“Həyatımda heç vaxt azərbaycanlı ilə qarşılaşmamışam...” – Yerevandan reportaj – FOTO | 1news.az | Xəbərlər
Köşə

“Həyatımda heç vaxt azərbaycanlı ilə qarşılaşmamışam...” – Yerevandan reportaj – FOTO

16:17 - 26 / 11 / 2019
“Həyatımda heç vaxt azərbaycanlı ilə qarşılaşmamışam...” – Yerevandan reportaj – FOTO

Giriş: Doğma torpağa qayıdış...

Ötən həftə Azərbaycan və Ermənistanın ictimai-siyasi həyatında misli görünməmiş hadisə baş verdi. Belə ki, 30 ildən çox Azərbaycanın Dağlıq Qarabağ regionunu təmas xətti ilə ayıran hissəsinə hər iki ölkənin bir qrup jurnalisti qarşılıqlı səfər etdi.

Azərbaycanlı jurnalistlər Yerevana gedərək oradan Dilicana, daha sonra isə doğma torpağımız – Dağlıq Qarabağa səfər etdilər. Eyni zamanda, erməni jurnalistlər Bakı, Quba və Gəncəyə səfər etdi.

Müxbirimiz Elşən Rüstəmovun məqaləsinə keçmədən öncə, qeyd etmək istərdim ki, bu cür səfərlərin əhəmiyyətini qiymətləndirmək lazımdır.

Əgər keçmişdə azərbaycanlı və erməni KİV nümayəndələri münaqişənin həqiqətlərindən və bunun kökündə dayanan səbəblərdən dolayı yalnız neytral zonada görüşə bilirdisə, təmas xəttindən kənarda bu cür səfərlər vəziyyəti aydın görməyə imkan verir.

“Əsl” ermənilər necə yaşayır? KİV-də göstərilənlər həqiqəti əks etdirir? Sıravi erməni cəmiyyətinin azərbaycanlılara münasibəti necədir? Dövlətimizin hər hansı bir vətəndaşı ilə üzbəüz gələrsə ermənilər hansı reaksiyanı göstərər?

Bundan başqa, Dağlıq Qarabağın erməni icmasının nümayəndələriylə cəmiyyətimizin nümayəndələrinin bilavasitə əlaqə imkanı xüsusi məna daşıyır. Üç həmkarımızın doğma Qarabağımıza səfəri bu mənada, möhtəşəm əhəmiyyət kəsb edir.

Həmçinin erməni mətbuat nümayəndələrinin Bakıya – gözəl, müasir, çoxmillətli meqapolisə səfəri də vacibdir. Onların Dağlıq Qarabağın azərbaycanlı icması ilə görüşü də əhəmiyyətlidir.  Belə ki, biz, birbaşa ünsiyyət saxlamalıyıq. Dağlıq Qarabağ münaqişənin nizamlanmasının irəliləməsi istiqamətində digər zəmin yoxdur.

1news.az informasiya agentliyinin və “Bakinskiy raboçi” qəzetinin baş redaktoru olaraq neçə illərdir ki, erməni həmkarlarla görüşmək imkanı olub. Bu görüşlərdən biri bir neçə il öncə Polad Bülbüloğlu və Armen Smbatyanın, eləcə də Mixail Şvıdkovun vasitəçiyi ilə Moskvada baş tutub.  

Onda məndə belə bir təsəvvür yarandı – erməni cəmiyyəti hakimiyyət tərəfindən Azərbaycana qarşı nifrətlə yetişdirilirmiş illüziyaların əsarətindədir. Bununla yanaşı, Dağlıq Qarabağdan olan həmkarlarla ünsiyyət zamanı başqa təəssürat yaranırdı – onların sözlərindən münaqişədən yorulduqları və normal həyata dönmək istəkləri açıq görünürdü. Bunu açıq etiraf etmək o zaman mümkün deyildi.

Bəs indi vəziyyət necədi? Erməni icması bundan sonra 20 il də bağlı sərhədlərlə yaşaya biləcək? Onlar sülh istəyir? Qarabağ erməniləri bu haqda nə düşünür?

Bütün bu suallara cavab vermək asan deyil... Və bir-birimizi yaxşı anlamaq üçün ünsiyyət qurmalıyıq. Ən azından KİV nümayəndələri səviyyəsində də olsa ...

Beləliklə, müxbirimizi Elşən Rüstəmovun Ermənistana və doğma Dağlıq Qarabağa səfərinin yekunu ilə bağlı qeydləri oxuya bilərsiniz.

Rəhman Hacıyev

1news.az-ın baş redaktoru

* * *

“Həyatımda heç vaxt azərbaycanlı ilə qarşılaşmamışam...”

“Həyatımda heç vaxt azərbaycanlı ilə qarşılaşmamışam...” – bu sözlərlə Yerevanda orta yaşlı qadın-gid Bakıdan olan jurnalistlərə təbəssümlə əsrlər boyu bu torpaqlarda yaşayıb-yaradan əcdadlarımız, Azərbaycan irsi haqqında heç bir məlumat vermədən şəhərin tarixindən danışır.

17-21 noyabr tarixlərində Ermənistan və Dağlıq Qarabağa səfərimi istər ermənilərlə görüş, istərsə də erməni reallığı ilə tanışlıq nöqteyi-nəzəridən həyatımın ən maraqlı və vacib hadisəsi hesab edirəm. Belə ki, son dəfə bu səviyyədə görüş 18 il öncə təşkil edilmişdi.

Eyni zamanda erməni jurnalistlərin Azərbaycana səfərini də normal şəkildə qəbul etmək lazımdır. Ədalət üçün deyək ki, görüş yüksək səviyyədə təşkil olunmuşdu.

İlk növbədə, biz azərbaycanlılara İrəvanda 1766-cı ildə Hüseynəli xan Qacar tərəfindən tikilmiş Göy məscidi görmək və xalqımızın tarixi ilə bağlı nəyisə eşitmək olduqca maraqlı idi. Təəssüflər olsun ki, bunu görə bilmədim. Əgər erməni tərəfə həqiqətən də Azərbacanla sülh istəyirsə, ilk öncə öz vətəndaşlarına real tarixi təqdim etməlidir.

Məscidə “baxan” Tehrandan olan İran ermənisi idi. O, səlis Azərbaycan dilini bilir və bizi görcək təəccübləndi. Onun sözlərinə görə, adətən məscidə iranlı tələbələr, turistlər gəlir. Burada İran vətəndaşı qadın da çalışır ki, o ermənilərə fars dilini öyrədir. O, bizi görcək sevindi və yaxınlaşaraq Göy məscidlə bağlı broşür verdi. Onun bu hərəkətini müsbət qiymətləndirdim.

Ermənistan – çox təzadlı bir ölkədir. Burada regionla paytaxt arasında fərq ciddi şəkildə gözə çarpır. Yerevandan gələrkən şəraitsiz daxmalar görmək olar ki, sanki burada həyat ötən əsrin 80-ci illərində qalıb.

Dilicana qədər olan magistral yolda sanballı restoran və mağazaya rast gəlmədik. Ola bilsin ki var, lakin yolumuzun üstündə qarşılaşmadıq. Yolda tikinti ilə, yolun asfaltlanması ilə qaşırlaşdıq.

Dedilər ki, Serj Sarkisyanın prezidentliyi ilə müqayisədə ölkənin baş naziri Nikol Paşinyanın dövründə magistral yolların daha çox təmir olunub. Maraqlısı da budur ki, orada kiminlə danışırdıqsa, hamısı Sarkisyana, onun ailəsinə və bütün nəslinə nifrət edirdi.

Yerevana çatırıq... şəhərin mərkəzində Şimal prospekti böyunca yeni tikililərə rast gəlmək olar. Evlərin, binaların örtüyü eyni materialdan olduğu üçün sanki şəhər eyni rəngdən ibarətdir. Şəhərin ümumi layihəsindən kənara çıxmaq qadağandır.

Hər yerdə – müxtəlif müəssisələrdə, restoranlarda yalnız erməni əsilli fransız şanson müğənni Şarl Aznavur və amerikalı aktyor Corc Kluninin şəkillərinə rast gəlmək olar.

Digər tərəfdən də, paytaxtda və ya regionlarda irimiqyaslı layihələrə rast gəlmədik. Bu da ölkənin maddi imkanlarının olmamasını göstərir. Rəsmi məlumatlara inansaq, hazırda Ermənistanda daha çox İT texnologiyalarına və bu sahədə şirkətlərə üstünlük verilir.

Bizi şahmatçı Levon Aronyanın qarşıladığı şahmat məktəbində məndə sovetlər dönəminə xas təmiri, nimdaş xalçası və axırıncı dəfə 90-cı illərdə gördüyüm köhnə televizorla yadımda qaldı.

Yerevanda hələ də trolleybuslar hərəkət edir.

İnsanlarla ünsiyyətfə mənfi münasibətə rast gəlmədim. Bunu da qeyd edim ki, biz sıravi vətəndaşlarla deyil, əvvəlcədən xəbəri olanlarla görüşdük. Ola bilsin ki, onlar bu görüşə hazır idilər.  

Yerevanda qarşılaşdığımız ən başlıca sual: “Həqiqətən də Bakıda 20-30 min erməni yaşayır?” oldu. Ermənilərin azərbaycanlılara qarşı stereotipləri güclüdür. Onlar heç cürə təssəvvür edə bilmir ki, Azərbaycanın paytaxtında bu qədər erməni yaşayır.  

Bu zaman Ermənistanda nə qədər azərbaycanlının yaşadığı sualı verdikdə, onlar bu suala dəqiq cavab verə bilmədilər. Görüşdüyümüz ermənilərin Azərbaycanla hər hansı münasibəti olub. Onların aralaında Azərbaycan dilini bilən, uşaqlığı Bakıda keçən, babasının Gəncədə və ya qohumlarının sərhədyanı regioanlarda yaşayanlar da vardı.

Səfərin yekunu olaraq əsas kəşfim bu oldu ki, ermənilər Azərbaycan haqqında təhrif olunmuş məlumat alırlar. Bununla yanaşı, azərbacycanlılarla birgə yaşadıqları əmin-amanlı vaxtı xatırlayanlar  ermənilər də oldu.

Azərbaycanlı jurnalistlər, eləcə də 1news.az-ın müxbiri Dağlıq Qarabağda olub – FOTO

“Doğmalar arasında ögəylər”: Nə üçün “Bakı erməniləri” Yerevandan narazıdır?

Yeri gəlmişkən, “Mediamaks” agentliyinin baş redaktoru David Alaverdiyanın ekstrasenslik qabiliyyətinin də şahidi olduq. Onun azərbaycanlı KİV adından guya biz “Dağlıq Qarabağıın Azərbaycanın bir hissəsi olmayacağının” şahidi olmuşuq bəyanatına başqa cür aydınlıq gətirmək olmur.

Səfərimizə və görüşlərimizə qayıdaq. Burada bizdən Qababağ münaqişəsinin nizamlanması ilə bağlı digər mövqenin olmasını soruşdular. Bu baxımdan istər biz, istərsə də hər hansı bir Azərbaycan vətəndaşı heç vaxt Azərbaycan topraqlarında ikinci erməni dövlətinin yaradılmasına razılıq verməyəcəyini təsdiq edər.

Elşən Rüstəmov

Ardı var...

Paylaş:
2038

Sizin üçün xəbərlər

Son xəbərlər

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıbBu gün, 17:19Hikmət Hacıyev: ABŞ-nin sülh prosesində Ermənistanın xeyrinə birtərəfli mövqe tutması çox məyusedicidirBu gün, 17:10Milli Məclisin deputatı Özbəkistana səfər edəcəkBu gün, 17:00Meteohəssas insanların diqqətinə!Bu gün, 16:59Cəlillabadda məktəb direktorunun məhkəməsi başlayırBu gün, 16:44Sumqayıtda fəhlə işlədiyi zavodda ölübBu gün, 16:41Nobel Mükafatı Laureatı, professor Muhammad Yunus UNEC Rektoruna müraciət edibBu gün, 16:29ADY-nin Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılırBu gün, 16:22Güclü külək əsəcək - XƏBƏRDARLIQBu gün, 16:15Bakının mərkəzində qəza sıxlığa səbəb olduBu gün, 16:01Havada toz müşahidə olunurBu gün, 15:418 Noyabr prospektində əsaslı təmir işləri aparılır - FOTOBu gün, 15:32Bu gündən 181 avtobus yeni nəqliyyat mübadilə mərkəzindən hərəkət edəcəkBu gün, 15:21Azərbaycanın səfiri etimadnaməsini Ekvador Prezidentinə təqdim edibBu gün, 15:10Sahil Babayev Neftçalada vətəndaşları qəbul edibBu gün, 14:54Laçında uşaqların kompleks tibbi müayinəsi aparılıb - FOTOBu gün, 14:43Salyan sakinindən 2 kiloqramdan artıq heroin götürülübBu gün, 14:22Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülübBu gün, 13:59Deputat: “Dünyada pensiya yaşının azaldılması yox, artırılması müzakirə olunur”Bu gün, 13:45Növbəti köç karvanı Füzuliyə çatıb, mənzillərin açarları təqdim edilib - YENİLƏNİB 1Bu gün, 13:41
Bütün xəbərlər