasından tapacaq.

Açıldığı gündən martın 31-dək mağaza müştəriləri bütün məhsulları ilkin ödənişsiz, faizsiz və komissiyasız olaraq, 18 ayadək hissə-hissə ödəmə şərti ilə ala bilərlər. Müştərilərin nağd alışlarına 40%-dək endirim təqdim ediləcək.

Amma İrşad Electronics hədiyyələri bir mağaza ilə məhdudlaşdırmır.

8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə 1-8 mart tarixlərində bütün İrşad Electronics mağazaları hər kişiyə sevdiyi bir qadın olduğunu mütləq xatırladacaq! Sevdiyiniz xanımlarla ünsiyyətiniz kəsilməsin deyə, bütün telefon modellərini ilkin ödənişsiz və faizsiz olaraq, 12 aya ödəmək şərtilə ala bilərsiniz. Kampaniyanın daha bir təklifi sizə məişət texnikasını hissəli ödəmə ilə əldə edib, həm qadınların məişət yükünü azaltmaq, həm də öz xərclərinizi görünməz etmək imkanı verir. Yox, əgər nə seçəcəyinizə qərar verməkdə çətinlik çəkirsinizsə, sadəcə, ona ŞadKart alın, seçimi öz ixtiyarına buraxın!   

İrşad Electronics 2019-cu ildən mağazalarının konseptual dizaynını yeniləyərək, xidmət şəbəkəsini də  genişləndirməyə başlayıb. Mağazaların yenilənməsi və yeni mağazaların açılmasında məqsəd müştərilərə daha əlçatan olmaqla yanaşı, həm də xidmət səviyyəsini yüksəltməkdir. Yeni mağazalar da daxil olmaqla, İrşad Electronics (https://irtelecom.az/) ölkə üzrə 31 mağaza ilə müştərilərin xidmətindədir.

İrşad Electronics bir sıra məşhur brendlərin, o cümlədən Samsung, HONOR və digər tanınmış brendlərin Azərbaycanda rəsmi distribüteridir.

Reklam hüququnda

 

Paylaş:
734

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEOBu gün, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıbBu gün, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandıBu gün, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİBBu gün, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıbBu gün, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edibBu gün, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTOBu gün, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİBBu gün, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıbBu gün, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandıBu gün, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılırBu gün, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edibBu gün, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTOBu gün, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEOBu gün, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİBBu gün, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİBBu gün, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdiBu gün, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilibBu gün, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbəBu gün, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTOBu gün, 13:54
Bütün xəbərlər